Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 20
  • NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

 

“NATO-nun sabiq baş katibi Yens Stoltenberqin səsləndirdiyi fikirləri real ehtimal kimi dəyərləndirməliyik. Əgər NATO zəifləsə və ya tamamilə dağılsa, Avropa təhlükəsizliyi üçün nəticələr olduqca ağır olacaq”.
Bu sözləri açıqlamasında politoloq Zaur İbrahimli Norveçin keçmiş baş naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberqin alyansın yaxın gələcəkdə fəaliyyətini dayandıra biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Politoloqun fikrincə, ilk növbədə Avropa ABŞ-ın nüvə çətiri və güclü hərbi imkanları kimi əsas təhlükəsizlik zəmanətlərini itirə bilər:
“NATO-nun hazırkı baş katibi Mark Rutte avropalı həmkarlarına açıq şəkildə bildirib ki, “xəyallara inanmaq olmaz”. Çünki ABŞ-ın təmin etdiyi müdafiə səviyyəsinə çatmaq üçün Avropa İttifaqı ölkələrinin müdafiə xərcləri 5 faiz deyil, təxminən 10 faiz olmalıdır. ABŞ-ın nüvə çətiri olmadan Avropa ölkələri ya öz nüvə proqramlarını inkişaf etdirmək məcburiyyətində qala bilər. Fransanın bu sahədə imkanları isə məhduddur və NATO-nun təmin etdiyi genişmiqyaslı nüvə çətirini əvəz edə bilməz. NATO-nun zəifləməsi birbaşa Rusiyanın maraqlarına xidmət edəcək. Alyansın kollektiv müdafiə prinsipi olmadan Rusiya Şərqi Avropa ölkələrinə qarşı daha real təcavüzkar addımlar ata bilər”.
Zaur İbrahimli vurğulayıb ki, Donald Trampın NATO-nu “kağız pələng” adlandırması və alyansdan çıxmaqla bağlı təhdidləri vəziyyəti daha da gərginləşdirir:
“Bu cür bəyanatlar Rusiyanı NATO üzvlərinin bir-birini müdafiə edib-etməyəcəyini test etməyə sövq edə bilər. Mövcud proseslər göstərir ki, NATO köklü transformasiya mərhələsinə daxil ola bilər. Ənənəvi, dəyərlərə əsaslanan strateji birlik modeli yerini daha çox əməliyyat yönümlü təhlükəsizlik yanaşmasına verə bilər. Bu isə Avropada təhlükəsizlik arxitekturasının zəifləməsinə, hər bir ölkənin daha çox özünü qorumağa çalışmasına gətirib çıxara bilər. Nəticədə Avropa İttifaqının belə dağılması riski arta bilər”.
Ekspert qeyd edib ki, Trampın NATO-ya yanaşması kollektiv müdafiə prinsipini şübhə altına alır:
“O, dəfələrlə alyansı “faydasız” adlandırıb və üzv ölkələrin kifayət qədər maliyyə töhfəsi vermədiyini bildirib. Trampın yanaşması “pulunu ödə və sistemdə qal” prinsipinə əsaslanır. Onun irəli sürdüyü 5 faizlik müdafiə xərci tələbinə əməl etməyən ölkələrin qərarvermə prosesindən kənarlaşdırılması təklifi bunun nümunəsidir. Bu gərginlik artıq praktikada da özünü göstərir. Məsələn, Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi iddialar və İranla bağlı gərginlik fonunda bəzi Avropa ölkələrinin ABŞ-a dəstək verməməsi buna misaldır”.
Politoloqun sözlərinə görə, NATO-nun hazırkı baş katibi Mark Rutte balans yaratmağa çalışır:
“O, NATO sammitində Trampı qane edəcək 5 faizlik müdafiə xərci razılaşmasına nail olub. Rutte ABŞ-ın tələbləri ilə Avropanın maraqları arasında tarazlıq yaratmağa çalışır. Bu yanaşma hələlik alyansı daha böyük böhrandan qoruyur. Lakin bəzi tənqidçilər hesab edir ki, o, Trampa həddindən artıq güzəştə gedir və bu da Vaşinqtonu daha sərt mövqe tutmağa təşviq edir”.
Zaur İbrahimli hesab edir ki, NATO-nun gələcəyi əsasən ABŞ-da qəbul edilən siyasi qərarlardan və Avropanın müdafiə xərclərini artırmaq iradəsindən asılıdır:
“Əgər NATO dağılsa, qlobal güc balansı köklü şəkildə dəyişəcək və bundan ən çox zərər görən tərəf Avropa olacaq. Bununla belə, hazırda alyansın bütövlüyünü qoruyub saxlamaq ehtimalı daha yüksək qiymətləndirilir”.
Bundan əvvəl Yens Stoltenberq daha əvvəl bildirib ki, NATO-nun mövcudluğu əbədi deyil və qarşıdakı onillikdə alyansın taleyi tam təmin olunmayıb. O, həmçinin xatırladıb ki, Donald Tramp hələ əvvəlki prezidentlik dövründə də ABŞ-ın NATO-dan çıxa biləcəyini gündəmə gətirmişdi.
PAYLAŞIN:

Continue Reading

Previous: Pulu daha çox nəyə XƏRCLƏYİRİK?
Next: Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir

OXŞAR MÖVZULAR

9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026
muharibe-qarabag

Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert

admin 17/04/2026
azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026
  • NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq 20/04/2026
  • Pulu daha çox nəyə XƏRCLƏYİRİK? 20/04/2026
  • Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 20/04/2026
  • ABŞ-nin dəniz piyadaları İran gəmisini nəzarətə götürüb 20/04/2026
  • Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır 20/04/2026
  • Azərbaycanda I rübdə 16 sahibkara “Startap” şəhadətnaməsi verilib 20/04/2026
  • Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT 20/04/2026
  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.