Türkiyə bəzi kürd qüvvələrinin təxribata çəkilməsinin, İranla müharibədə iştirakının qarşısını almaqda əsas rol oynayıb.
Bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ-yə xəbərdarlıq edib ki, kürd döyüşçülərini İrana hücuma təhrik etmək təkcə İranı deyil, həm də Türkiyə və Suriyanı qeyri-sabitliyə sala bilər. Ankara buna yol verməyəcəyini bəyan edib.
Bu xəbərdarlıqlar Vaşinqtonun kürd qüvvələrini dəstəkləməməsi üçün təzyiqi artırıb və kürd qruplaşmalarının quru əməliyyatından imtina etmək qərarına səbəb olub. /azpolitika.info
