Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib

Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib

admin 30/04/2026
sdu1 (1)

 

Sumqayıt Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib Aprelin 30-da Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadi səmərəliliyi və elmi-texniki əsasları” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Konfrans “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq bu sahədə mövcud elmi yanaşmaların müzakirəsi, tarixi irsin araşdırılması və müasir inkişaf tendensiyalarının təhlilinə həsr edilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru vi.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının dövlət səviyyəsində bu sahəyə verilən yüksək əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb.

O bildirib ki, bu istiqamətdə dövlət orqanları və ali təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyət planları hazırlanaraq icrasına başlanılıb və keçirilən konfrans da həmin tədbirlər planının mühüm tərkib hissəsidir. Əminağa Sadıqov qeyd edib ki, konfransa 24 elm və ali təhsil müəssisəsindən 156 məruzə təqdim olunmuş, onlardan 120-si elmi komitə tərəfindən müsbət qiymətləndirilərək proqrama daxil edilib. Bu isə mövzuya olan yüksək marağın və elmi potensialın göstəricisidir.

Çıxışında Azərbaycanın şəhərsalma və memarlıq sahəsində zəngin tarixi ənənələrə malik olduğunu bildirən Əminağa Sadıqov vurğulayıb ki, müasir dövrdə bu ənənələr innovativ yanaşmalarla birləşdirilərək davam etdirilir. O, ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edildiyini, bina informasiya modelləşdirilməsi (BIM), 3D layihələndirmə və süni intellekt əsaslı texnologiyaların şəhərsalma sahəsində geniş istifadə olunduğunu diqqətə çatdırıb. Ə.Sadıqov, həmçinin qeyd edib ki, rəqəmsal transformasiya istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mühüm sənədlər qəbul olunub, bu sahədə vahid yanaşma formalaşdırılıb və müvafiq şura yaradılaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin şuraya sədr təyin edilib.

Bu fakt ölkə rəhbərliyinin rəqəmsal inkişaf və müasir şəhərsalma məsələlərinə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir. Əminağa Sadıqov çıxışında Sumqayıt şəhərinin son illərdə keçdiyi inkişaf yoluna da toxunaraq bildirib ki, şəhər artıq müasir urbanistik yanaşmaların tətbiq olunduğu nümunəvi məkanlardan birinə çevrilib və bu inkişaf ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək belə elmi platformaların şəhərsalma sahəsində yeni ideyaların formalaşmasına töhfə verdiyini bildirib.

O, ölkədə bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq istiqamətində də sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin nəticələrinə diqqət çəkib. İcra başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə əsaslanır və bu proseslərdə dövlət başçısı layihələrin icrasında bilavasitə iştirak edir.

O, Sumqayıt şəhərinin də tarixi inkişaf yoluna nəzər salaraq bildirib ki, şəhər sənaye mərkəzindən müasir və ekoloji baxımdan yenilənmiş urbanistik məkana çevrilməkdədir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov çıxışında urbanizasiya proseslərinin qlobal tendensiyalarına toxunaraq bildirib ki, dünyada əhalinin böyük hissəsi artıq şəhərlərdə yaşayır və bu proses getdikcə sürətlənir.

O qeyd edib ki, Azərbaycanda urbanizasiya balanslı şəkildə inkişaf etsə də, Abşeron yarımadasında, xüsusilə Sumqayıt və ətraf ərazilərdə bu proses daha intensiv xarakter daşıyır. Bu isə şəhərsalma siyasətində elmi əsaslandırılmış yanaşmaların vacibliyini artırır.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında Azərbaycan memarlıq irsinin elmi tədqiqi, qorunması və müasir şəhərsalma proseslərinə inteqrasiyasının vacibliyindən bəhs edib. O, milli memarlıq ənənələrinin yeni urbanistik layihələrdə tətbiqinin həm estetik, həm də funksional baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov isə çıxışında universitetlərarası əməkdaşlığın şəhərsalma sahəsində kadr hazırlığına və elmi tədqiqatların inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Plenar iclasda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Azərbaycanda şəhərsalma və memarlıq tarixi: təkamül və müasir inkişaf istiqamətləri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Yeganə Kərimli isə “Bakı şəhərinin urbanistik inkişafında Bayır şəhərinin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın bədii hissəsində SDU-nun “Səma” rəqs qrupunun ifasında “Azərbaycan süitası” təqdim olunub, Mühəndislik fakültəsinin tələbəsi Kənan Əhmədzadə “Sevgili canan” mahnısını ifa edib. Daha sonra Mühəndislik fakültəsinin tələbəsi Tunar Musayev və Filologiya fakültəsinin tələbəsi Nərgiz Həsənovanın ifasında “Xoşbəxtlik” mahnısı səsləndirilib. Konfrans öz işini bölmə iclaslarında davam etdirib, təqdim olunan elmi məruzələr ətrafında geniş müzakirələr aparılıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir?

OXŞAR MÖVZULAR

aile-böhran

Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir?

admin 30/04/2026
bir-kart

Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

admin 30/04/2026
elektron-xid

Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.