Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 21
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
anar-eliyev

 

“Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlillərin reabilitasiyası üçün malların satınalınması üzrə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.523.872,05  manat məbləğində satınaılma müqaviləsi bağladığını 20.04.2026-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib. Müqavilənin icrasına 16.04.2026-ci ildən başlanılıb 30.12.2027-ci ildə bitiriləcək.

Qeyd edək ki, bunlar “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”  ilə “ZN TRADE” MMC arasında bağlanan ilk müqavilələr deyil. Belə ki, Reabilitasiya Mərkəzi ilə şirkət artıq bir neçə ildir işbirliyindədir.

Əlillərin reabilitasiyası üçün malların satın alınması üzrə 6.110.690,69 manat məbləğində bir müqavilə 23.09.2025-ci ildə, 449.728,72 manat dəyərində bir müqavilə isə 19.03.2025-ci ildə bağlanılıb.

“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”  ilə “ZN TRADE” MMC arasında 2024-cü ildə isə ümumi dəyəri 35 253078 manat olan 3 satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, bunlar “ZN TRADE” MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumlar arasında bağlanılan müqavilələrin bir hissəsidir. Onlara keçməzdən əvvəl MMC-nin qısa tarixini diqqətinizə çatdırmaq istərdik.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “ZN TRADE” (VÖEN 2007592551) Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının   BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, OKSİGEN, ev 3/8, qanuni təmsilçisinin isə Kərimov Nüsrəddin Yolçu oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC 09.09.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC  dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin keçirdiyi qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satınalması üzrə 3.758.808,58 dəyəri olan tenderin qalibi olub. Sonra isə, daha dəqiqi 09.03.2023-cü ildə MMC sözügedən mərkəzə 214.417,87 manat məbləğində təsərrüfat və dəftərxana malları alıb.

Qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi satınalmasının qalibi olub. Həm də hansısa konkret bir pretmetin təchicaçısı kimi yox, müxtəlif növ malların satınalamaları üzrə.

Məsələn, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 29.01.2026-ci ildə “ZN TRADE” MMC ilə dəftərxana mallarının satın alınmas üzrə 148.618,45 manat dəyərində müqavilə bağlayıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi isə 16.09.2025-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində, DOST Evi filialında müxtəlif mal, material və avadanlıqların satınalınması üzrə sözügedən MMC ilə 261.302,48 manat dəyərində müqavilə bağlayıb.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə Ümumilli Lider Heydər Əliyevə həsr ediləcək xatirə guşəsinin satınalınması üzrə “ZN TRADE” MMC ilə 13.838,27 manat dəyərində müqaviləni 11.08.2025ci ildə, dəftərxana mallarının satın alınması üzrə 73.380,83 manat dəyərində müqaviləni isə 24.06.2025-ci ildə bağlayıb.

Qeyd edək ki, MMC bunlarla yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların həm təmizlik vasitələrinin və təsərrüfat mallarının, həm peşə hazırlığı ilə bağlı ləvazimatların, həm də çiçəkçilik və ağacəkmə mallarının təchizatçısı olub.

Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların milyonlarla manat dəyərində tenderlərini “udan” bir MMC-nin barəsində mediada yayılan məlumatlardan donra rəsmi saytı yaradılıb. Saytda MMC-nin müxtəlif sahələr üçün keyfiyyətli məhsul və aavadanlıqların təchizatı üzrə ixtisaslaşmış şirkət olduğu gostərirlir. Bu sayın isə formal yaradıldığı elə ana səhifədən bəlli olur. “ZN TRADE” MMC-nin rəsmi saytında https://zntrade.az/contact.html göstərilən əlaqə nömrəsi tel: 090-080-0760, email:info@company.com, ünvan: 1020 New Mountain Street Forest Park, FP 11220 kimi göstərilib. MMC-nin qanuni təmsilçisi Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxs şirkəti təmsil etsə də, sahibi deyil.

Maraqlıdır, barəsində olan bir çox şübhəli məlumatlarla diqqət çəkən bu MMC-yə bu şəraiti kimlər yaradır? Təbii ki, bunu ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarmaq lazımdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi MMC ancaq bu nazirliyə tabeli qurumların sifarişlərini həyata keçirir.

Qeyd edək ki, mediada yayılan məlumatlarda şirkətin arxasında 14 aprel 2026-ci ildə TƏBİB-in İcraçı direktoru təyin edilmiş Anar Bayramovun durduğu iddia edilir. Anar Bayramov 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində işləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, son təyinata qədər, yəni 17 aprel 2025-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. “ZN TRADE” MMC-nin yaradılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların tenderlərini udması Anar Bayramovun sözügedən nazirlikdə yüksək vəzifə aldığı illərə təsadüf edir.

Qeyd edək ki, Prezidentin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Anar Əliyev təyin olunub. O, 30 oktyabr 2018-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. Həmin vaxtdan  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çoxdan yüksək vəzifə tutduğunu nəzərə alsaq “ZN TRADE” MMC-nin arxasında kimlərin durduğunu Anar Əliyev daha yaxşı bilmiş olar.

 

Aktualinfş.net

PAYLAŞIN:

Continue Reading

Previous: AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir
Next: Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.