Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

admin 27/04/2026
mekteb-tt

 

Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Bir neçə ay öncə Bakıdakı liseylərdən birində də 10-cu sinif şagirdi müəllimini güllələmişdi.

Bu həftə isə paytaxt məktəblərindən birində şagirdin sinif yoldaşının üzərinə spirt tökərək yandırması hadisəsi medianın və sosial platformaların növbəti şok xəbərinə çevrildi.

Psixoloqlar hesab edirlər ki, son vaxtlar uşaqlarla bağlı müşahidə edilən kriminal hadisələrin əsas səbəbləri kimi dərin sosial uyğunsuzluq, medianın təsiri, evdə silahların mövcudluğu və “güc” nümayiş etdirmək istəyi göstərilə bilər.

Bu faciəvi hadisələrdən sonra televiziyalarda yayımlanan kriminal serialların ssenarisinin, sosial platformaların ürəkaçmayan mənzərəsinin, zorakılığa təhrik edən internet oyunlarının məzmununun uşaqlara mənfi təsiri ilə bağlı məsələlər də yenidən gündəmə gəlib. Hətta Türkiyədə yayımda olan kriminal serialların ssenarilərinin dəyişdirilməsi, bəzi “YouTube” kanallarının bağlanması ilə bağlı xəbərlər də yayılmaqdadır.

Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

Kin, ədalətsizlik və qisas

Bəzi beynəlxalq tədqiqatçılar artmaqda olan şagird aqressiyası fenomenini izah edəcək əsas səbəbi tapmağa çalışırlar. Elm adamları baş verənlərin çoxsaylı səbəbi olduğu qənaətinə gəlirlər: potensial “atıcı”nın aydın psixoloji profilini yaratmaq olduqca çətindir və bunun üçün müxtəlif testlər və davranış yoxlama siyahıları kifayət etmir. Məktəbə hücum edən, terror aktı törədən bir insanın davranışının şübhəsiz ki, mürəkkəb komponentləri var və buna görə də onu izah etmək asan deyil. Amma ümumilikdə məktəblilərin müəllimlərə və həmyaşıdlarına atəş açmaqla bağlı fantaziyaları əsasən kin, ədalətsizlik və qisas almaq istəyi ilə bağlanır.

Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

Kütləvi kommunikasiyanın təsiri danılmazdır

“Təəssüf ki, təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində – inkişaf etmiş Avropa ölkələrində, ABŞ-də də məktəblərə silahlı hücumlarla tez-tez rastlaşırıq”, – deyə professor Qulu Məhərrəmli bildirir: “Əlbəttə, Avropa və ya ABŞ ilə Azərbaycandakı və ya Türkiyədəki səbəb eyni ola bilməz. Amma görünən odur ki, motivlərdə oxşarlıqlar var. Bu da indiki şəraitdə kütləvi kommunikasiyanın insanlara, xüsusən uşaqlara təsiridir. İndi bütün uşaqlar 3-4 yaşlarından planşetlə oynayır, kompüter oyunlarına aludə olur. O cihazlarda çox dəhşətli, qəddarlıq yaradan oyunlar var: silah işlətmək, müəyyən tapşırıqları yerinə yetirmək, ətrafla münasibət və s. öyrədilir. Bütün bunlar uşaqlara öz mənfi təsirini göstərir”. Professorun fikrincə, biz istər-istəməz bu məsələdə klassik üçbucağa qayıdırıq: “Məktəb-valideyn-ətraf mühit. Mənə elə gəlir ki, indi uşaqların tərbiyəsində ən mənfi rol oynayan valideynlərin təsiridir. Analar on il əvvəlkinə nisbətən indi daha çox məşğuldurlar. İşləyən anaların da övladlarına diqqəti lazım olan səviyyədə olmur. İndi ən yaxşı halda 10 anadan beşi birbaşa övladlarının tərbiyəsi ilə məşğul ola bilir. Qalanları uşaqları ya dayələrə tapşırır, ya özbaşına buraxırlar. Bu da nəticə etibarilə uşaqların və yeniyetmələrin davranışına mənfi təsir göstərir”.

“Uşaqların formalaşmasında problem mövcuddur”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədovanın fikrincə, uşaqların internet oyunlarından, telefonlardan asılılığı hədsiz çoxalıb: “Valideynlər də bundan narahatdırlar. Digər tərəfdən, şiddətli oyunlara meyillilik ilk növbədə ailədə sevginin olmamasından irəli gəlir. Uşaqların formalaşmasında problem mövcuddur, onlar ətraf mühitlə əlaqəli deyillər. Nəticədə onlar yolu kompüterdə axtarırlar. Türkiyədə baş verən hadisə öncəsi uşaq deyib ki, “indi məni görəcəksiniz! Mən uşaqlara qarşı qətliam düzənləyəcəm!” O uşaq diqqətdən kənarda olub. Ailə yetərincə tanınmış ailədir, amma uşağa vaxt ayrılmayıb. Hazırda ən böyük problemlərdən biri valideynlərin övladlarını yalnız maddi cəhətdən təmin etmək fikridir, uşaqlarla ünsiyyət yoxdur. Əgər valideyn uşağına bircə kəlmə “günün necə keçdi?” demirsə, uşaq o sualı internetdə axtaracaq. Uşaqlar var ki, ailə üzvləri ilə deyil, süni intellektlə dostluq edirlər. Virtual oyunların görünən və görünməyən fəsadları da var”.

Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

“Bu hadisələrin ictimailəşdirilməsi düzgün deyil”

N.Məmmədovanın fikrincə, belə hadisələrin çox ictimailəşdirilməsi də düzgün deyil: “Çünki görünən bütün hadisələr, seriallar, filmlər insanın təhtəlşüuruna təsir göstərir. Bunlar şüuraltında qalır və nə vaxtsa təkrarlanmaq təhlükəsi yaranır. Bir zamanlar “Qurdlar vadisi” filminin qəhrəmanı Polad Ələmdar obrazı məşhur idi. Valideynlər hətta övladlarının adını Polad qoyurdular. Və ya “Diriliş Ərtoğrul” serialı da uşaqlara pis təsir göstərir. Ümumiyyətlə, indi çəkilən filmlər – atışmalar, vuruşmalar uşaqlar üçün izsiz ötüşmür. Uşaqlar özlərini həmin filmlərin qəhrəmanları kimi görmək istəyirlər. Özgüvəni aşağı olanlar o cür məzmunlara daha çox meyilli olurlar. Mən çox istərdim ki, belə filmlər müəyyən bir saatda verilsin ki, uşaqlar onlara baxa bilməsinlər. Sosial platformalara da nəzarət olmalıdır. Valideyn də uşağının yaş həddinə uyğun filmlərə, videolara baxmasına nəzarət etməlidir. O cümlədən, müəllimlər də uşaqlarla bu mövzuda ciddi söhbətlər etməlidirlər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik
Next: 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

OXŞAR MÖVZULAR

vüqar-gülm

Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib”

admin 27/04/2026
meleyke_abbaszade

“Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə

admin 27/04/2026
ədliye-naz

Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026
  • Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər 27/04/2026
  • Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma 27/04/2026
  • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək 25/04/2026
  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı 25/04/2026
  • “Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir? 25/04/2026
  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? 25/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.