Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir?

Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir?

admin 30/04/2026
aile-böhran

 

Ekspert səbəbləri açıqladı: “Qlobalistlərin konsepsiyalarının da müəyyən mənada təsiri var”

“Büdcədən sosial ayırmaların artırılması, uşaq pulu, sosial təminat və ümumi yardım mexanizmlərinin daha konkret və şəffaf həyata keçirilməsi vacibdir”

Son illər Azərbaycanda nikahların sayında sürətli azalma müşahidə edilir. Paralel olaraq isə boşanmaların sayının artması fonunda ortaya çıxan bu təhlükəli tendensiya artıq narahatlıq doğurmağa başlayan demoqrafik bir problemə çevrilmək üzrədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə düşüb.\\

Azərbaycanda nikahların sayı 2 dəfə azalıb

2011–2025-ci illəri əhatə edən rəsmi statistik göstəricilərə görə, 15 il ərzində Azərbaycanda nikahların sayı təxminən 2 dəfə azalıb.

Qeyd edək ki, 2011-ci ildə ölkədə 88 145 nikah qeydə alınıb.

Sonrakı illərdə göstəricilər belə dəyişib:

– 2012 – 79 065;

– 2013 – 86 852;

– 2014 – 84 912;

– 2015 – 68 773;

– 2016 – 66 771;

– 2017 – 62 923;

– 2018 – 62 484;

– 2019 – 63 869;

– 2020 – 35 348;

– 2021 – 56 314;

– 2022 – 61 939;

– 2023 – 54 200;

– 2024 – 49 508;

– 2025 – 48 546.

Göründüyü kimi, 2011–2014-cü illər aralığında göstəricilər yüksək səviyyədə (80–88 min intervalında) qalsa da, 2015-ci ildən etibarən kəskin eniş mərhələsi başlayıb.

2020-ci il isə koronavirus səbəbindən nikahların sayı 35 348-ə düşüb. 2021 və 2022-ci illərdə müəyyən bərpa müşahidə olunsa da (56–61 min), bu artım davamlı olmayıb və 2023-cü ildən etibarən yenidən azalma başlayıb, 2025-ci ildə 48 546 nikah qeydə alınaraq bütün dövr üzrə ən aşağı göstərici formalaşıb. Beləliklə, 2011-ci illə müqayisədə 2025-ci ildə nikahların sayı təxminən 45 faiz azalıb.

“Ailə institutunun formalaşması ilə bağlı ciddi böhran var”

Sosioloq Naib Niftəliyev şərhində bildirib ki, 2011–2025-ci illər ərzində nikahların sayının iki dəfə azalması, boşanmaların isə iki dəfədən artıq artması “çox həssas və həyəcanverici statistikadır” və bu, ölkədə ailə institutunun formalaşması ilə bağlı ciddi böhranı göstərir.

Onun sözlərinə görə, bu prosesdə sosial-iqtisadi amillər əsas rol oynasa da, qlobal təsirlərin artması da diqqətdən kənarda qalmamalıdır: “Boşanmaların ciddi artımında həm yeni informasiya texnologiyalarının yaratdığı informasiya mühiti, həm də maddi-iqtisadi motivlər mühüm rol oynayır”.

Eyni zamanda vaxt problemi, iqtisadi çətinliklər, zərərli vərdişlər, ailəyə az vaxt ayrılması və psixososial gərginliklər bu meyli gücləndirən digər amillərdir. Ekspert vurğulayır ki, bu faktorlar bir-biri ilə sıx bağlıdır və “onlardan hər hansı birinə üstünlük vermək çətindir”.

Niftəliyev hesab edir ki, problemin həlli üçün dəyişən şəraitə uyğun yeni yanaşmalar tətbiq olunmalıdır: “Yeniliklərə qarşı yalnız yenilik tətbiq etməklə müsbət nəticə əldə etmək mümkündür. Ənənəvi qaydalar və inzibati təsirlərlə bu problemləri tam həll etmək olmaz”.

Onun fikrincə, ailə cəmiyyətin əsas dayağıdır və “kiçik bir dövlət kimi çıxış edir” – bu baxımdan ailədaxili münasibətlərin düzgün qurulması dövlətin sabitliyi və sosial harmoniyası üçün də vacibdir.

Ekspert qeyd edir ki, qlobal təsirlər fonunda fərdi azadlıqların ön plana çıxması da müəyyən mənfi nəticələr yarada bilər: “Azadlıq sosial məsuliyyətlə tamamlanmalıdır”.

“Qeyd etmək lazımdır ki, qlobalistlərin müəyyən konsepsiyaları da fərdi azadlığı ön plana çəkməklə ailə institutunun dağılmasına müəyyən mənada təsir göstərir. Transmilli korporasiyaların açıq və gizli hədəfləri ola bilər, bu istisna edilmir. Bu, o mənzərəni də göstərir ki, ailə münasibətlərində sosial məsuliyyətdən və ictimai qınaqdan kənar davranışlar, dəyərlərə zidd yanaşmalar və maddiyyatın ön plana keçməsi texnologiyaların vasitəsilə daha da güclənir. Halbuki azadlıq prinsipi hər zaman sosial məsuliyyətlə tamamlanmalıdır. Belə olduqda azadlıq insanı daha əxlaqlı, daha mədəni, ailəyə daha bağlı, daha sadiq və daha çevik edir. Əks halda isə kənar təsirlərə məruz qalan, zərərli vərdişlərə meyillənən, iqtisadi asılılıqları norma kimi qəbul edən, istehsal etmək əvəzinə istehlakla məşğul olan və daha çox istehlakçı davranış nümayiş etdirən şəxslər bu böhran şəraitində həm fiziki, həm psixoloji, həm də maddi çətinliklər fonunda ailə qaydalarını qəbul etməyərək müəyyən boşluqlara düşürlər ki, bu da vacib məqamlardan biridir”, -deyə ekspert bildirib.

Sosioloqun fikrincə, problemin həlli multidissiplinar yanaşma tələb edir. Sosioloqlar, psixoloqlar, iqtisadçılar və sosial iş mütəxəssisləri birgə fəaliyyət göstərməlidirlər. O, mövcud tədqiqatların effektivliyi ilə bağlı da tənqidi mövqe sərgiləyərək bildirir ki, “tədqiqatların özünü doğrultmamasının əsas səbəbi metodologiyanın düzgün qurulmaması və reprezentativlik prinsipinin gözlənilməməsidir”.

Niftəliyev daha peşəkar və praktik mütəxəssislərin cəlb olunmasını, eləcə də sosial siyasətin gücləndirilməsini vacib hesab edir: “Eyni zamanda sosial siyasətin gücləndirilməsi, büdcədən sosial ayırmaların artırılması, uşaq pulu, sosial təminat və ümumi yardım mexanizmlərinin daha konkret və şəffaf şəkildə həyata keçirilməsi vacibdir. Bu, zamanın tələbidir, çünki sosial dövlət modeli məhz bu prinsiplər üzərində qurulmalıdır. Əks halda, istər Avropada, istərsə də tədricən Avropa sosial-siyasi sisteminə inteqrasiya olunan Asiya ölkələrində müşahidə edilən ailə böhranı tendensiyası daha da genişlənə bilər və bu proses qaçılmaz xarakter ala bilər.Yəni Azərbaycan da bu proseslərdən kənarda deyil. Əgər vaxtında preventiv tədbirlər görülərsə, müəyyən nəticələr əldə etmək və hətta nümunəvi model təqdim etmək mümkündür. Əks halda isə nikahların azalması fonunda boşanma risklərinin artması qaçılmaz olur. Məsələn, son statistikaya görə bəzi dövrlərdə boşanmaların payı 60 faizə qədər yüksəlir”.

Boşanmaların sayı kəskin artır

Boşanmaların sayında isə 2011–2025-ci illər ərzində artım müşahidə olunub.

Məsələn, 2011-ci ildə 10 747 boşanma qeydə alınmışdısa, sonrakı illərdə dinamika belə olub:

– 2012 – 11 087;

– 2013 – 11 730;

– 2014 – 12 088;

– 2015 – 12 764;

– 2016 – 13 114;

– 2017 – 14 514;

– 2018 – 14 857;

– 2019 – 17 148;

– 2020 – 14 628;

– 2021 – 17 191;

– 2022 – 15 983;

– 2023 – 21 688;

– 2024 – 21 384;

– 2025 – 20 675.

Boşanmaların statistikası nikahlardan fərqli olaraq daha sabit, lakin artan faiz göstəriciləri üzrə davam edib. 2011–2018-ci illər arasında artım 10 mindən 14–15 min səviyyəsinə yüksəlib. 2019-cu ildə isə daha böyük artım qeydə alınıb – 17 148 boşanma. 2020-ci ildə müvəqqəti azalma olsa da, sonrakı illərdə yenidən artım baş verib. Xüsusilə 2023-cü ildə 21 688 boşanma ilə bütün dövr üzrə maksimum göstərici qeydə alınıb.

2024 və 2025-ci illərdə cüzi azalma müşahidə edilsə də, ümumi səviyyə yüksək olaraq qalıb. Ümumilikdə isə 2011-ci illə müqayisədə 2025-ci ildə boşanmaların sayı təxminən iki dəfə artıb.

Ən diqqətçəkən məqamlardan biri də odur ki, nikah və boşanma arasındakı nisbət ciddi şəkildə dəyişib. Yəni, 2011-ci ildə 88 min nikaha qarşı təxminən 10 min boşanma qeydə alınırdı. Bu, təxminən hər 8 nikaha 1 boşanma demək idi.

2025-ci ildə isə vəziyyət fərqlidir – 48 546 nikaha qarşı 20 675 boşanma qeydə alınıb. Bu isə təxminən hər 2 nikaha 1 boşanma düşdüyünü göstərir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb
Next: Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib

OXŞAR MÖVZULAR

sdu1 (1)

Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib

admin 30/04/2026
bir-kart

Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

admin 30/04/2026
elektron-xid

Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.