Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür

QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür

admin 27/04/2026
qmi

 

Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin Kilsəsinin aprelin 23-dəki bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür.

Bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalan Eçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən bir həssas dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə atılan bir uğursuz cəhddir:

“Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşa edilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəni irsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütün bu müddət ərzində mövcud vəziyyətdə saxlayıb”.

Sənəddə bildirilib ki, son aylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmiş məcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsinə dair dəfələlərlə dövlət orqanlarına və yerli məhkəmələrə müraciət ediblər:

“Məlumdur ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçı dövlətin hesabına sökülməlidir”.

Məlumatda o da bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas var:

“Azərbaycan məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini və bütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən (erməni) Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır”.

QMİ bildirib ki, ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayiş etdirib:

“Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzın tərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir. Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə və bölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasına yönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib”
Next: Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR

OXŞAR MÖVZULAR

btq-group

BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır

admin 24/04/2026
cqafqaz

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır

admin 24/04/2026
iYtel27114CSzsgyFqYyhUm6w0gqfBx7v75gqU3D_1200

“Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır

admin 24/04/2026

XƏBƏR LENTİ

  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026
  • Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər 27/04/2026
  • Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma 27/04/2026
  • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək 25/04/2026
  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı 25/04/2026
  • “Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir? 25/04/2026
  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? 25/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.