Skip to content
09/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 8
  • ABŞ_dən U dönüşü və ya Tramp atəşkəsə necə məcbur oldu? – “İranın müqaviməti gözləntiləri aşdı…”

ABŞ_dən U dönüşü və ya Tramp atəşkəsə necə məcbur oldu? – “İranın müqaviməti gözləntiləri aşdı…”

admin 08/04/2026
xmn-trp

 

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt ritorikası ilə gərginliyi pik həddə çatdırsa da, qısa müddət sonra geri addım ataraq atəşkəs razılaşmasını elan etdi. 

ABŞ mərkəzli The Wall Street Journal qəzetinin məlumatına görə, bu dönüşün arxasında həm beynəlxalq təzyiqlər, həm də diplomatik manevrlər dayanır.

Qeyd olunur ki, Tramp çərşənbə axşamı səhər saatlarında Iran rəhbərliyinə 12 saatlıq ultimatum verərək, razılaşma əldə olunmazsa “bir sivilizasiyanın yox ola biləcəyi” barədə xəbərdarlıq etmişdi. O, ölkənin körpüləri, enerji obyektləri və mülki infrastrukturu hədəf alan genişmiqyaslı hücumlarla hədələyirdi.

Lakin son tarixə cəmi 90 dəqiqə qalmış Tramp sosial şəbəkədə paylaşım edərək İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqladı. Şərt kimi isə Hörmuz Boğazının dərhal açılması irəli sürüldü.

Beynəlxalq və ABŞ ictimaiyyyətinin təzyiqı artıb, İran əlaqəni kəsib

Proses boyu Trampa qarşı beynəlxalq təzyiqlər sürətlə artıb. Papa Leo və aktyor Ben Stiller kimi tanınmış şəxslər geri addım atmağa çağırdı. Avropa liderləri arasında aparılan danışıqlarda da Trampın geri çəkiləcəyi ehtimalı güclü hesab edilirdi.

Mark Rutte vəziyyəti izləmək üçün Vaşinqtona yola düşərkən, İtaliyanın baş naziri Giorgia Meloni mülki əhalinin hədəf alınmasına qarşı çıxaraq “milyonlarla insan liderlərin qərarlarının bədəlini ödəməməlidir” deyə bildirdi.

Trampın açıqlamasından dərhal sonra İran tərəfi Misir vasitəsilə ABŞ-la birbaşa əlaqəni dayandırdığını bildirdi. Region ölkələri ABŞ-ın İranın infrastrukturuna hücumunun bölgəni “qaranlığa qərq edə biləcəyi” barədə xəbərdarlıq etdi.

ABŞ müdafiə strukturları artıq mümkün hücum planlarını hazırlamışdı. Hərbi rəhbərlik İranın enerji obyektlərinə yönəlik hədəf siyahılarını müzakirəyə çıxarsa da, bu planlar Trampın səsləndirdiyi qədər genişmiqyaslı deyildi. Məlumata görə, gecə ərzində müəyyən hədəflərə zərbələr endirilsə də, əsas neft infrastrukturu toxunulmaz qaldı.

Trampın sərt çıxışı həm siyasi dairələrdə, həm də ictimaiyyətdə ciddi müzakirələrə səbəb oldu. Bəzi ekspertlər onun “təhdidkar və qeyri-proqnozlaşdırılan” görünməyə çalışdığını qeyd etdi. ABŞ daxilində də bu ritorika narahatlıq yaratdı.

Trampın tez-tez mövqe dəyişməsi maliyyə bazarlarında qeyri-müəyyənlik yaratdı. İnvestorlar riskdən qaçmağa başladı, iri maliyyə qurumları isə fövqəladə tədbirlər gördü.

Bu arada diplomatik kanallar sürətlə işə düşüb. Pakistanın baş naziri  Trampa müddətin iki həftə uzadılması təklifi ilə çıxış etdi və İranı Hörmuz boğazını açmağa çağırıb.

Günün sonunda da Tramp Oval kabinetdə müşavirləri ilə müzakirələrdən sonra qərarını açıqlayıb. O, İranın Hörmuz boğazını “tam, dərhal və təhlükəsiz şəkildə” açması şərti ilə planlaşdırılan hücumların iki həftəlik dayandırıldığını bəyan edib.

Beləliklə, sərt ultimatumla başlayan proses son anda diplomatiyanın işə düşməsi və beynəlxalq təzyiqlərin artması ilə müvəqqəti atəşkəslə nəticələnib.

Beynəlxalq mediada Vaşinqtonun qərarı necə dəyərləndirilir? 

ABŞ Prezidenti Donald Trumpın sərt təhdidlərindən sonra əldə olunan atəşkəs qərarı beynəlxalq mediada Vaşinqton üçün “geri çəkilmə çıxışı” kimi qiymətləndirilir. ABŞ və Böyük Britaniya mətbuatına görə, proses ABŞ-ın əsas hədəflərinə çata bilmədiyini, Iranın isə mövqelərini qoruduğunu göstərir.

ABŞ-ın nüfuzlu nəşri The New York Times yazır ki, Trampın “bir sivilizasiyanın yox ola biləcəyi” barədə hədəsindən təxminən 10 saat sonra Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Bu addım qlobal iqtisadiyyata təzyiqi müvəqqəti də olsa azaltdı.

Böyük Britaniyanın BBC kanalı isə bu prosesi Tramp üçün “riskli hərbi eskalasiya ilə geri addım arasında seçimdən xilas edən çıxış yolu” kimi qiymətləndirib.

Hər iki media qurumunun təhlilinə görə, atəşkəs qısa müddətdə Vaşinqtona manevr imkanı qazandırsa da, bu, strateji uğur sayılmır. Neft qiymətləri düşüb, bazarlar nisbətən sabitləşib.

Lakin İranın nüvə proqramı davam edir, regiondakı hərbi-siyasi təsiri zəifləməyib və Hörmuz Boğazı üzərində nəzarətini saxlayır.

Müharibə zamanı İranın gözləniləndən daha dayanıqlı olduğu vurğulanır. Minlərlə hücuma baxmayaraq, ölkə hərbi potensialını qoruyub, asimmetrik taktikalardan istifadə edərək enerji xətlərini təhdid edib və kiberhücumlarla ABŞ infrastrukturuna zərbələr endirib.

Bu isə Vaşinqtonun sürətli qələbə planının reallaşmadığını göstərir.

Hürmüz boğazı: əsas güc balansı burada dəyişdi

Atəşkəsin ən kritik məsələlərindən biri Hörmüz boğazıdır. İran kommersiya gəmilərinin keçidinə icazə verəcəyini bildirsə də, nəzarətin öz silahlı qüvvələrində qalacağını açıqlayıb.

Ekspertlərə görə, bu vəziyyət müharibədən əvvəlki dövrlə müqayisədə Tehranın mövqeyini gücləndirib və qlobal enerji marşrutları üzərində yeni qeyri-müəyyənlik yaradıb.

Müharibə yalnız xarici siyasətdə deyil, ABŞ daxilində də ciddi siyasi çatlara səbəb olub. Demokratlar Trampa sərt reaksiya verib, hətta Respublikaçılar arasında belə tənqidlər səslənib. Onun “yeni Yaxın Şərq müharibəsinə girməyəcəyik” vədi sual altına düşüb.

Bu proses ABŞ-ın beynəlxalq imicinə də mənfi təsir göstərib.

İranın şərtləri: Vaşinqton üçün çətin danışıqlar

Atəşkəsdən sonra danışıqların əsasını İranın irəli sürdüyü 10 maddəlik plan təşkil edir. Bu plan sanksiyaların ləğvi, ABŞ qoşunlarının regiondan çıxarılması, kompensasiya ödənişi və nüvə proqramının tanınması kimi Vaşinqton üçün ağır şərtləri əhatə edir.

The New York Times bu vəziyyəti “İranın müharibədən əvvəlki tələblərinin yenidən masaya qayıtması” kimi şərh edib.

O da qeyd olunur ki, İran xalqının müqaviməti, dözümü və hakimiyyətə dəstəyi də ABŞ üçün gözlənilməz olub. Vaşinqton bu iradə ilə hesablaşmaq məcburiyyətində qalıb.

Müharibənin nəticələri İsrail daxilində də ciddi tənqidlərə səbəb olub. Müxalifət lideri Yair Lapid Baş nazir Benjamin Netanyahunu ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsi dəstəklədiyinə görə sərt tənqid edib.

Lapid bu vəziyyəti “siyasi və strateji uğursuzluq” adlandıraraq bildirib ki, “İsrail belə mühüm qərarların qəbulunda prosesdən kənarda qalıb”.

Onun sözlərinə görə, ordu və xalq üzərinə düşəni yerinə yetirsə də, hökumət qarşıya qoyduğu hədəflərə çata bilməyib və bunun nəticələrinin aradan qaldırılması illər çəkə bilər.

Ortaya çıxan tablo göstərir ki:

-ABŞ əsas strateji məqsədlərinə nail ola bilməyib;

-İran hərbi və siyasi mövqelərini qoruyub;

-Qlobal enerji və təhlükəsizlik balansında qeyri-müəyyənlik artıb

Beləliklə, atəşkəs müharibəni dayandırsa da, onun səbəblərini aradan qaldırmayıb və tərəflər arasında gərginlik hələ də qalmaqdadır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda taksi istifadə olunan avtomobillər üçün yeni tələblər müəyyən ediləcək
Next: “Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir” – Ərdoğan

OXŞAR MÖVZULAR

hakan-f2

“Kürdləri İranla savaşa girməyə Türkiyə qoymayıb” – “Fidan ABŞ-yə xəbərdarlıq edib ki…”

admin 09/04/2026
vostok-b

KİV: Yaxın Şərqdə münaqişə istənilən an yenidən alovlana bilər

admin 09/04/2026
markov-yeni

İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi

admin 09/04/2026

XƏBƏR LENTİ

  • Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənib 09/04/2026
  • İran savaşı Zəngəzuru ikinci plana keçirib – Amerika heyətinin səfəri niyə təxirə salınıb? 09/04/2026
  • Əlillik arayışının verilmə qaydası dəyişir 09/04/2026
  • İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir 09/04/2026
  • Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib 09/04/2026
  • “Kürdləri İranla savaşa girməyə Türkiyə qoymayıb” – “Fidan ABŞ-yə xəbərdarlıq edib ki…” 09/04/2026
  • Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib! 09/04/2026
  • “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT 09/04/2026
  • İlham Əliyev Litvanın Baş nazirini qəbul edib 09/04/2026
  • KİV: Yaxın Şərqdə münaqişə istənilən an yenidən alovlana bilər 09/04/2026
  • İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi 09/04/2026
  • Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində 09/04/2026
  • Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq 09/04/2026
  • 10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir? 09/04/2026
  • “Reuters”: ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir 09/04/2026
  • Putin buna ümid edirdi, lakin İran müharibəsi… – Timoçko 09/04/2026
  • Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir 08/04/2026
  • “Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir” – Ərdoğan 08/04/2026
  • ABŞ_dən U dönüşü və ya Tramp atəşkəsə necə məcbur oldu? – “İranın müqaviməti gözləntiləri aşdı…” 08/04/2026
  • Azərbaycanda taksi istifadə olunan avtomobillər üçün yeni tələblər müəyyən ediləcək 08/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.