Aprel ayının 28-də Səbail rayonunda Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Səbail Bələdəyisində keçirilən tədbirdə Səbail rayon İcra Hakimiyyətinin, bələdiyyələrin və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Səbail rayon təşkilatının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev Çernobıl faciəsinin törətdiyi fəsadlardan danışıb. O, xatırladıb ki, 1986-cı ii aprelin 26 da Çernobıl AES-də baş vermiş hadisə təkcə bir bölgənin deyil, bütün dünyanın ekoloji və mənəvi yaddaşında dərin yaralar buraxıb. On minlərlə insanın həyatını alt-üst edən bu hadisə, eyni zamanda insan fədakarlığının və misilsiz qəhrəmanlığın da sınağı idi. Hacı Əliyev həmçinin bildirdi ki, Çernobıl qəzası sonradan hər yerdə böyük sosial problemlər yaratdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün dövlət səviyyəsində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı, pensiya və müavinətlər təyin olundu.
Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov çıxışında böyük bir fəlakətin qarşısının alınmasında respublikamızın əsasən gənclərdən ibarət könüllülərinin ən ağır işlərdə çalışdığını və onların bu dəhşətli faciənin qarşısının alınmasında xüsusi xidmətlər göstərdiklərini diqqətə çatdırdı. Eyni zamanda Q.Vahidov Ulu Öndər Heydər Əliyevin 6 dekabr 1993-cü ildə imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusunun müəyyənləşdirildiyini, onlara bir sıra güzəşt və imtiyazlar verildiyini, həmçinin onların sosial müdafiəsini gücləndirmək və onların sağlamlığının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı. Natiq həm də Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının yaxşılaşdırılması istiqamətinədə əlindən gələni əsirgəmədiyini bildirdi.
Badamdar Bələdiyyəsinin sədri Seymur Həsənov çıxışında qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirdiyini, onlardan çoxunun partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə cəlb edilmiş fəhlələr olduğunu, ümumilikdə faciə zamanı 7000-ə yaxın insanın həlak olaraq, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşdiyini və bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yarandığını qeyd edib. Natiq həmçinin, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlının da göndərildiyini və onların 2000 nəfərdən çoxunun şüalanmadan vəfat etdiyini xatırlatdı.
Çıxış edən digər natiqlər də, Badamdar bələdiyyəsinin sədr müavini Samir Məmmədov, və Səbail Bələdəyyəsinin üzvü, yerli büdcə məsələləri üzrə daimi komissiyanın sədri Manaf Talıbov da çıxışlarında Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərə, xüsusilə bu prosesdə əlil olmuş insanlara daim diqqət və qayğı göstərildiyini vurğuladılar.
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri Kamal Əliyev çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə Çernobıl əlillərinə söz verilərək, onların arzu, istəkləri dinlənildi.
Tədbirdə yekun nitq söyləyən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirdi ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci ildə imzaladığı fərmanla şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər gücləndirildi. Çernobıl əlilləri də bu fərmana aid edildi və indiyədək ölkəmixdə 450 çernobıl ailəsi mənzillə təmin edilib. Ümumilikdə çernobıl əlillərinin sosial rifahının artırılması istiqamətində atılan addımlar qənaətbəxşdir, həmçinin keçmiş SSRİ ölkələrindən çox fərqli və üstündür.
Sonda rayonda yaşayan 30 nəfər Çernobıl əlillərinə Səbayil rayon Bələdəyisi və Badamdar qəsəbə Bələdiyyəsi tərəfindən ərzaq yardımı paylanıldı.
Aktualinfo.net
Məqaləyə dair fotomateriallar:





