“Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər”.
Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi həll olunub və Azərbaycan bu prosesdə strateji səbir, strateji liderlik nümayiş etdirib. Lakin müharibəni qazandıqdan sonra sülhü də qazanmaq vacib məsələdir. Biz bu mübarizədə Prezident İlham Əliyevin strateji düşüncəsi və liderliyi ilə sülhə nail olduq.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sonuncu məsələnin həllini gözləyir və bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək.
