Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 1
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var?

Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var?

admin 01/05/2026
manat-rüsum

 

Milli Məclisin müzakirəsinə “Maliyyə icarəsi haqqında” Qanun təqdim olunub. Bu qanunun qəbulu və tətbiqi lizinqlə məşğul olan sahibkarların fəaliyyətini yeni qaydalarla tənzimləməlidir.

Bir neçə gün əvvəl iqtisadçı Natiq Cəfərli yeni qanunun sahibkarlar üçün nəzərdə tutduğu bəzi “sürprizləri” qeyd etmişdi.

Belə ki, bu qanunla ölkədə “lizinq” terminindən imtina edilir və bu söz “maliyyə icarəsi” termini ilə əvəz edilir. Təkcə bu termin əvəzləməsi sahibkarlara 550 manata başa gələcək. Belə ki, bu fəaliyyət növü ilə məşğul olan şəxslərin sadəcə, adlarının yeni reyestrə daxil edilməsi üçün 550 manat rüsum təyin olunur. Əvvəlcədən qeyd edək ki, sahibkarlara tətbiq edilən bu cür rüsumlar və əlavə xərclər avtomatik olaraq vətəndaşlar üçün lizinq xidmətinin dəyərinin də artması ilə nəticələnə bilər.

Qanunda digər yeniliklər və bəzi qadağalar da yer alıb.

Bundan sonra “lizinq” yox, “maliyyə icarəsi” fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətinə Mərkəzi Bank nəzarət edəcək. Həmin şirkətlərin reyestrini də Mərkəzi Bank aparacaq.

Hazırda fəaliyyətdə olan lizinq şirkətləri firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri varsa, adlarını dəyişməlidirlər. Çünki yeni qanuna görə, bundan sonra onların adlarında həmin sözlər və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadəsi qadağan edilir.

Qadağalardan biri də məhkumluqla bağlıdır. Mülkiyyət əleyhinə, həmçinin qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə məhkumluğu olan şəxslər, habelə məhkəmə qərarı ilə iqtisadi sahədə fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmiş şəxslər maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şirkətlərdə 10%-dən artıq paya sahib ola bilməyəcəklər.

Bundan sonra maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şirkətlərin nizamnamə kapitalınin məbləğinə dair minimum tələb qoyulacaq. Bu məbləğ hələlik açıqlanmır və qeyd edilir ki, həmin məbləği Mərkəzi Bank müəyyən edəcək.

Hazırda fəaliyyətdə olan lizinq şirkətləri qanun qüvvəyə mindikdən sonra 9 ay ərzində reyestrə daxil edilmək üçün Mərkəzi Banka müraciət etməli, nizamnamə kapitalı ilə bağlı məbləğin ödənişini təmin etməlidirlər. Bunu etməsələr, onlara yeni müqavilələrin bağlanılması qadağan ediləcək.

Bunlar qanunda nəzərdə tutulan yeniliklərin bir hissəsidir. Hələlik yuxarıda qeyd etdiyimiz kimi, sözügedən sənəd Milli Məclisdə müzakirə mərhələsindədir və onun qəbul ediləcəyi dəqiq tarix məlum deyil. Lakin nəzərə alsaq ki, bu qanunla yeni rüsum və qadağalar gəlir, o zaman onun qəbulunun çox da ləngiməyəcəyini ehtimal etmək olar… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
Next: İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”?

OXŞAR MÖVZULAR

manat_180215

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

admin 01/05/2026
bank--

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

admin 01/05/2026
hamile-

Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir

admin 01/05/2026

XƏBƏR LENTİ

  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.