Xəzər dənizində Qazaxıstan hərbi qulluqçularının ölümü ilə bağlı 30-dan çox hərbçi dindirilib.
“Sputnik Qazaxıstan” nəşrinin xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, nəzarət orqanı hadisə yerinə baxış keçirib, sənədləri və videomaterialları müsadirə edib. 12 məhkəmə-tibbi ekspertiza təyin edilib.
Xidməti səhlənkarlıqda şübhəli bilinən vəzifəli şəxslər, eləcə də hava şəraiti nəzərə alınmaqla şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti təmin etməməkdə və zəruri tədbirlər görməməkdə, həmçinin insanların ölümünə səbəb olan xilasetmə əməliyyatlarını düzgün təşkil etməməkdə şübhəli bilinən şəxslər müəyyən edilirlər”, – deyə Baş Prokurorluqdan bildirilib.
Həmçinin qeyd edilib ki, istintaq tam hüquqi qiymətləndirmə verəcək və bütün şübhəlilərə qarşı prosedur tədbirlər görəcək.
Daha əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər cinayət işinin iki maddə üzrə araşdırıldığını bildirmişdi: səhlənkarlıq və gəmi idarəetmə qaydalarının pozulması.
Xatırladaq ki, ötən gün Xəzərdə təlimlər zamanı 19 qazaxıstanlı hərbçini su axını aparıb.
Qazaxıstanda ümummilli matəm günü elan edib.
