Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 9
  • Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində

Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində

admin 09/04/2026
sahilbab

 

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Emil Vidadi oğlu Orucov ilə 97.200 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib. Müqavvilənin müddəti 01.04.2026-cı ildə başlayır, 01.04.2027-ci ildə bitir.

Şərlər toplusuna görə ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 450 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 5 – 6 otaq və hər mərtəbədə 1 mətbəx və minimum 2 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 1 sürətli sərnişin lifti olmalıdır. Minimum 3 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. Ofis sahəsində 24 saat isti və soyuq su ilə təminat mövcud olmalıdır. İnzibati binanın ofis sahəsinə aid şüşə və fasad hissələrinin yuyulması ildə 2 dəfədən az olmamaqla təmin edilməlidir. Təklif olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq Zona 4, Zona 5, Zona 6 (Zona 6.1,6.2,6.3), Zona 7-dən təklif edilməlidir. Ofis sahəsinin icarə 12 ay üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ofis icarəsi xidmətinin satınalınması üzrə bir müqavilə də 24.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 97.200 manat təşkil edib.

Xatırladaq ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov ictimaiyyətə son illərdə barəsində yayılmış məlumatlardan tanışdır. Belə ki,  fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat dəyərində.

Aktualinfo-nun hələ iki il əvvəl apardığı araşdırmada məlum olmuşdu ki, Emil Orucov uzun müddət təhsil sistemində çalışmış, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-2024-cü iilərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru olmuş Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü?

Əldə etdiyimiz ən son məlumatlara görə fiziki şəxs Emil Vidadi oğlu Orucovun icarəyə verilən obyektlərlə heç bir bağlılığı yoxdu. Sözügedən obyektlər əslində “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur. Əldə etdiyimiz məlumata görə Səxavət Səfərovla Kollec direktoru olmuş Vidadi Orucov qudadırlar. Səxavət Səfərov da ona məxsus obyektlərin bir neçəsini Emil Orucovun adına rəsmləşdirib.

Yuxarıda qeyd etdiyimizdən də göründüyü kimi Emil Vidadi oğlu Orucov 2020-2024-cü illərdə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat dəyərində müqavilə bağlayıb.

Satınalmaların portalında 01.10.2024-cü ildə dərc edilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati binanın icarəsinin satın alınması üzrə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 2.752.453 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin müddəti 01.10.2024-cü ildən 01.08.2027-ci ilə nəzərdə tutulub.

Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi (DOST İş Mərkəzi) isə 06.11.2020-ci ildən 24.07.2024-cü ilə qədər fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla ümumi dəyəri 2 398 867 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Burada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fiziki şəxs Əşrəf  Səxavət oğlu Səfərovla bağladığı müqaviləni xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 31.03.2026-cı ildə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 1.073.010 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov hazırda “Kia Motors Az” MMC-nin qanuni təmsilçisidir. Yuxarıda qeyd etdiyimiz kimi “Kia Motors Az” MMC-nin əsl sahibi Səxavət Səfərovun oğludur. Fiziki şəxs kimi Bakı şəhəri, Xətai rayonu, Y.Səfəroğlu, ev 35, mənzil 19 ünvanında vergi uçotuna alınıb.

Qeyd edək ki Prezident İlham Əliyevin  6 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə Sahil Babayev təyin edilib. Xatırladaq ki, Sahil Babayev 21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Göründüyü kimi Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqda sözügedən nazirliyə tabeli qurumlar, Maliyyə naziri vəzifəsinə keçdikdən cəm iki ay sonra isə Əşrəf Səfərovla icarə müqavilələri bağlayıb. Bu heç də bir təsadüfə oxşamır və Sahil Babayevlə sahibkar Səxavət Səfərov arasında işbirliyidir.

Qeyd edək ki, iki gün əvvəl medianın yaydığı məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.

Odur ki, aidiyyatı qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən bağlanan icarə müqavilələrini də ciddi yoxlasalar dövlət vəsaitlərinin haralara yönəldildiyi də bəlli olar.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
Next: İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi

OXŞAR MÖVZULAR

qkom rzayae

Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

admin 27/04/2026
ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026
zaur mikayıl

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.