ABŞ Prezidenti Donald Trampın İranla müharibədən çıxış yolunun tapılmamasından narazı olduğu və bu səbəbdən Yaxın Şərqdəki müttəfiqlərinə qarşı ritorikasını sərtləşdirdiyi bildirilir.
Bu barədə “The Washington Post” ekspertlərin fikirlərinə istinadən yazıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, İran üzərində qələbənin əldə edilməsinin getdikcə daha çətin görünməsi Trampın regiondakı tərəfdaşlarına münasibətdə daha sərt açıqlamalar verməsinə səbəb olur.
“The Washington Post” qeyd edir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından təxminən altı ay sonra Tramp narazılığını xüsusilə Oman və Vaşinqtonun digər regional tərəfdaşlarına yönəldir.
Nəşrin məlumatına görə, ABŞ-nin silah ehtiyatlarının azalması fonunda Tramp hazırda yeni hərbi güc tətbiqindən çəkinərək diqqəti İrana qarşı iqtisadi təzyiq və sanksiyalara yönəldib.
Bununla belə, qəzet yazır ki, indiyədək iqtisadi təzyiqlər Tehranı Vaşinqtonun tələb etdiyi güzəştlərə, o cümlədən Hörmüz boğazı ilə bağlı mövqeyini dəyişməyə vadar etməyib.
Xatırladaq ki, Tramp daha əvvəl Omanın siyasətindən narazılığını ifadə edərək, sultanlığın İranla ABŞ arasında münaqişənin həllinə mane olacağı təqdirdə sərt addımlar atacağı ilə hədələmişdi./teleqraf.az
