Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

admin 27/04/2026
1-körpə

 

“Aqrar tədarük və təchizat” ASC-nin adı bir Bir mənbədən satınalmada vasitəçi kimi hallanır 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Körpələr Evi “Qubadoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Ərzaq məhsullarının alınması ilə bağlı müqavilə bağlayıb. 16.04.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 316.335.05 AZN-dir…

Bu istiqamətdə oxucularımızın ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var…Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə 1 Nömrəli Körpələr Evi yuxarıda qeyd etdiyimiz iş üzrə müvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla “Qubadoğlu” MMC ilə müqavilə bağlayıb.

Uşaq bağçası, körpələr evi 1 saylı uşaq körpə evi, Bakı, foto

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur: 1 Nömrəli Körpələr Evinin Ərzaq məhsullarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “Qubadoğlu” MMC ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, 1 Nömrəli Körpələr Evi tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Söhbət hansı ərzaq məhsullarından gedir?

“Qubadoğlu” MMC-nə niyə üstünlük verilib? Və s…

            “Qubadoğlu” MMC ilə bağlı…

Bu şirkətlə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:

Məlum oldu ki, “Qubadoğlu” MMC Ağcabədi rayonu Aşağı Avşar kəndində ət kəsimi-satışı ilə məşğul olur. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirəcək ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə etmək olar.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QUBADOĞLU” (VÖEN: 1604035851) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2020-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, 1-Cİ KÖNDƏLƏN, ev 23, m. 4/1A, qanuni təmsilçisi kimi isə Məhərrəmov Vüsal Qubad oğlu qeyd olunub.

Bundan əlavə elektron medianın 2024-cü ilin fevralında yaydığı yaydığı məlumata görə “Qubadoğlu” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. İşə Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Daha bir məlumatda isə “Qubadoğlu”MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib.

Qeyd edək ki, 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tulur.

Göründüyü kimi, “Qubadoğlu” MMC-nin adı təkrar olunan bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır.

Adı dəfələrlə məhkəmə müstəvisində hallanan “Qubadoğlu” MMC ilə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlətin milyonlarla vəsaitinin belə bir şirkətə etibar edildiyinə ciddi şübhələr doğurur…

       Cavabsız suallar…

Biz bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə 1 Nömrəli Körpələr Evinin baş həkimi Dürdanə xanım Budaqovaya online rəsmi sorğu ünvanladıq…

Aydın və azsaylı suallarımız belə idi:

1. 1 Nömrəli Körpələr Evinin Qubadoğlu MMCilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?

2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?

3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və “Qubadoğlu” MMC hansı üstünlükləri ilə qalib olub?

4. “Qubadoğlu” MMC-ninanaloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. “Qubadoğlu” MMC-ninson birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. “Qubadoğlu” MMC-ninmüvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi… Cavab məktubunu ümumi söz yığını da adlandırmaq olar: Bildiririk ki, butun müqavilələr və satınalma prosedurları Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və müvafiq qaydalara tam uyğun olaraq təmin edilib. Əgər iddianızda konkret pozuntular varsa, nəzərinizə çatdırmaq istərdik ki, satınalma proseduru “Aqrar Tədarük və Təchizat” ASC-nin vasitəçiliyi ilə bağlanmış müqavilə yolu ilə həyata keçirilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, bağlanmış müqavilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi saytrnda yerləşdirilmişdir. Xidmət satınalma proseslərini araşdırmaq və qərar qəbul etmək səlahiyyətinə malikdir.

         Hörmətli Baş həkimə xatırlatma…

Əvvəla, hörmətli Baş həkimə xatırlatma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!/yenixeberorg.com

 

PAYLAŞIN:

Continue Reading

Previous: Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?
Next: Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

OXŞAR MÖVZULAR

qht-tedb

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

admin 19/05/2026
ming-kollec

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

admin 18/05/2026
azercell

“Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır?

admin 15/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.