Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

admin 04/05/2026
leysan-xəlil

 

Leysan Məmmədov icarə xidmətinin alınması adı altında ayırdığı yüzminləri Xəlil Göyüşovla necə bölüşür…

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binasının və yataq otaqlarının icarəyə götürülməsi üzrə 123.635,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 01.05.2026-ci ildə dərc edilib. Portalda müqavilənin başlanma müddəti 17.01.2025-ci il bitmə tarixi 17.05.2025-ci il göstərilir.

Maraqlıdır, 2025-ci ilin yanvar-may ayları üçün nəzərdə tutulan xidmət müqaviləsi niyə 2026-cilin may ayında bağlanır və yaxud açıqlanır?

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə Ağdam Kamp Otel kompleksində ofis binasının və yataq otaqlarının icarə xidməti üzrə bir müqavilə də 16.02.2026-cı ildə bağlayıb. Dəyəri 267.646,14 manat olan bu müqavilənin başlama tarixi 13.02.2026-ci il, bitmə tarixi 13.08.2026-ci il göstərilir.

Bundan əlavə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması bir müqavilə də 30.06.2025-ci ildə bağlayıb. 154.544,64 manat dəyəri olan bu müqavilənin icrası 24.06.2025-ci ildə başlayıb 20.11.2025-ci ildə bitib.

Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə 2025-ci ilin ikinci yarısı üçün bağlanan müqaviləni 30.06.2025-ci ildə satınalmaların portalında dərc edib. Amma nədənsə  2025-ci ilin birinci yarısı üçün bağlanmış müqavilənin nəticəsi 01.05.2026-ci ildə dərc edilib.

Buradan ortaya şübhəli məqamlar çıxır. Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 2025-ci ildə ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsi bağlayıb. Amma 13.02.2026-cı ildən 13.08.2026-cı ilə, yəni altı ay müddətinə isə 267.646,14 manatlıq müqavilə bağlanılıb.

Şübhələr bunlarla bitmir. Belə ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 17.07.2024-cü ildə Ağdam şəhərində İnzibati binanın icarə xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə 72.000 manat məbləğində müqavilə bağlayıb. Portalda müqavilənin icra müddəti 11.07.2024-cü ildən 11.01.2026-cı ilə qədər göstərilir.

Bu məlumatdan göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 11.01.2026-cı ilə qədər ofis sahəainin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlayıb. Maraqlıdır,  İdarəetmə Xidməti 2025-ci ildə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsini nə üçün bağlayıb.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən icarəyə götürülən ofis binasının kvadratmetri və yataq otaqlarının sayı bəlli olmadığından xidmət üçün ayrılan vəsaitlərin şişirdildiyi şübhəsi ortaya çıxır. Həm də sözügedən qurum tərəfindən satınalmanın formal keçirdiyini deməyə əsaslar verir.

Burada  Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu da açıq-aşkar görsənir. Sözügedən Qanunu 38.11.-ci bəndində göstərilir:

38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.

Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən bağlanılmış müqavilələrin icra müddəti dəqiq göstərilmir, yaxud da göstərilən icra müddəti formal xarakter daşıyır.

Qeyd edək ki, fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu ilə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti arasında olan işbirliyinin kökü lap dərindir. Belə ki, sözügedən qurum həm də Ramin Göyüşovun atası Xəlil Göyüşovun sahibi olduğu “KÖRPÜ-BİNA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyindədir.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 08.08.2023-cü ildən 22.01.2026-cı ilə qədər ümumi dəyəri 61 665 403 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. “Körpü-Bina Tikinti” MMC-nin əslində Xəlil Göyüşova məxsusdur.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdu. O, bu vəzifəyə Prezident İlham Əliyevin 07 mart 2024-cü il tarixli Sərəncamı ilə təyin edilib. Daha əvvəl ləğv edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə 2024-cü ilin avqustunda təyin edilib.

Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Görsənən odur ki, Leysan Məmmədov satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqların aparılması və görüşlərin keçirilməsinin qadağan olunmasına baxmayaraq “Körpü-Bina Tikinti” MMC-nin sahibi Xəlil Göyüşov və oğlu ilə əvvəlcədən razılaşdırılmış müqavilələr bağalayır. Hansı ki, onlar arasında bağlanan müqavilələrdə yol verilən qanun pozuntuları açıq-aşkar görsənir.

Görsənməyən ofis binası və yataq otaqlarının icarəsi xidməti alınması adı altında ayrılan yüzminlərin daha haralara getməsidir.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər
Next: Türkiyədən Ermənistana ilk yüksək səviyyəli səfər: İrəvanda buzlar əriyir

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.