Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Nazirlər Kabineti niyə susur? – İnfrastruktur dağılır, əhali köməksiz, məmurlar isə vecsizdir…

Nazirlər Kabineti niyə susur? – İnfrastruktur dağılır, əhali köməksiz, məmurlar isə vecsizdir…

admin 07/04/2026
daşqın-yol

 

Son illərdə Azərbaycanda güclü yağışlardan sonra subasmalar, infrastruktur problemləri daha geniş miqyasda müşahidə olunur. Buna rəğmən paradoksal olsa da, aidiyyatı dövlət qurumlarının təbii hadisələrə daha “təmkinli”, bəzən vecsiz reaksiyası ilə üzləşirik.

Son həftədə Bakıda, Xirdalanda, ətraf qəsəbələrdə, eləcə də Şimal, Şimal-Qərb rayonlarında evlərə, təsərrüfatlara ciddi ziyan dəyib, yollar su altında qalıb, bəzi yerlərdə çökmələr baş verib, bölgələrdə sel suları körpüləri uçurub, kənd və qəsəbələrin yollarını bərbad hala salıb.

Dövlət qurumları bildirirlər ki, iqlim normasından artıq yağıntı düşüb, problemin səbəbi budur. Bəs normadan artıq yağıntı mütləq bu cür biabırçı mənzərə yaratmalıdırmı? Yaxşı, bəs vəziyyəti düzəltmək üçün hansı addımlar atılır?

Ümumiyyətlə, Nazirlər Kabineti baş verən təbii fəlakətin nəticələrini müzakirə edibmi, hansısa araşdırma komissiyası, operativ qərargah yaradıbmı, köməksiz qalan vətəndaşların evakuasiyası, yerləşdirilməsi, zəruri ehtiyaclarının qarşılanması, eləcə də dağılan infrastrukturun bərpası üçün vəsait ayırıbmı? Bu sualların cavabı mənfidir.

İctimailəşən kadrladan bir neçə vəzifəli şəxsin, o cümlədən nazir Kəmaləddin Heydərovun subasma, çökmə yerlərinə baş çəkdiyini, bəzi ərazilərdə polis və FHN əməkdaşlarının vətəndaşları sudan çıxardığını, ADSEA nümayəndələrinin evləri, obyektləri, küçələri sel sularından təmizləməyə çalışdığını gördük.

Amma işlər çox kiçik miqyasdadır, əlaqələndirilmiş birgə fəaliyyət yoxdur, sanki belə də olmalıdır. Məsuliyyət hiss edən, təşəbbüs göstərən dövlət qurumu yoxdur. Sanki hamısı tapşırıq gözləyir, halbuki, Nazirlər Kabineti vəziyyəti dəyərləndirib koordinasiyalı fəaliyyəti təşkil etməyə birbaşa məsul qurumdur.

Yaranmış vəziyyət iki mühüm problemi ortaya qoyur:

Əvvala, yağış nəticəsində əhalinin köməksiz duruma düşməsi, paytaxtda və bölgələrdə infrastrukturun dağılması yalnız təbii fəlakətin miqyası ilə əlaqələndirilə bilməz. Problemin əsas səbəbi şəhərin alt yapısına, eləcə də regionlarda infrastruktur quruculuğuna yatırılmiş milyardlarla dövlət vəsaiti və xarici kreditlərin səmərəsiz xərclənməsi, korrupsiya yeminə çevrilməsidir.

Görülən işlər ya yarımçıqdır, yaxud keyfiyyətsizdir, nəticədə ümumilikdə şəhər təsərrüfatı bərbad vəziyyətə düşüb. Həmçinin, paytaxtda və ətraf qəsəbələrdə bir qrup məmura külli miqdarda varidat qazandıran tikintilərin necə gəldi aparılması öz fəsadlarını verməyə başlayıb. Bəzi ərazilərdə su, kanalizsiya sistemləri primitiv səviyyədədir, yağış sularını daşıyacaq kollektorlar ümumiyyətlə mövcud deyil.

İkincisi, bəzi hökumət qurumlarının əhalinin problemlərinə reaksiyası ən ölüvay həddə çatıb. Məmurlar vətəndaşın nə yaşadığını görüb, hiss etmir, hərəkət etməyə cəhd belə göstərmirlər.

Bu, həm də nəzarət orqanlarının effektsiz fəaliyyəti ilə yanaşı hökumət qurumlarının, məmur korpusunun parlamentin, müstəqil ekspertlərin və medianın tənqid hədəfindən kənarda qalması ilə bağlıdır. Nəticədə dövlət qurumu, məmur özünü suda (oxu: korrupsiya gölməçəsində) üzən balıq kimi hiss edir…

Vəziyyət belə davam edərsə, əhali və dövlət daha ciddi problemlərlə üzləşə bilər. Bu günlərdə baş verənlər hökumətə açıq siqnaldır ki, məmurların bu qədər məsuliyyətsiz, vecsiz davranışı günün birində daha ciddi böhrana çevrilə, daha ağır nəticələrə, hətta faciələrə səbəb ola bilər…/azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın İran etirazçılarına göndərdiyi silahı kim ələ keçirib? – VİDEO
Next: Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?

OXŞAR MÖVZULAR

vuqar-bay-

Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı

admin 17/04/2026
ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.