Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 5
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026
unisel-ten

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi printer üçün kartriclərin satınalınması üzrə 14.01.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 618.899,38 manat dəyərində müqavilə bağlanıb. Məlumat satınalmaların portalında 01.05.2026-ci ildə dərc edilib.

Qeyd edək ki, “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 16.01.2025-ci il tarixli Qərarı ilə “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti etibarsız təchizatçılar siyasına daxil edilib. MMC bir il sonra, yəni 16.01.2026-cı ildə sözügedən siyahıdan çıxarılıb.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin printer üçün kartriclərin satınalınması üzrə tenderə isə 14.01.2026-cı ildə başlanılıb. Göründüyü kimi dövlət qurumunun tenderə başladığı tarix  MMC-nin hələ etibarsız təchizatçılar siyasında olduğu vaxta təsadüf edir. Amma bu təsadüfdürmü?

Qeyd edək ki, medianın 17.01.2025-ci ildə yaydığı məlumata görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi kompüter və kompüter avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub. Məlumata görə, tenderin qalibi “Unisell” şirkəti seçilib. Qurum şirkətdən 247 985,26 manatlıq kompüter və kompüter avadanlığı almağı planlaşdırır. Şirkətin bu tenderdə qalib elan edilməsi maraqlıdır. Çünki “Unisell”in adı etibarsız təchizatçılar siyahısına salınıb.  Şirkət 16 yanvar 2025-ci ildən 16 yanvar 2026-cı ilədək dövlət satınalmalarında iştirak edə bilməz. Amma satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı bu satınalma ilə bağlı məlumat tapa bilməsək də başqa məlumatlar əldə edə bildik.

Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərfindən müxtəlif kompüter avadanlıqlarının alınması üzrə “UNİSELL” MMC ilə 58.000,54 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2025-ci ildə dərc edilib.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərfindən müxtəlif kompüter avadanlıqlarının alınması üzrə “UNİSELL” MMC ilə 54.628,1  manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 10.04.2025-ci ildə dərc edilib.

Göründüyü kimi “UNİSELL” MMC  etibarsız təchizatçılar siyahısına salından 3 ay sonra belə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə tabeli idarələr tərəfindən qalib seçilib.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı Maddəsinə görə: Təchizatçılar bu Qanunun 35.1.4-cü,( təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə); 35.1.10 ( satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə) – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.

16.4. Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.

Açıq mənbələrdə MMC-nin “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi barədə heç bir məlumat yoxdur. Çox güman ki, bu bir neçə təchizatçı arasında satınalma ilə bağlı hər hansı bir qanunsuzluğa yol verdiyinə və ya qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirdiyinə görə olub. İndi kim zəmanət verə bilər ki, MMC satınalmalarda həmin qanunsuzluqlara təkrar yol verməyəcək?

Qeyd edək ki, “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısından çıxarıldıqdan qısa müddət sonra, yəni, 29.04.2026-cı ildə Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsi ilə 534.999,02 manat dəyərində, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.064,2 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısından çıxarıldıqdan qısa müddət sonra ümumi dəyəi 1 375  962 manat olan 3 tenderin qalibi seçilib. Ümumiyyətlə isə, əvvəlki illərdə də MMC Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə tabeli idarələr tərəfindən keçirilmiş onlarla tenderin qalib seçilib. Bu isə MMC-nin arxasında duranların İqtisadiyyat Nazirliyində oturduğuna şübhələri artırır.

Maraqlıdır, həm etibarsız təchizatçılar siyahısında olanda, həm də həmin siyahdan çıxarıldıqdan sonra “UNİSELL” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİSELL”  (VÖEN: 2005964101) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, AĞ ŞƏHƏR, ev.1, m.3, qanuni təmsilçisinin isə Qasımov Xalid Ağamalı oğlu olduğu qeyd edilib.

Rəsmi portalında Unisell MMC kompüterlər, noutbuklar, monobloklar, printerlər, monitorlar, şəbəkə avadanlıqları və istehlak materiallarının (kartric və toner) təchizatı ilə yanaşı, korporativ İT infrastrukturlarının qurulması və saxlanması istiqamətində də fəaliyyət göstərildiyi, xidmətlərin isə təcrübəli texniki heyət tərəfindən icra olunduğu qeyd edilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir. O, Prezident İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib. Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovadır. Daha əvvəllər Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Nigar Alimova 2021-ci ildən sözügedən vəzifəyə təyin edilmişdir.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər”
Next: Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır”

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.