Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var

Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var

admin 30/04/2026
tibb univer

 

Azərbaycan Tibb Universiteti tərəfindən tələb olunan foto və səs avadanlıqlarının satın alınması üzrə 17.03.2026-cı ildə başlanılmış  açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “DİGİX” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 526.875,9  manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 29.04.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə MMC Tibb Universitetini dinamik bir 15″ (394 mm) LF  sıxılma sürücüsündən ibarət tam diapazonlu, ikitərəfli, enerji tipli olmaqla 12 ədəd səsgücləndirici, dinamik bir 10″ (261 mm) LF sürücüsündən və bir 1″ (25 mm) HF sıxılma sürücüsündən ibarət tam diapazonlu, ikitərəfli, enerji tipli olmaqla 8 ədəd səsgücləndirici, (ümumi olaraq 36 ədəd səsgücləndirici), 6 ədəd peşəkar səhnə və konsertlər üçün nəzərdə tutulmuş UHF simsiz əl mikrofon sistemi, 14 ədəd  qoozneck kondensator konfrans mikrofonu, 1 ədəd feşəkar full-frame kino kamerası və ona aid digər ləvazimatlar və digər bir sıra avadanlıqlarla təchiz etməlidir.

Qeyd edək bu Tibb Universiteti ilə “DİGİX” MMC ilə bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ilk müqavilə Universitet üçün Lisenziyaların yenilənməsi və şəbəkə avadanlıqlarının satın alınması üzrə 18.07.2025-ci ildə bağlanıb. Müqavilənin dəyəri 388.717,96 manat təşkil edib.

Tərəflər arasında İT avadanlıqlarının satın alınması üzrə 836.526,34 manat dəyərində bir müqavilə də 14.11.2025-ci ildə bağlanılıb. Müqavilə üzrə MMC Üniversiteti 90 ədəd stolusüstü kompyütür, 95 ədəd monitor, 56 ədəd notebook, 21 ədəd printer və digər avadanlıqlarla təmin edtməli olub.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti son 10 ayda “DİGİX” MMC ilə ümumi dəyəri 1 752 118 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb.

İndi gəlin görək Tibb Universitetinin müqavilə bağladığı bu çirkət barədə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “DİGİX”   (VÖEN: 2008000681) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 03.05.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisinin isə Rzayev Turab Rəşid oğlu olduğu qeyd edilib. MMC Kərimov Fərid Süleyman oğlu tərəfində təsis edilib.

Məlum olduğu kimi müasir dünyamız informasiya-kommunikasiya texnologiyaları əsri olduğundan yeni texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olur. Belə bir dövrdə, informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olan bir şirkətin ən azından bir veb səhifəsi, sosial şəbəkə hesabı belə yoxdu.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti cəmi 10 manat nizamnamə kapitalı olan və barəsində heç bir məlumat olmayan bir şirkətlə son 10 ay ərzində iki milyon manata yaxın dəyəri olan alqı-satqı müqaviləsi bağlayıb. Bu şirkət bağlanan müqavilələr üzrə öhdəlikləri yerinə yetirmək iqtidarındadırmı.

Bu günlərdə mediaya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər bir şirkətin nizamnamə kapitalı cəmi 10 manatdırsa, tenderi keçirən qurum maraqlanmalıdır ki, layihənin xərclərini necə qarşılayacaq, işçilərin maaşlarını hansı vəsaitlə ödəyəcək”.
Ekspert bildirdi ki, şirkət tenderi icra etmək qabiliyyətində olduğunu sübut etməlidir: “Burada iki əsas məqam var: şirkətin əvvəlki fəaliyyəti və tender üzrə öhdəliklərini icra etmək imkanları. Şirkət göstərməlidir ki, bu işi necə və hansı maliyyə ilə həyata keçirəcək. Əgər öz vəsaiti azdırsa, alternativ mənbələri əsaslandırmalıdır. Bu, ya yüksək mənfəət hesabına ola bilər – bu halda mühasibat balansı təqdim edilməlidir – ya da kredit və digər maliyyə mənbələri ilə təmin olunur ki, bu da sənədlərlə sübut edilməlidir.
Tenderi təşkil edən qurum bu cür maliyyə sənədlərini tələb etməlidir. Əgər şirkətin öz vəsaiti yoxdursa, onun fəaliyyətini hansı mənbələr hesabına qurduğu aydınlaşdırılmalıdır. Təəssüf ki, praktikada çox vaxt bu tələblərə əməl edilmir ki, bu da artıq ciddi pozuntu hesab oluna bilər.
Məsələn, nizamnamə kapitalı cəmi 10 manat olan bir şirkət 500 min manatlıq tenderin qalibi olur. Bu zaman haqlı olaraq sual yaranır: bu şirkətin neçə işçisi var, əməkhaqqını necə ödəyir və ümumiyyətlə, belə bir layihəni həyata keçirmək üçün real imkanları varmı? Tender iştirakçısı bütün bunları sənədlərlə əsaslandırmalı və öz imkanlarını aydın şəkildə ortaya qoymalıdır”.

Maraqlıdır, Azərbaycan Tibb Universiteti satınalma müqaviləsi bağlayarkən “DİGİX” MMC-nin Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi meyarlarının tələblərinə cavab verdiyini araşdırıbmı? Yoxsa, elə müqavilələr formal sənədlərlə bağlanıb. 

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda əməkhaqqı sistemi dəyişir
Next: İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

OXŞAR MÖVZULAR

qkom rzayae

Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

admin 27/04/2026
ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026
zaur mikayıl

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026

XƏBƏR LENTİ

  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.