Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
qeza-ilham

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.

Bəs mübarizə tədbirlərinin əhəmiyyətli dərəcədə müsbət təsirini nə vaxt görə biləcəyik? Yəni, builki qədər subasmaların olmaması üçün hansı işlər görülməlidir?

Reklamçılar İttifaqının icraçı direktoru: “Sosial şəbəkələr reklam bazarını çökdürür” - MÜSAHİBƏ

Məsələ ilə bağlı danışan memar Cahid Həsənov bildirib ki, paytaxtın kanalizasiya sistemi artıq həm istismar müddətini başa vurub, həm də hazırki yükə cavab vermir. Onun sözlərinə görə, bu yük son 3-4 ildə daha da artıb və adi yağıntılar zamanı ciddi fəsadlara yol açır: “Bu qərarın qəbul edilməsi və dövlət tərəfindən 85 milyonluq vəsaitin ayrılması çox ciddi bir addımdır. Bu, aidiyyəti qurumlara ciddi iş görmək üçün zəmin yaradır.

Əsas məsuliyyət su və kanalizasiya sistemini əhatə edən qurumunun üzərinə düşür ki, bu sistemləri köklü şəkildə dəyişsin. Təbii ki, bu işlər Bakı şəhərinin 3-4 milyonluq perspektiv yükü nəzərə alınaraq, müasir texnologiyalar və avadanlıqlarla həyata keçirilməlidir. Amma bu bir ayın, iki ayın işi deyil. Prospektlərdə, küçələrdə mərhələli şəkildə təmir işləri aparılacaq. Burada əsas məsələ ondan ibarətdir ki, yaxın müddətdə uzunmüddətli yağıntılar zamanı yaranan problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülsün. Məsələn, tunellərdə su yığılması zamanı suötürücü nasosların avtomatik işə düşmə sistemi olmadığı üçün qısa müddətdə böyük həcmdə su yığılaraq tunelləri doldurur və bu da faciəli hallara səbəb olur”.

Mütəxəssis hesab edir ki, belə qabaqlayıcı tədbirləri həyata keçirmək üçün ayrılan vəsaitlə qısa müddətdə xeyli iş görmək mümkündür: “O vaxta qədər ki, milyonlarla vəsait hesabına bütün şəhər üzrə yeni kanalizasiya sistemi tam şəkildə qurulsun. Amma hazırda həm köklü dəyişikliklər üçün vəsait ayrılıb, həm də müxtəlif qurumlara mühafizə və müdafiə xarakterli tədbirlərin görülməsi tapşırılıb. Bu tədbirlər ona görədir ki, əsaslı kanalizasiya sistemi tam yenilənənə qədər belə halların ağır nəticələri ilə qarşılaşmayaq. Əgər işlər düzgün aparılsa, düşünürəm ki, gələcəkdə belə problemlər minimuma enəcək”.

Memar bir məqamı da qeyd edir: “Suyun çəkilməsi məsələsi göründüyü kimi sadə deyil. Vizual olaraq suyun 70%-i çəkilsə də, bizə elə gəlir ki, problem həll olundu. Bir gün ərzində suyun çəkilməsi gözlə görünür və biz deyirik ki, məsələ bitdi. Amma əslində, asfaltın və torpaq qatlarının altında bizim görmədiyimiz daha böyük həcmdə su qalır və bu su sonradan ciddi problemlər yarada bilər. Məsələn, bu sular metro xətlərinə sızır, orada elektrik xətləri ilə təmasda olur, nəmlik yaradır və qısaqapanmalara səbəb ola bilər. Bu isə çox ciddi nəticələr doğura bilər.

Ona görə də ilk növbədə metro xətlərinə yaxın ərazilərdə, sovet dövründən qalan problemli sahələrdə təmir işlərinə başlanmalıdır. Həmçinin, müvəqqəti suötürücü sistemlər qurulmalıdır ki, kütləvi problemlərin qarşısı alınsın. Tunellər də çox risklidir. Bundan əlavə, yaşayış binalarının zirzəmilərinə su dolub və bu suyun təsiri dərhal yox, 3-4 ay sonra özünü göstərə bilər. Əslində, əsas diqqət yeraltı hissələrə yönəlməlidir. Biz elə bilirik ki, yağış bitdi və problem həll olundu. Amma su yeraltı qatlara nüfuz edir, özünə yol açır, torpağı yuyur və müxtəlif istiqamətlərə yayılır. Bu isə binaların zirzəmilərində, metrolarda, tunellərdə bir neçə ay sonra ciddi fəsadlar yarada bilər. Buna görə də ayrılmış vəsait hesabına artıq operativ və sistemli işlər görülməlidir”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması
Next: SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026
xtq_xususi_teyinatli

XTQ-nin yaradılmasından 27 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.