Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO

Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO

admin 27/04/2026
tramp-şou

 

Məlum olduğu kimi, ötən gün ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. Zalda əvvəlcə partlayış səsi gəlib, sonra isə qarışıqlıq yaşanıb.

Tədbirdə Prezident Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident C.D. Vens və Ağ Evin mətbuat katibi Kerolayn Livitt də iştirak edib.

“Sui-qəsdçi” dərhal yaxalanıb və şəxsən Tramp özü onun fotolarını paylaşıb. Lakin bu foto ilə yanaşı, həmin tədbirdən yayımlanan digər foto və videolar da olub ki, onlar da ciddi müzakirələrə və şübhələrə yol açıb.

Hadisədən qısa müddət sonra ABŞ və bütünlükdə Qərb mətbuatında, sosial şəbəkələrdə tədbirdə baş verənlərin sui-qəsddən daha çox əvvəlcədən planlaşdırılmış “şou”ya bənzədiyinə dair iddialar ortaya çıxıb. Trampın reytinqlərinin kəskin düşdüyü indiki durumda onun belə bir şouya, yaxud buna bənzər hansısa digər “siyasi dopinqə” böyük ehtiyacının olduğuna isə heç kim şübhə etmir…

Tədbirdən yayımlanan bəzi foto və videolarda Trampın yaxın ətrafının arxayın, özündən razı, hətta ironik reaksiyaları diqqət cəlb edib. Ən çox maraq doğuran görüntülərdən biri Pentaqon rəhbəri Pit Heqsetin hadisədən sonrakı görüntüsü olub. Onun hadisə yerini gülərək tərk etməsi birmənalı qarşılanmayıb.

Müşahidəçilər onun bu fotosunu belə şərh ediblər: “Əhval-ruhiyyə yüksəkdir, şou uğurlu keçdi…”

Eləcə də FTB direktoru Keş Patelə dair videogörüntülər yayılıb. Atışma zamanı zalda olan Patel yerindən belə tərpənməyib. Nə öz əməkdaşlarına hansısa göstərişlər verib, nə də ümumiyyətlə, baş verənlərə hər hansı bir müdaxilə edib.

Yeri gəlmişkən, ABŞ mətbuatının yazdığına görə, Patel yaxın zamanda vəzifəsindən kənarlaşdırıla bilər. Ağ Ev bunu “zaman məsələsi” hesab edir, çünki ”son aylarda onun haqqında çoxsaylı mənfi xəbərlər Trampı qıcıqlandırıb”.

ABŞ-nin tanınmış hərbi müxbirlərindən olan Maykl Yon isə Ağ Ev Müxbirləri şam yeməyindəki atışmanı mətbuat üçün bu cür şərh edib: “Trampla bağlı daha bir saxta atışma. Bu, açıq-aydın saxtakarlıqdır… Tramp sadəcə həqiqi informasiya əməliyyatının bir parçasıdır… Yeri gəlmişkən, Kerolin Livitt bu saxta atışmadan bir müddət əvvəl bu mətbuat tədbirində atəş olacağını demişdi… Bunu araşdırmaq vaxt itkisidir. Biz böyük bir müharibədəyik. Bu, informasiya əməliyyatıdır”.

Doğrudan da, Livitt tədbirdən əvvəl onun “möhtəşəm” keçəcəyini bəyan etmiş və “atəşlər olacaq” demişdi.

“Sizə bunu deyəcəyəm: Bu gecəki çıxış klassik Trampın çıxışı olacaq – gülməli, əyləncəli olacaq, bu gecə zalda atəşlər olacaq, ona görə də hamı qulaq asmalıdır”, – Levitt deyib.

İndi Tramp tərəfdarları Levitin bunları deyərkən, hərfi mənada atışmanı nəzərdə tutmadığını deyirlər. Lakin onun bu “öngörməsi” olduqca yerinə düşüb və ABŞ-nin özündə belə, bu baş verənlərin şou olduğuna inananlar onun gerçək olduğuna inananlardan xeyli çoxdur…/azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə
Next: Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr

OXŞAR MÖVZULAR

rus-iran-

Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr

admin 27/04/2026
tramp (2)

“Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb

admin 27/04/2026
abş-ir-fl

“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026
  • Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər 27/04/2026
  • Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma 27/04/2026
  • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək 25/04/2026
  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı 25/04/2026
  • “Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir? 25/04/2026
  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? 25/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.