İsrailin keçmiş baş naziri Ehud Barak Suriyanın İdlib vilayətinə hərbi hava bazasına hava zərbələrindən sonra hazırkı hökumət başçısı Benyamin Netanyahunun Türkiyə ilə gərginliyi artıran addımlarını “düşüncəsizlik və axmaqlıq” adlandırıb.
Bu barədə “Clash Report” məlumat yayıb.
“Türkiyə İran deyil, Əsəd Suriyası da deyil. Türkiyə ilə bağlı ABŞ ilə koordinasiya olunan məxfi təmaslar vasitəsilə həll edilə bilməyəcək heç bir strateji problem yoxdur. Netanyahu tamamilə yolunu azıb”, – Barak bildirib.
Sabiq baş nazir həmçinin Netanyahunun addımlarını qarşıdakı seçkilərlə əlaqələndirib və Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinin cəmiyyətdə təhlükəsizliklə bağlı qorxuları artırmağa hesablanmış siyasi strategiyanın bir hissəsi ola biləcəyini ehtimal edir. Ehud Barakın fikrincə, Netanyahu hazırda İsrailin təhlükəsizliyini təmin etməkdən daha çox siyasi hakimiyyətini qorumaq və seçki manevrləri ilə məşğuldur.
