Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 22
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO

Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO

admin 22/04/2026
iran-parlam

 

İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə “təhdid kölgəsi altında” ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara “yaşıl işıq” yandırır.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Bu ziddiyyət, əslində, təsadüfi deyil. Tehran burada incə balans qurmağa çalışır, həm daxili auditoriyaya, həm də xarici aktorlara mesaj verir ki, İran heç bir gücün təzyiqi altında danışıqlara getmir. Qalibafın sərt bəyanatları məhz bu məqsədə xidmət edir. Yəni Tehran ABŞ Prezidenti Donald Trampın təzyiq siyasətinə boyun əymir.

Eyni zamanda Müctəba Xameneinin danışıqlara “yaşıl işıq” yandırması İranın diplomatiyadan da imtina etmədiyini göstərir. Sadəcə olaraq Tehran istəyir ki, bu proses təzyiqin nəticəsi kimi yox, suveren qərar kimi təqdim olunsun. Bu isə klassik “ikixətli strategiya”dır.

Birinci xətt – ictimai ritorika: sərt, kompromissiz və müqavimət üzərində qurulub. İkinci xətt – pərdəarxası diplomatiya: real danışıqlar, kompromis axtarışı və vaxt qazanmaq məqsədi daşıyır.

Məhz buna görə də İran rəsmiləri bir tərəfdən danışıqları rədd edir, digər tərəfdən isə nümayəndə heyətinin Pakistana göndərilməsi ehtimalını açıq saxlayır.

Lakin məsələ təkcə xarici siyasət deyil. İran daxilində də ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə SEPAH, yəni İnqilab Keşikçiləri Korpusu daha sərt mövqedə dayanır. Onlar hesab edirlər ki, ABŞ-nin dəniz blokadasının davam etdiyi müddətdə danışıqlar aparmaq zəiflik göstəricisi olardı. Digər tərəfdən isə diplomatik qanad, xüsusilə Xarici İşlər Nazirliyi və bəzi siyasi fiqurlar gərginliyin azaldılmasının tərəfdarıdırlar. Bu daxili balans, daha doğrusu, balanssızlıq qərarların gecikməsinə və ziddiyyətli açıqlamalara səbəb olur.

Vaşinqton isə tam fərqli yanaşma sərgiləyir. Onlar maksimalist tələblər irəli sürərək sürətli nəticə istəyirlər. Bu tələblər sırasında nüvə proqramının tam dayandırılması, zənginləşdirmənin sıfırlanması və hərbi infrastrukturların məhdudlaşdırılması da var. Tehran isə bu tələbləri faktiki olaraq “təslim sənədi” kimi qiymətləndirir.

Bütün bunların fonunda Pakistanın vasitəçilik rolu ön plana çıxır. İslamabad hər iki tərəf üçün nadir, etibarlı platformaya çevrilib və onun əsas məqsədi ən azı atəşkəsin uzadılmasıdır. Analitiklər hesab edirlər ki, hazırkı mərhələdə tam razılaşma real deyil. Ən real ssenari vaxt qazanmaq və müvəqqəti razılaşma əldə etməkdir.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib
Next: Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

OXŞAR MÖVZULAR

tramp-barmaq

Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb

admin 24/04/2026
trp-iir

Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir

admin 23/04/2026
abş-iran5

İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.