Skip to content
25/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 24
  • BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır

BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır

admin 24/04/2026
btq-group

 

Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq ictimaiyyəti, insan hüquqları institutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalq təşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik, dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır.

Bu barədə BTQ-nin bəyanatında qeyd edilib.

Bildirilib ki, Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olub:

“Azərbaycanlıların yeganə “günahı” onların milli mənsubiyyəti idi. Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalıblar.

Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi”.

Bəyanatda vurğulanıb ki, Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət edib:

“Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları 1948-1953-cü illəri əhatə edib və 150 mindən çox azərbaycanlı öz el-obasından didərgin düşüb. Bu aktlar insan talelərində dərin faciələr yaradıb, minlərlə ailəni doğma torpaqlarından ayırıb, ağır köçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosial vəziyyətinə ağır zərbə vurub.

Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irs məqsədyönlü şəkildə silinib, Azərbaycan mənşəli toponimlər kütləvi qaydada dəyişdirilib, yaşayış məntəqələri, qəbiristanlıqlar, dini və mədəni abidələr dağıdılıb və ya özgələşdirilib. Bu siyasət yalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması ilə məhdudlaşmayıb, onların tarixi yaddaşının və mədəni izlərinin silinməsini də hədəfləyib”.

Qeyd edilib ki, 1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib, bunun ardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çox azərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulub. Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilib, insanlar öz evlərini tərk etməyə məcbur edilib, beləliklə, Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başa çatdırılıb:

“Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməyib. Ermənistanın monoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik və dini azlıqlar da sıxışdırılıb, onların sayı kəskin şəkildə azalıb. Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə bu siyasəti apardığını göstərir. Ermənistan bununla da kifayətlənməyib, Azərbaycanın suveren ərazilərinin 20%-ni işğal edib.

Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur. Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorla çıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün ola bilər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır
Next: İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq

OXŞAR MÖVZULAR

cqafqaz

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır

admin 24/04/2026
iYtel27114CSzsgyFqYyhUm6w0gqfBx7v75gqU3D_1200

“Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır

admin 24/04/2026
azerbermenibayraqes

Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi?

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulmalıdır? 24/04/2026
  • Putinin Paşinyandan artıq erməni olmaq istəyi… 24/04/2026
  • İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq 24/04/2026
  • BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır 24/04/2026
  • Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır 24/04/2026
  • “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir” – Ərdoğan 24/04/2026
  • Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı 24/04/2026
  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? 24/04/2026
  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.