Skip to content
09/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 9
  • “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT

“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT

admin 09/04/2026
qht-aygün

 

Belə davam edərsə, nəticədə QHT sektorunda sağlam rəqabət mühiti tamamilə sıradan çıxacaq, real fəaliyyət göstərən təşkilatlar kənarda qalacaq, resurslar isə daha çox “uyğun” hesab edilən subyektlər arasında bölüşdürüləcək.

Uzun müddətdir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrini təhlil edir, ayrılmış vəsaitlərin kimlərə və hansı prinsiplərlə paylandığını faktlarla ortaya qoymaqdayıq. Bu müddət ərzində araşdırmalarımızda qeyd olunan heç bir fakt təkzib edilmir… Əksinə, cavab vermək əvəzinə “Yenixeber.org” İnformasiya Portalına təzyiq göstərilərək, bloklanması yolu seçildi. Bu fakt özü-özlüyündə ölkədə azad medianın hansı vəziyyətdə olduğunu açıq şəkildə nümayiş etdirir və tənqidi fikrə qarşı dözümsüzlüyün bariz nümunəsidir. (Bu faktor başqa yazımızın mövzusu olacaq. Red.)

                         ***

Ötən ay QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin nəticələri elan edildikdən dərhal sonra “Yenixeberorg” olaraq apardığımız ilkin təhlillər də göstərdi ki, əvvəlki illərdə müşahidə olunan problemlər aradan qaldırılmayıb, əksinə daha sistemli xarakter almaqdadır.

İlk diqqət çəkən məqamlardan biri “Gilavar Foto Klubu” İctimai Birliyinə böyük qrant kateqoriyası üzrə 45 min manat vəsait ayrılması oldu. Rəsmi məlumatlara görə təşkilat 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Halbuki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən böyük qrant müsabiqəsində iştirak edən QHT-nin ən azı 5 illik fəaliyyət tarixçəsi olmalı və bu fəaliyyət mediada geniş şəkildə işıqlandırılmalıdır.

Bu tələb formal deyil, məntiqi və zəruri bir şərtdir. Çünki böyük məbləğdə dövlət vəsaiti yalnız müəyyən təcrübəyə, institusional yaddaşa və davamlı fəaliyyətə malik təşkilatlara etibar edilməlidir. Əks halda, bu, dövlət vəsaitinin risk altına atılması deməkdir.

Məqalədən sonra “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev tərəfindən redaksiyamıza göndərilən məktubda qeyd olundu ki, təşkilat əslində 2017-ci ildən fəaliyyət göstərir, sadəcə hüquqi qeydiyyat 2022-ci ildə baş tutub. Bu arqument ilk baxışdan müəyyən məntiqə malik görünsə də, hüquqi baxımdan tamamilə əsassızdır. Çünki qaydalarda əsas götürülən meyar subyektiv iddialar və ya qeyri-rəsmi fəaliyyət deyil, məhz dövlət qeydiyyatıdır.

Ən ciddi problem isə selektiv yanaşmadır. Eyni vəziyyətdə olan digər QHT-lərə əvvəlki müsabiqələrdə açıq şəkildə bildirilib ki, onların hüquqi yaşı 1–2 il olduğu üçün nə böyük, nə də orta qrant müsabiqələrinə müraciət edə bilməzlər. Onların təqdim etdiyi 5-10 illik media materialları və fəaliyyət sübutları da nəzərə alınmayıb. Bu isə açıq-aşkar ikili standartların tətbiq olunduğunu göstərir.

Beləliklə, ortaya çox təhlükəli bir tendensiya çıxır: qaydalar mövcuddur, lakin onlar hamıya eyni şəkildə tətbiq edilmir. Bu isə hüquqi dövlət prinsiplərinə ziddir. Əgər qaydalar yalnız seçilmiş təşkilatlara uyğunlaşdırılırsa, o zaman bu sənədlərin hüquqi qüvvəsi sual altına düşür və onlar sadəcə formal alətə çevrilir.

Daha narahatedici məqam isə budur ki, bu cür hallar artıq istisna deyil, sistemli xarakter daşıyır. Məsələn, əvvəlki müsabiqələrdə fəaliyyətə yeni başlamış təşkilatlara qısa müddət ərzində on minlərlə manat vəsait ayrılması faktları da mövcuddur. Bu isə onu göstərir ki, qərarların qəbulunda obyektiv meyarlardan çox subyektiv və qeyri-şəffaf amillər rol oynayır.

Qeyd etdiyimiz kimi, ötən illərdəki qrant müsabiqələrində buna bənzər kifayət qədər fakt var və onların bir neçəsini yazılarımızda göstərmişik. Ehtiyac olarsa, bir daha da xatırlada bilərik.

Məsələn: Qalib təşkilatların sədrlərindən biri hətta “facebook” hesabında paylaşım etməklə yanaşı, mediada açıqlama verərək 2023-cü ilin noyabr ayında fəaliyyətə başladıqlarını göstərir. Üzərindən 1 il keçdikdən sonra ona “orta qrant” müsabiqəsində 17 min manat verirlər. Bu açıq qanun pozuntusu deyil, bəs nədir?

Bütün bunlar QHT-lərə Dövlət Dəstəyi Agentliyi daxilində institusional problemlərin mövcudluğundan xəbər verir. Lakin məsələ təkcə bir qurumla məhdudlaşmır. Əsas problem nəzarət mexanizmlərinin zəifliyi, ictimai hesabatlılığın olmaması və qəbul edilən qərarların müstəqil auditdən kənarda qalmasıdır. Bu isə özbaşınalıq üçün münbit şərait yaradır.

Əgər bu tendensiya davam edərsə, nəticədə QHT sektorunda sağlam rəqabət mühiti tamamilə sıradan çıxacaq, real fəaliyyət göstərən təşkilatlar kənarda qalacaq, resurslar isə daha çox “uyğun” hesab edilən subyektlər arasında bölüşdürüləcək.

Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyində tək-tək texniki pozuntular yox, sistemli idarəetmə böhranı var. Qaydaların selektiv tətbiqi, tənqidə qarşı təzyiq mexanizmləri və şəffaflığın olmaması göstərir ki, bu sahədə ciddi institusional islahatlara ehtiyac var. Əks halda, bu proseslər nəinki düzəlməyəcək, əksinə daha da dərinləşəcək.

Sonda bir daha xatırladaq ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qarşıdakı günlərdə bu mövzuda yeni yazıları oxuya biləcəksiniz. (Yenixeberorg.com) 

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
Next: Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

OXŞAR MÖVZULAR

rüstem-neftçala

Rüstəm Şahbazovu kim aldadır?..

admin 08/04/2026
kollektor-ev

Kollektorun üstündəki evlər: Böyük cinayətlərin üstü açıldı, kimlərin “başı ağrıyacaq”?

admin 08/04/2026
suraxanı-adil-mais

Suraxanı İH-də kimdir rəhbər – Adil Əliyev, yoxsa Mais Məmmədov?

admin 07/04/2026

XƏBƏR LENTİ

  • Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənib 09/04/2026
  • İran savaşı Zəngəzuru ikinci plana keçirib – Amerika heyətinin səfəri niyə təxirə salınıb? 09/04/2026
  • Əlillik arayışının verilmə qaydası dəyişir 09/04/2026
  • İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir 09/04/2026
  • Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib 09/04/2026
  • “Kürdləri İranla savaşa girməyə Türkiyə qoymayıb” – “Fidan ABŞ-yə xəbərdarlıq edib ki…” 09/04/2026
  • Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib! 09/04/2026
  • “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT 09/04/2026
  • İlham Əliyev Litvanın Baş nazirini qəbul edib 09/04/2026
  • KİV: Yaxın Şərqdə münaqişə istənilən an yenidən alovlana bilər 09/04/2026
  • İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi 09/04/2026
  • Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində 09/04/2026
  • Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq 09/04/2026
  • 10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir? 09/04/2026
  • “Reuters”: ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir 09/04/2026
  • Putin buna ümid edirdi, lakin İran müharibəsi… – Timoçko 09/04/2026
  • Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir 08/04/2026
  • “Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir” – Ərdoğan 08/04/2026
  • ABŞ_dən U dönüşü və ya Tramp atəşkəsə necə məcbur oldu? – “İranın müqaviməti gözləntiləri aşdı…” 08/04/2026
  • Azərbaycanda taksi istifadə olunan avtomobillər üçün yeni tələblər müəyyən ediləcək 08/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.