Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 18
  • Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
istiot_2026

 

Qara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt “ədviyyatların kralı” adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərinə görə verilib.

Mütəxəssislərin sözlərinə görə, qara istiotun müntəzəm istifadəsi qanda xolesterin və qlükoza səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bundan əlavə, o, beyin fəaliyyətini yaxşılaşdırır və yaşlanma prosesini ləngitmək potensialına malikdir.

Qara istiotun əsas faydası onun tərkibində olan piperin adlı güclü antioksidantla bağlıdır. Bu maddə orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyur, iltihab proseslərinin qarşısını almağa kömək edir və hüceyrələrin daha tez qocalmasının qarşısını ala bilir. Həmçinin piperin ultrabənövşəyi şüaların zərərli təsirinə qarşı da müəyyən qoruyucu rol oynayır.

Maraqlıdır ki, piperin başqa bir təbii antioksidant olan kurkuminin təsirini də artırır. Buna görə də mütəxəssislər sarıkök əlavə olunan yeməklərə qara istiot da qatmağı tövsiyə edirlər.

Bununla yanaşı, qara istiot güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Orqanizmdə iltihab bəzən virus və bakteriyalara qarşı müdafiə mexanizmi rolunu oynasa da, xroniki hala gəldikdə sağlamlıq üçün ciddi problemə çevrilə bilər. Qara istiotun tərkibindəki aktiv maddələr isə hüceyrələri qoruyaraq bu proseslərin qarşısını almağa kömək edir.

Araşdırmalar göstərir ki, qara istiot ürək-damar sağlamlığı üçün də faydalıdır. O, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir, damarların vəziyyətini yaxşılaşdırır və ürək xəstəlikləri riskini azalda bilər.

Bundan başqa, piperinin beyin funksiyasına müsbət təsir etdiyi də müəyyən edilib. Bu maddə diqqəti artırır, yaddaşı gücləndirir və zehni fəaliyyətin daha məhsuldar olmasına kömək edir.

Qara istiot həmçinin qidadan kalsium və selen kimi faydalı maddələrin daha yaxşı mənimsənilməsinə şərait yaradır. Bununla yanaşı, bağırsaq mikrobiomunun balansını qorumağa kömək edir ki, bu da immun sistemindən tutmuş əhval-ruhiyyəyə qədər bir çox prosesə təsir göstərir.

PAYLAŞIN:

Continue Reading

Previous: UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinin cavab matçları keçirilib
Next: İlham Əliyev Almaniya kansleri ilə Yaxın Şərqi müzakirə etdi

OXŞAR MÖVZULAR

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.