Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür

FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür

admin 04/05/2026
fhn-adsea

 

 

Hələ 2024-cü ilin mayında saytımızda “Şəki Suvarma Sistemləri İdarəsinin keçən il Şin çayda vurdu 320 kubmetr Qabion bəndi görən olubmu və yaxud Əhmədov Sabiri “çaytəmizləmə əməliyyatını” gecələr həyata keçirməyə nə məcbir edir?” başlıqlı araşdırma yazımız yerli kənd sakinlərinin müraciətləri əsasında hazırlanaraq ictimailəşdirildikdən sonra Şəki Suvarama idarəsinin rəisi Əhmədov Sabir Niyazi oğlu qaldırdığımız məslə ilə bağlı 27 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini olan cənab Zakir Quliyevə və 24 iyun 20204-cü il tarixli, eyni məzmunlu cavab məktubu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Regional Su Meliorasiya Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən və eyni zamanda verilən məlumata əsasən Sabir bəyin “Xaç atası” olan Rafiq Aslanova yazdığı arayışda qeyd edilən rəqəmlər və faktların çoxu əsassızdır.

Biz redaksiya olaraq Niyazinın oğlu Sabirin öz şeflərinə və Baş prokurorluğa verdiyi yalançı raportlara cavab vermək istəməzdik.Ancaq 2 il əvvəl Şin çayına gələn növbəti sel bu dəfə elə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Baş Göynük kəndindəki Şin çay üzərində salınmış körpünün sağ sahilindəki batmış bəndin üzərindən aşaraq kəndə doğru istiqmət götürməsi bizi məcbur etdi. Yaxşı ki, yerli sakinlərin köməkliyi sayəsində sel sularının qarşısını nisbətən almaq mümkün olmuşdur.  (video əlavə olunur) İndi biz bilmirik dəfələrlə sel təhlükəsi barədə etdiyimiz xəbərdarlıqlara baxmayaraq gözlərimizlə şahidi olduğumuz selin yaratdığı fəsadlara inanaq, yoxsa Niyazinin oğlu Sabirin yazdığ yalan raportlara.?!

Bu raportlarda idarə rəisi arayış olaraq bildirir ki, guya 2021-ci ildə Şin çayında 168 000 kub m, 2022-ci ildə 148 000 kub m, 2023-cü ildə 158 000 kub m və cari ilin 5 ayında isə 49 000 kub m. Çay axarının təmizlənməsi işilə məşğul olmuşlar. Sonuncu rəqəmə diqqət edək. Kənd sakinlərinin 5 aprel 2024-cü il tarixli müraciətlərindən 15 gün sonra Şəki SSİ tərəfindən iki ədəd ağır trexnika körpüdən üst hissənin çayın kəndə doğru açdığı yarğanın qarşısında təmizləmə işləri görməyə başlamışlar. 1 həftə sonra isə texnikalardan birinin sınması nəticəsində yalnız 1 texnikanın çay yatağında işləməsinə imkan yaranmışdır. Budur, guya işlədikləri 1 ay ərzində 49000 kub m çay daşları lil-çınqıl axıntıları təmizlənmişdir. ( Sənədə isə 5 ay iş görülməsi barədə maxenasiyalar etmişlər.Halbuki göstərilən rəqəmlərlə milyonlarla manat dövlət vəsaiti oğurlanmışdır, əvəzində isə heç bir real iş görülməmişdir.)

Qayıdaq əvvəlki illərə. Rəsmi arayış verirlər ki, guya 2021-ci ildə Şin çay yatağının 168000 kub m təmizləmə işi aparılmışdır. 2022-də 148000 kub m və 2023-cü ildə 158000 kub m. Bəs bu təmizləmə əməliyyatını niyə kənd sakunlərindən kimsə görməyib? Və yaxud, əgər istifadəyə verilmiş köpü 2005-ci ildə çaydan olan hündürlüyü 17.5 metr idisə, niyə bu il və ya bir neçə il əvvəl bu hündürlek 6.5 -7 metrə qədər azalmışdır? Əgər 1 % məcratəmizləmə işləri görülübüsə niyə çay yatağı bu gün çay kanalını tamamilə doldurmuşdur?. Yəni savadlı mütəxəssis bu halın baş verməməsi üçün hər ilin payızından çayın yuxarısından aşağısına doğru süni yarğan-kanal açmalı idi ki, gələn sel də həmin istiqamətdə şişib dolmamalı, açılan yarğanı öz iti sürətilə daha da genişləndirməli idi. Bu təxribatçılar isə əməli iş görmək əvəzinə sənədlərdə icra olunan işlərlə bağlı çoxsaylı hesabatlar yazıb pul silməklə -maliyyə maxenasiyaları ilə məşğul olublar. “Görünən kəndə bələdçi lazım olmadığı kimi” hazırda Şin çayının baş ayaq dolub daşan qum-çınqıl kütləsinin təmizlənməsi artıq müşkülə çevrilmişdir.

Bəli, Şəki rayonun Baş Göynük kənd sakinlərinin müraciətləri əsasında apardığımız araşdırmalar və bu barədə əvvəllər yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlirik ki, Azərbaycanda dağıdıcılığına görə 1-ci , MDB məkanında isə 2-ci yerdə duran “Şin çayı”nın yaxın zamanlarda güclü sellər nəticəsində törədcəyi fəlakətlərin vaxtında qarşısı alınmasa, böyük faciələrə səbəb ola bilər. Ona görə də Şəki rayonu üzrə dağıdıcı Şin çayının gözlənilən sel fəlakətinin qarşısının vaxtında alınması üçün Meliorasiya və Su Təsərrüfatı və onun yerli qurumu olan Şəki Suvarma Sistemləri İdarəsi yetkililərinın 2010-2024-cü illər ərzində bəndsalma, çay yatağının təmizlənməsi adı altında “kağız”üzərində 90 % , reallıqda isə 10 % gördükləri keyfiyyətsiz işlərin nəticəsində məlum olmuşdur ki, çayətrafında yaşayan 6 kənd üzrə yaşayn 20000 insanın həyatı real təhlükə altına düşmüşdür. Və buna da səbəb yarıtmaz məmurlarımızın irimiqyaslı korupsiya əməlləri olmuşdur.

Bu istiqamətdə törədilən qanunsuz hərəkətlərlə bağlı apardığımız araşdırmalar saytımız vasitəsilə 3 dəfə ictimailəşdirilmişdir. Hesab edirdik ki, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin konkret olaraq “Şin çayı” ilə bağlı illər boyu külli-miqdarda vəsaitlər xərcləməklə bütün kağız üzərində gördüyü işlər faktlar üzrə qeyd edilən korrupsiya halları aidiyyatı üzrə araşdırılaraq öz hüquqi qiymətini alacaqdır. Lakin tarix göstərdi ki, baş vermiş korrupsiya faktlarının yerində araşdılaraq hüquqi qiymət verməsində yerli hüquq- mühafizə orqanları nədənsə acizlik və passivlik göstərdilər.

Amma yaxşı ki, yazdıqlarımızdan sonra Baş Göynük kəndinin sağ tərəfində, körpünün alt hissəsində ilkin olaraq 300 metr məsafə 2025-ci ilin oktyabrından başlanmış bəndbasma işləri yüksək keyfiyyətlə davam etsə də Fövqəladə Hallar Nazirliyin Qəbələ Regional İdarəsi və ETSN-nin 7 saylı Ekologiya İdarəsi rəhbərliyinin tələbi ilə işlər martın 12-dən etibarən dayandırılmışdır. Bəhanələri də budur ki, sifarişçi təşkilat olan ADSEA –nın Arxitektura və Şəhərsalma Komitəsindən hansısa rəyi almaması göstərilir. Şəki şəhərindən gələn nümayəndə Xəqani adlı şəxs bəndvurma yerinə gələrək işi yerində dayandırmağı tələb etmiş, hazır məhsul olan 12 kub m betonu isə bəndə yox, çaya axıdılmasını tövsiyə etmişdir. Bəli, FHN-nin bu səlahiyyətli şəxsinin davranışını dövlətə və xalqa qarşı törətdiyi iqtisadi təxribat hesab etmək olar. Axı podratçı təşkilatın günahı nədir ki, bağlanmış müqavilənin vaxtında yerinə yetirilməsi üçün gördüyü işləri hansısa bir rəyin verilməməsi bəhanəsilə dayandırısan? Yaxşı deyiblər, “Ayının min oyunu var bir armudun başında”

Xatırlatmaq yerinə düşərdi ki, 14 iyul 1909-cü ildə “Şin” çayında baş vermiş ilk təbii fəlakət nəticəsində Baş Göynük kəndinin yarı hissəsi gecə saat 1-də daşqınların altında qalmış və nəticədə yüzlərlə insan həlak olmuşdur. Ona görə biz göz görə gərə tarixin təkrar olunmasını istəmirik.Amma nə yazıqlar olsun ki, bəzi ünsürlərin iştahı diş altındadır və onları insane taleyi əsla maraqlandırmır. Elə yerli məmurları da maraqlandırmır. Və bu hal tərəfimizdən başa düşülən deyil.

Verilən məlumata görə işin davam etməsi üçün FHN rəhbərliyi bu gün sabah deməklə süründürməçilklə məşğuldur. Və istər kənd sakinlərinə, istərsə də çörəyi ağzına yeyən hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur ki, sifarişçi təşkilat tələb olunan məbləği verməsə bəndsalma işilərinin davam etməsinə 100 ildə keçsə icazə verilməyəcək. Bu aksiomanı başa düşən və qeyri müəyyən süründürməçilikdən bezən icraçı təşkilat artıq iş məkanını tərk edərək digər işlərin icrası üçün Sabirabad rayonuna yollanmışlar. 

Nəticəyə gəlirik ki, insanların gözləyən təbii fəlakətin törədəcəyi faciələrə rəğmən FHN-nin və ETSN -nin nümayəndələri “yağlı piy” axtarışındadırlar. Bu adamlar üçün insan taleyi maddi maraqlarını təmin etməkdən üstün ola bilməz. O zaman gələcəkdə baş verəcək təbii fəlakət  nəticəsində  insan tələfatı olarsa, faciənin  məsuliyyəti başda FNN, ETSN, ADSEA  və yerli rayon rəhbərliyi birbaşa məsuliyyət daşıyacaqdır. Bizdən demək. 

Cənab Prezident İlham Əliyev. Biz bu gün real sel təhlükəsilə üzləşən yerli sakinlərin narahatlığını nəzərə alaraq Sizə müraciət edirik. Bu ilin mayın sonu və iyun ayında gözlənilən sel təhlükəsinin vaxtında qarşısının alınması üçün FHN-nin tələb etdiyi hansısa formal sənədin alınmasının təxirə salınmasını və işlərin dərhal davam etməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

Məmməd ƏHMƏDOĞLU

Məqaləyə dair fotomateriallar:

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Next: Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.