Skip to content
09/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 9
  • Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

admin 09/04/2026
eldar-namazov

 

ABŞ Prezidenti Donald Trampın 14 günlük atəşkəsə razılaşmasının arxasında bir sıra hərbi-texniki səbəblər dayanır.

Bu sözləri politoloq Eldar Namazov ABŞ və İran arasında ötən gün əldə edilən iki həftəlik atəşkəs razılaşmasını İTV-yə şərh edərkən deyib.

Onun sözlərinə görə, səbəblərdən biri ABŞ-ın əvvəlcədən nəzərdə tutduğu hədəflərin artıq yerinə yetirilməsi ilə bağlıdır:

“ABŞ-ın nəzərdə tutduğu 1300 obyekt artıq vurulub. Bunlar ordu, SEPAH, “Bəsic” və digər hərbi qurumlar, müdafiə obyektləri, dəniz donanması, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi sənaye – raket və maşınqayırma zavodlarıdır. Onların hamısı vurulub. İndi isə yeni siyahı hazırlanır və bu artıq infrastruktur obyektlərini əhatə edir. Yollar, körpülər, elektrik stansiyaları hədəfə alınmalıdır. Bu isə əvvəlcədən nəzərdə tutulmuş plan deyildi. Ona görə də Tramp bildirir ki, nəzərdə tutulan hədəflər yerinə yetirilib, hətta daha artıq nəticə əldə olunub.

Növbəti mərhələdə mülki infrastruktura zərbələrin endirilməsi gözlənilirdi ki, bu da artıq sadə vətəndaşların vəziyyətini çətinləşdirəcəkdi. Bu məqamda Tramp dayandı və düzgün qərar verdi. Çünki bu, artıq İranın hərbi qüvvələrinə deyil, mülki əhaliyə ciddi təsir göstərəcəkdi”.

 

Namazovun fikrincə, ikinci səbəb əməliyyatların intensivliyi ilə bağlıdır:

“Pentaqon xahiş etdi ki, 38 gün ardıcıl davam edən əməliyyatlardan sonra heyət dəyişdirilməli, texnika təmir olunmalıdır. Buna vaxt lazımdır. Müharibə faktiki olaraq birtərəfli aparılırdı. Tehranın səmasında ABŞ və İsrail qırıcıları uçur, bombardmanlar həyata keçirirdi. 1300 hərbi obyektin vurulması ilə bu mərhələ başa çatıb”.

Üçüncü səbəb isə Hörmüz boğazındakı vəziyyətlə əlaqələndirilir:

“Müharibə başlayandan İran Hörmüz boğazını bağlamışdı. Orada 800-ə yaxın müxtəlif ölkələrə məxsus gəmi və təxminən 20 min dənizçi ilişib qalmışdı. Onlar faktiki olaraq İranın girovuna çevrilmişdi. Həmin ərazidə zərbə endirilməsi çoxsaylı insan tələfatına səbəb ola bilərdi. Buna görə də Tramp hesab etdi ki, əvvəlcə Hörmüz boğazı açılmalı, insanlar təhlükəsiz şəkildə çıxarılmalıdır. Bundan sonra hərbi əməliyyatları davam etdirmək və daha ağır zərbələr endirmək mümkün ola bilər”./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT
Next: “Kürdləri İranla savaşa girməyə Türkiyə qoymayıb” – “Fidan ABŞ-yə xəbərdarlıq edib ki…”

OXŞAR MÖVZULAR

zeng-kordor

İran savaşı Zəngəzuru ikinci plana keçirib – Amerika heyətinin səfəri niyə təxirə salınıb?

admin 09/04/2026
67a1075d-0748-4470-ad7e-7195b399df72

“Müharibə bitməyib, sadəcə fasilə verilib” – “Qalib yoxdur…”

admin 08/04/2026
baki-yeni (1)

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri…

admin 07/04/2026

XƏBƏR LENTİ

  • Tramp İranın heyfini NATO-dan alacaq? – Qəzəbli paylaşım etdi və Qrenlandiyanı xatırlatdı 09/04/2026
  • Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənib 09/04/2026
  • İran savaşı Zəngəzuru ikinci plana keçirib – Amerika heyətinin səfəri niyə təxirə salınıb? 09/04/2026
  • Əlillik arayışının verilmə qaydası dəyişir 09/04/2026
  • İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir 09/04/2026
  • Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib 09/04/2026
  • “Kürdləri İranla savaşa girməyə Türkiyə qoymayıb” – “Fidan ABŞ-yə xəbərdarlıq edib ki…” 09/04/2026
  • Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib! 09/04/2026
  • “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT 09/04/2026
  • İlham Əliyev Litvanın Baş nazirini qəbul edib 09/04/2026
  • KİV: Yaxın Şərqdə münaqişə istənilən an yenidən alovlana bilər 09/04/2026
  • İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi 09/04/2026
  • Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində 09/04/2026
  • Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq 09/04/2026
  • 10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir? 09/04/2026
  • “Reuters”: ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir 09/04/2026
  • Putin buna ümid edirdi, lakin İran müharibəsi… – Timoçko 09/04/2026
  • Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir 08/04/2026
  • “Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir” – Ərdoğan 08/04/2026
  • ABŞ_dən U dönüşü və ya Tramp atəşkəsə necə məcbur oldu? – “İranın müqaviməti gözləntiləri aşdı…” 08/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.