Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Bakı və Abşeronda YAĞIŞ FƏLAKƏTİ, Zaur Mikayılov isə qudalarına vəzifə paylayır – İstefa ZAMANI!

Bakı və Abşeronda YAĞIŞ FƏLAKƏTİ, Zaur Mikayılov isə qudalarına vəzifə paylayır – İstefa ZAMANI!

admin 06/04/2026
zaurm
Bakını sel aparır. Hər yer gölə-dənizə çevrilib. Şəhərdə təxliyə olunan ailələr, xilasedicilərin qucağında gedən uşaqlar, kürəyində aparılan yaşlılar, su altında qalan evlər… Azərbaycanın ən böyük və əhalisi ən çox olan şəhərində faktiki fəlakət yaşanır. 
Lakin günahı aramsız yağan yağışın üzərinə atmaqla məsuliyyətdən yayınmaq da ən böyük müştəbehlik olardı. Çünki istər bundan əvvəl, istər iki gündür yenə yağan yağış nəticəsində yaranmış dramatik mənzərə bir reallığı qaçılmaz edir: Azərbaycan Dövlət Su Ehtiyatları Agenliyi sədri Zaur Mikayılov istefa verməli, şələ-şüləsini yığışdırıb kabinetini tərk etməlidir.
Anaxeber.info.az bildirir ki, baş verənlərdə ADSEA qədər məsuliyyəti və günahı olan ikinci qurum yoxdur. Baxın, Daxili İşlər Nazirliyi işləyir, vətəndaşlara kömək edir, Fövqəladə Hallar Nazirliyi işləyir, insanları təxliyə edir, bəs Zaur Mikayılovun rəhbərlik etdiyi qurum nə edir və ya indiyə kimi hansı işləri görüb ki, bu vəziyyət yaranmasın?! Fakt budur ki, şəhəri su basıb və bir neçə ərazilərdə lyukların ağzını açıb orada iş görməklə problem həll olmur. Zaur Mikayılov rəhbər gəldiyi vaxtdan şəhərin kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 20 faiz iş görülsəydi, bu acınacaqlı hal olmazdı. Hazırda Bakı, Abşeron, Sumqayıt dəhşətli vəziyyətdədir.
Məsələn, adi bir korrupsiya faktını qeyd edək: hazırda Sumqayıt su altındadır. 2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.
Buna baxmayaraq, bu yağışlardan sonra ortaya ciddi suallar çıxır – Sumqayıt şəhəri hələ də suyun içindədir. ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?
Və təkcə Sumqayıt deyil, Bakı və Abşeronda da böyük yeyintilərə yol verilib.
Hələ ötən il Bakı və Abşeron yarımadasında su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. Bəs haradadır bu proqramın nəticələri?
“Nəticə” isə göz qabağındadır – Zaur Mikayılov qudalarını müşavir təyin edib. Təsəvvür edin, Bakıda yağış suları böyük fəsadlara yol açıb, Mikayılov isə öz kefindədir və yaxınlarını vəzifələrə gətirir.
Yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edəcək geniş Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə dövlət başçısı da kanalizasiya probleminə xüsusi toxunmuşdu. Ancaq Zaur Mikayılov və ADSEA yarıtmaz fəaliyyətini ortaya qoymaqdadır. Daha doğrusu, bu yağış Zaur Mikayılovun bərbad fəaliyyətini çirkab kimi üzə çıxardı.
Misal üçün bu ilin yanvarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 4 şirkətlə 5 satınalma müqaviləsi imzalayıb. Müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Açıqlanan məlumatlara görə, müqavilələrin ümumi dəyəri 562 milyon manat təşkil edir. Agentliyin satınalma müqaviləsi imzaladığı şirkətlər bunlar olub:
– Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 135 000 000 manat;
– Dərnəgül–Bakıxanov–Qaraçuxur–HövsanA kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 95 000 000 manat;
– Böyükşor hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “AGE” MMC-yə (VÖEN – 1401148071) 64 698 255 manat;
– Müşviqabad hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə (VÖEN – 1000085511) 102 486 424,5 manat;
– Lökbatan hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “Euroline” QSC-yə (VÖEN – 3000031181) 164 998 195 manat.
Bütün bu müqavilələr tender keçirmədən bağlanıb ki, bu da nəinki qanun pozuntusu faktıdır, həm də elə ADSEA şefi Zaur Mikayılovun özbaşınalığı kimi də dəyərləndirilməlidir. Hər halda bu pullar dövlətə məxsusdur və ona miras qalmayıb ki, istədiyi kimi sərəncam versin.
Qudaların yarıtmaz, naşı və korrupsioner idarəçiliyi nəticəsində paytaxt və bölgələrdə əhali aylarla susuz qalır; yağış yağan kimi şəhərlər su altında qalır; fermerlər və kəndlilər suvarma suyuna həsrət qalır; iqtisadiyyata, sosial həyata və dövlətin imicinə ciddi zərbə dəyir.
Ən acınacaqlısı isə odur ki, onlar bu sabotajı bilərəkdən, tender maxinasiyaları və özəlləşdirilmiş biznes sxemləri ilə həyata keçirirlər. Bütün böyük layihələr özlərinə və yaxın tərəfdaşlarına verilir, milyonlar talan olunur, nəticədə isə ortada heç bir real iş qalmır. Çətinə düşəndə, quyruqları qapı arxasında qalanda trollarla manipulyasiya və nüfuzlu şəxsləri bədnam etmək ən yaxşı bacardıqları işdir…/anaxeber.info.az

 

PAYLAŞIN:

Continue Reading

Previous: Vasitəçilərin cəhdləri nəticə vermədi – Tehran geri çəkilmir
Next: Keşləni su apardı – Rafiq Quliyev yenə cavabsız qaldı

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.