Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.
Bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda səsləndirib.
O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.
“Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən va
