Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 29
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır?

Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır?

admin 29/04/2026
TİKİNTİ

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə minib. Alman mütəxəssislər ilə birgə hazırlanmış və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış həmin Məcəllənin tətbiqi ilə ölkənin tikinti sektorunda yeni mərhələ başlayıb. Həm bu sahənin qanunvericilik əsaslarının təkmilləşdirilməsi, həm də tikinti fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətli islahatların icrasına start verilib.

Tikinti prosesində keyfiyyət və təhlükəsizliyə, yəni bina və qurğuların möhkəmlik, etibarlılıq və dayanıqlıq tələblərinə, tikinti qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihələrinə uyğun inşasına nəzarəti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Qurumun Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəis müavini Elxan Əsədov AZƏRTAC-a agentliyin nəzarət funksiyaları layihəqabağı tədqiqatlar və mühəndis-axtarış işləri də daxil olmaqla tikinti prosesinin bütün mərhələlərini əhatə etdiyini deyib.

Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? - FOTO

Tikintinin layihələndirilməsi

Elxan Əsədov vurğulayıb ki, tikinti fəaliyyətinin subyekti istər fərdi sahibkar, istərsə də dövlət təşkilatı olaraq tikinti niyyətini formalaşdıraraq ona məxsus olan və ya icarə hüququ ilə tənzimlənən torpaq sahəsində bu və ya digər təyinatlı tikinti obyektinin layihələndirilməsi işlərinə başlayır:

“Layihələndirmə işlərinə hazırlıq çərçivəsində tikinti obyektinin yerləşəcəyi ərazidə, ilk növbədə, mühəndis-axtarış işləri aparılmalıdır. Bu cür işlərin məqsədi tikinti aparılacaq torpaq sahəsində təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsindən, ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri ilkin məlumatların əldə edilməsindən, eləcə də relyefin, qrunt və süxurların, yeraltı suların tədqiq edilməsindən, daha optimal tikinti materiallarının, bünövrə konstruksiyalarının, tikinti metod və texnologiyalarının seçimindən və zəruri mühəndis mühafizəsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Yəni həmin torpaq kütləsinin hansı səviyyəyə qədər yük və təsirləri qəbul edə biləcəyi, onun üzərində binanın yerləşdirilməsinin mümkünlüyü öyrənilməlidir. Mühəndis-axtarış işlərinin nəticələri texniki hesabat şəklində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzinə təqdim olunur. Həmin mərhələdə vəzifəmiz fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün yerinə yetirilmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarətin aparılmasından ibarətdir. Mühəndis-Axtarış Mərkəzi mühəndis-axtarış işlərinin tərkibini və nəticələrini təhlil edərək onların şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olması barədə rəy verdikdən sonra layihələndirmə işlərinə başlanıla bilər”.

Layihələrin ekspertizası və icazə

Rəis müavininin sözlərinə görə, layihələndirmə başa çatdıqdan sonra tikinti layihələri agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur. Baş İdarədə tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə münasibətdə isə ayrılmış vəsaitlərin səmərəli istifadəsi baxımından qiymətləndirilməsi aparılır.

“Tikinti layihələrinin ekspertizası zamanı, həmçinin inşası nəzərdə tutulan bina və qurğuların konstruksiyalarına, özül və əsaslarına yük və təsirlərin bərabər paylanması göstəriciləri təhlil edilir, onların həddi hallara görə hesabatı aparılır. Tikintiyə icazə icraatı çərçivəsində tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır, sifarişçi və tikintiyə icazə verən müvafiq orqana (quruma) göndərilir. Tikintiyə icazə yalnız ekspertiza müəssisəsinin müsbət rəyindən sonra verilə bilər”, – deyə o diqqətə çatdırıb.

Tikinti ilə əlaqəli razılaşdırma

Elxan Əsədov tikinti ilə əlaqəli razılaşdırma prosedurlarının icrası zamanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə qarşılıqlı əlaqə mexanizminin mövcud olduğunu, seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması istiqamətində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə işlərin aparıldığını vurğulayıb.

Bildirilib ki, Abşeron yarımadası və Xəzər sahili, Quba, Xaçmaz, Naxçıvan, cənub zonası 9, digər rayonlar isə 8 ballıq seysmik aktiv ərazi kimi qəbul edilir. Seysmik ərazilərdə bina və qurğuların inşası üçün şəhərsalma və tikintiyə dair zəruri normativ sənədlərin tələbləri rəhbər tutulur. Binaların seysmik təsirlərə dayanıqlıq dərəcəsinin artırılması məqsədilə müvafiq seysmik normalara dəyişiklik edilərək, beynəlxalq tələblərə uyğunlaşdırılıb.

İşə nəzarət

Tikinti işləri başladıqdan sonra bilavasitə ərazidə tikintiyə nəzarət mexanizmlərinin mahiyyətindən danışan rəis müavini bildirib ki, tikintiyə nəzarət tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını, dayanıqlılığını və möhkəmliyini təmin etmək məqsədilə həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə nəzarətin dörd növü – dövlət nəzarəti, texniki nəzarət, müəllif nəzarəti, daxili əməliyyat nəzarəti müəyyən edilib.

Tikintiyə dövlət nəzarətinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirildiyini bildirən Elxan Əsədov əlavə edib ki, ölkənin bütün ərazisi, o cümlədən işğaldan azad edilmiş yerlər tikintiyə dövlət nəzarəti ilə əhatə olunub. Həmin məqsədlə Baş Dövlət Tikinti Müfəttişliyinin bölgələrdə 8 regional müfəttişliyinin fəaliyyəti təşkil edilib. Mövcud qaydaya görə, tikintiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda, tikintiyə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmaqla aparılır. Bu məqsədlə obyektin sifarişçisi tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl Baş Dövlət Tikinti Müfəttişliyinə zəruri sənədləri təqdim edir. Bu sənədlərə tikintiyə icazə, sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilənin surəti, podratçının lisenziyasının surəti, sifarişçi ilə layihəçi arasında müəllif nəzarətinin aparılması üçün bağlanılmış müqavilənin surəti və digər məlumatlar daxildir. Baş Dövlət Tikinti Müfəttişliyinin nəzarət funksiyaları tikintiyə icazə verildiyi və tikinti ərazisi hasarlandığı andan başlayır və bütün tikinti müddətində, tikinti obyektinin istismarına icazə verildiyi ana qədər davam edir.

Tikinti obyektində müəllif nəzarətinin aparılması üçün sifarişçi layihəçi ilə müqavilə bağlamadır. Bu məsələ də müvafiq normativ aktlarla tənzimlənir. Layihəçi tikintinin müəllifi olduğu layihəyə uyğun aparılıb-aparılmadığını müəyyənləşdirmək üçün bütün tikinti müddətində proseslərə nəzarəti həyata keçirməlidir. Bilavasitə tikinti meydançasında həyata keçirilən nəzarət tədbirləri və nəticələri “Müəllif nəzarəti jurnalı”na qeydlər şəklində daxil edilməlidir. Misal üçün, binanın bünövrəsinin qoyulma dərinliyinin təyini, torpaq işlərinin aparılması, armaturlanma və betonlama işləri, müxtəlif konstruktiv və texnoloji həllərin düzgün tətbiqi – bütün bu məqamlar müəllif nəzarəti ilə əhatə olunan məsələlərdir.

Tikintiyə nəzarətin digər növü – tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin şəxslər sifarişçinin maraqlarından çıxış edərək, tikintinin keyfiyyətinə, icra müddətlərinə, smeta dəyərinə nəzarət etməklə tikinti-quraşdırma işlərinin layihəyə və normalara uyğunluğunun yoxlanılması, üstüörtülü işlərin qəbulu və müvafiq aktların imzalanması, tikinti materiallarının keyfiyyət və uyğunluq sertifikatlarının mövcudluğunun yoxlanılması, icra sənədlərinin aparılması və pozuntuların aşkar edilərək aradan qaldırılması kimi funksiyaları həyata keçirir.

Sonuncu nəzarət növü daxili əməliyyat nəzarətidir ki, bu da tikintinin podratçısı tərəfindən təmin edilir. Daxili əməliyyat nəzarəti çərçivəsində podratçı icra olunan texnoloji əməliyyatların ardıcıllığının və tərkibinin texnoloji sənədlərə və normativ sənədlərin tələblərinə uyğunluğunu, texnoloji rejimlərə riayət olunmasını, əməliyyatların keyfiyyət göstəricilərinin və nəticələrinin layihə, normativ və texnoloji sənədlərə uyğunluğunu yoxlayır. Daxili əməliyyat nəzarətinin nəticələri iş jurnallarına daxil edilməlidir.

Yoxlama və keyfiyyət

Elxan Əsədov deyib ki, əslində, tikintiyə dövlət nəzarəti çərçivəsində Baş Dövlət Tikinti Müfəttişliyinin üzərinə düşən başlıca vəzifə tikinti meydançasında qeyd olunan bütün nəzarət növlərinin aidiyyəti subyektlər tərəfindən yerində təşkil edilməsinin yoxlanılmasıdır. Belə ki, tikintiyə nəzarət növlərindən hər hansı biri təşkil edilmədikdə, Baş Dövlət Tikinti Müfəttişliyinin tikintini dayandırmaq hüququ var. Müfəttişliyin əməkdaşları tikinti meydançasına gələrkən nəzarət jurnallarında müvafiq qeydlərin aparılmasını, qeydlər üzrə işlərin faktiki icra edilməsini yoxlayır və yoxlamanın müsbət nəticələri əsasında tikinti-quraşdırma işlərinin növbəti mərhələsinə icazə verirlər. Tikintinin növbəti mərhələsinə keçid memar, konstruktor və digər mütəxəssislər tərəfindən armatur millərin arasında məsafənin düzgün seçilməsi, yerləşdirilməsi və düzgün bağlanması, qəlibləmə işlərinin düzgün aparılması, betonlama texnologiyasına əməl olunması yoxlandıqdan sonra təmin edilir.

“Bundan başqa, hər bir tikinti meydançasında istifadə olunan inşaat materiallarının keyfiyyətinin yoxlanılması üçün müqavilə olmalıdır. İnşaat materiallarının, məmulat və konstruksiyalarının sınaq-müayinə işləri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİM) və digər ixtisalaşdırılmış müəssisələr tərəfindən aparılır. Əlavə olaraq, təkcə betonun keyfiyyətinə nəzarət edən bir neçə özəl şirkətin də fəaliyyət göstərdiyini vurğulamaq lazımdır. Biz tikintiyə nəzarət qurumu olaraq fəaliyyətimizi həmin şirkətlərlə qarşılıqlı əlaqədə həyata keçiririk. Lakin ölkə ərazisində aparılan tikintilərin əksəriyyətində beton məmulatlarının, armatur, inert materiallarının, keramik daşların və digər inşaat materiallarının standartlara uyğunluğu məhz S.Ə.Dadaşov ETLKİM İnstitutu ilə bağlanan müqavilələr əsasında yoxlanılır”, – deyə o qeyd edib.

Norma və qaydalar pozularsa…

Tikinti prosesində norma və qaydaların pozulması halları aşkarlandığı zaman görülən tədbirlərdən bəhs edən Elxan Əsədovun sözlərinə görə, bəzən elə olur ki, betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır və möhkəmlik göstəricilərinə cavab verməyən betondan hazırlanmış konstruktiv elementin sökülməsi tələb olunur: “Eyni ilə mənşəyi məlum olmayan, uyğunluq sertifikatı ilə müşayiət olunmayan digər inşaat materialları aşkarlandıqda həmin materialların əvəzlənməsi barədə tərəfimizdən göstərişlər verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tikintisinə icazə tələb olunan tikinti obyektləri belə icazə olmadan inşa edildikdə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həmin tikintinin öz fəaliyyəti çərçivəsində və ya yerli icra hakimiyyəti orqanlarının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciətləri əsasında dayandırılması barədə göstəriş verir. Tikintidə pozuntu aşkar edilərsə, həmin pozuntunun tikintini dayandırmadan aradan qaldırılmasını tələb edirik. Lakin pozuntunun tikintini dayandırmadan aradan qaldırılması mümkün olmadıqda, tikinti-quraşdırma işlərinin 10-15 günə, hətta bir aya qədər müddətə dayandırılması təmin edilir. Bu halda tikintinin davam etdirilməsi yalnız pozuntu aradan qaldırıldıqdan sonra mümkündür. Bundan başqa, tikinti və şəhərsalma qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda tikinti obyektlərinin sökülməsi zərurəti ilə də üzləşirik. Qanunvericilik bələdiyyə və dövlət torpaqlarında tikintiyə icazə olmadan aparılan və ya digər yollarla aradan qaldırılması mümkün olmayan nöqsanlı tikintinin müvafiq qaydada sökülməsi mexanizmini müəyyən edir”.

Rəis müavini vurğulayıb ki, tikinti prosesində qanunvericiliyin pozulması, pozuntuların vaxtında aradan qaldırılmaması inzibati məsuliyyət yaradır ki, bunun da hüquqi əsası İnzibati Xətalar Məcəlləsində müəyyən edilib. Fiziki, hüquqi və vəzifəli şəxslər üçün ayrı-ayrı cərimə sanksiyaları nəzərdə tutulub – fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

PAYLAŞIN:

Continue Reading

Previous: Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər
Next: Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”

OXŞAR MÖVZULAR

gömrük-kom

Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”

admin 29/04/2026
anar əliyev1

Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır

admin 29/04/2026
kredit-kart

Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.