Bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları birbaşa əlaqə qura, mübadilə apara bilərlər.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, əgər əvvəllər iki ölkənin iş adamları yalnız öz hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparırdılarsa, indi artıq buna ehtiyac yoxdur.
O, qeyd edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər. Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər. Lakin hələlik bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur.

Paşinyandan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri barədə də soruşublar. Xüsusilə, Mustafayevin erməni iş adamları ilə görüşünə dair suallar verilib. Lakin Paşinyan həmin görüşdə iştirak edən erməni biznesmenləri “müəyyən dairələrin hədəfinə çevrilməmək üçün” onların adlarını açıqlamaqdan imtina edib.
Bundan əlavə, erməni mətbuatında Şahin Mustafayevin Ermənistana səfəri çərçivəsində guya doğulub boya başa çatdığı kəndə getdiyi barədə məlumatlar yayılıb. Lakin Paşinyan bu xəbəri təkzib edib və deyib ki, Mustafayevin doğulduğu kəndə səfəri məsələsi müzakirə olunmayıb və Baş nazirin müavini ora getməyib./azpolitika.info
