Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 28
  • Heydər Əliyevin idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir – Subut Mehdiyev yazır

Heydər Əliyevin idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir – Subut Mehdiyev yazır

admin 28/04/2026
Screenshot

Screenshot

 

Tarixən hər bir xalqın tarixi ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz yerini tutmuşdur.

Tarixə nəzər salsaq görərik ki, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq, yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. 

Bu mənada həyatını öz xalqına, Azərbaycanın inkişafına və dövlətinin möhkəmlənməsinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ulu Öndər, Ümummilli Lider zirvəsinə yüksəlmişdir.

İlk olaraq Konstitusiyanın qəbulu Azərbaycanda insan haqlarının hüqqi bazasını rəsmiləşdirmişdirmişdir. Xatırladaq ki, Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.

Bu baxımdan xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük uğuru quruculuğuna bilavasitə rəhbərlik elədiyi və xalqımıza bəxş etdiyi qüdrətli  dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Ədalət dedikdə, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.

Bildirək ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.

Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə vətəndaşın   azadlığının və təhlükəsizliyinin prinsiplərini əsas götürərərək demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm işlər görüb. Demokratik vətəndaş cəmiyyətinin formalaşmasında istinad olunan prinsiplər qanunlar üzərində qurulmuş ədalətdir.

Haqqa, hüquqa və düzgünlük prinsiplərinə, ədalətin və vətəndaşın gözü ilə baxsaq görərik ki, bütün hallarda dövlət vətəndaşının qarantı olmalıdır. Bu birmənalıdır. Bu mənada müasir tələblərə uyğun qanunlara əlavə və dəyişikliklərin edilməsi dövlətin vətəndaş qarşısında götürdüyü öhdəliklərin miqyasını  genişləndirir və məsuliyyətini daha da artırır.

Hətta bunu xatırlamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında “vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirlməsinə nail olmaq” barədə tələblər xüsusi vurğulanıb.

Əlbəttə ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bir daha onu göstərdi ki, bu sahəyə dövlət tərəfindən diqqət daima əsas prioritetlərdən biri kimi dəyərləndirilir.

  

Söz azadlığı ilə bağlı atılan addım

 

Tarixə nəzər salsaq bir daha görərik ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

 

Bundan başqa, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. 1998-ci ildə KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib.

Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada  Azərbaycanda medianın inkişafına kömək ola biləcək qanundakı dəyişikliyi göstərmək olar. Media subyektlərinin informasiya almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin yollarını açdı. Həmçinin informasiya almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin aradan qaldırılmasına şərait yaratdı. Və bu istiqamətdə Ombudsmanın üzərinə düşən hüquq və vəzifələri artırdı.

 

Vətəndaş cəmiyyəti, bu sahənin formalaşmasna hüququn gözü ilə baxmağı şərtləndirir

 QHT-nin qanunvericilik bazasının yaradılmasında Heydər Əliyevin məsləhət və tövsiyələrinin böyük əhəmiyyət olub. Bu mənada vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun vacibliyi, bu sahəyə olan diqqəti bir daha gündəmə gətirmişdir. Bunula da Dövlət idarəetməçilikdə iştimai iştirakçılığın və vətəndaş cəmiyyətinin ölkənin inkişafında böyük rol oynadığını əsas götürərək, bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması barədə adıımlar atıldı. Və qanunla tənzimləndi. Cənab Prezident İlham Əliyevin fərmanı ilə struktur formalaşdı.

 

Ulu Öndər ölüm hökmünü ləğv etməklə Azərbaycanın adını  Şərqdə ilk ölkə olaraq tarixə saldı

 Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Azərbaycan Respublikasının Milli Məclisinə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.

 

“Konstitusiya və Suverenlik İli”

Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır.

Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqlədi.  Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin sarsılmaz olduğunu göstərdi.

Dövlətimiz Müzəffər ordusu ilə  öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlamışdır.

Bu antiterror əməliyyatı cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış, əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Xatırladaq ki, Azərbaycan xalqı tarixi mübarizəsi nəticəsində suverenliyini bərpa edərək müstəqil dövlət qurmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.

 

Subut Mehdiyev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

PAYLAŞIN:

Continue Reading

Previous: Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür
Next: Prezident sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayırıb

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-04-28 at 17.27.56 (2)

Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

admin 29/04/2026
zel-ilham-qebele

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?

admin 29/04/2026
qmi

QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.