Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində

ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində

admin 04/05/2026
etsn-esas

 

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir mənbədən satınalma metodu tətbiq etməklə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” – WED2026 (World Environment Day) çərçivəsində yüksək səviyyəli beynəlxalq tədbirin təşkili ilə əlaqədar xidmətlər üzrə  “LEGACY EVENTS MANAGEMENT”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 445.480,92 manat dəyərində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 28.04.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, beynəlxalq tədbirin təşkili işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir mənbədən satınalma metodu ilə bağladığı müqavilə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirin təşkili ilə əlaqədardır. Yəni qurum Qanunun da yol verdiyi kimi satınalma predmetinə təcili tələbat yarandığına görə bir mənbədən satınalma metodu tətbiq edib.

Bu Qanunun digər tələblərinin pozulmaması şərti olmalıdır. Nazirliyin müqavilə bağladığı “LEGACY EVENTS MANAGEMENT”  MMC konkret təchizatçı da deyil, sözügedən satınalma predmetinin də kifayət qədər əvəzedicisi və alternativi var.

Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və analoji işlərdə heç bir təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, açıq mənbələrdə “LEGACY EVENTS MANAGEMENT” MMC barəsində heç bir məlumat yoxdur. Bu günə qədər hansısa rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkilatçısı olsaydı sosial şəbəkələrdə və yaxud mediada bir xəbər yayılmış olardı. Yəni,ən azından analoji işlərdə təcrübəsinin olduğu bəlli olardı.  Amma bununla bağlı heç bir məlumat yoxdur. Yalnız, bu rəsmi məlumatdan başqa.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LEGACY EVENTS MANAGEMENT” (VÖEN: 1605717101) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.03.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, YAVƏR ƏLİYEV, ev.1b, m.1/30, qanuni təmsilçisinin isə İsayev İsmayıl Abdulla oğlu olduğu qeyd edilib. MMC Quliyeva Gülnaz Arif qızı tərəfində təsis edilib.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC bir il iki ay əvvəl yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu MMC ilə müqavilə bağlayarkən təchizatçıların uyğunluq göstəriciləri ilə bağlı tələbləri gözardı etdiyi açıq aşkar görsənmədir. Bu MMC-nin rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkil etmək üçün maddi tüxniki bazası, dil biliklərinə sahib işçi qüvvəsi varmı? Bu suallar qaranlıq qalmaqdadır və ümumiyyətlə “LEGACY EVENTS MANAGEMENT” MMC-nin ETSN-də kimlərəsə bağlı olduğunu istisna etmir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovdur. O, Prezident İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir. Rəşad İsmayılov daha əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri, 2024-2026-cı illərdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifələrində işləmişdir.

Göründüyü kimi Rəşad İsmayılov Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə qısa müddətir təyin olunmasına baxmayaraq artıq şübhəli şirkətlərlə işbirliyinə başlanılıb. Belə bir mötəbər, beynəlxalq səviyyəli tədbirin təşkili işlərini həvale etdikləri “LEGACY EVENTS MANAGEMENT” MMC-ni isə çox güman ki, özlərindən başqa heç kim tanımır.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
Next: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.