Artıq iki günə yaxındır mənzillərdə istilik yoxdur.Halbu ki,15 noyabr 00:01 dəqiqədən mənzillərə istilik verilməli idi. Nizami rayonu Şirin Mirzəyev 68B, 70 ,72 ,76 və digər bir neçə binalara da istilik verilməyib.Belə başa düşülür ki,bir ildə 3 dəfə qiymət artımına rəğmən (1 kvadrat metr üçün istilik qiymətləri Tarif Şurası tərəfindən 0,15 qəpikdən , 0,45 AZN-ə qaldırılıb) bu sahədə çalışan bəzi şəxslərdə məsuliyyət hissi yoxdur.
Maraqlanırıq nə baş verib ki,sözü gedən ərazilərə “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemlərinin İstismarı sahəsi tərəfindən istilik verilməyib.Məlum olur ki,noyabrın 15-də ümumi xətlərə su vurularkən boruda deşilmə müəyyən edilib. Qazma işləri aparılıb,borunun təmirinə ehtiyac duyulub. Bu səbəbdən də binalara istilik verilməyib.
Bəs sual olunmazmı ki,xətlərin işlək vəziyyətində olub-olmamasının yoxlanılması nədən 15 noyabr tarixinə saxlanılıb.
Hər şeyin normal olduğunu müəyyənləşdirmək üçün “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemlərinin İstismarı sahəsi hazırlıq işlərini bir həftə və yaxud bir neçə gün əvvəlcədən həyata keçirdə bilməzdimi? Edə bilərdilər,etməyiblər!
Faktinfo.az
P.S. “Azəristiliktəchizat” ASC-nin problemləri bununla da bitmir. Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi 79-cu binaya istilik birtərəfli verilib. Yəni, binanın qarşı tərəfində olan otaqlarda istilik var, arxa tərəfində isə yoxdur. “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə isə düşmək ümumiyyətlə mümkün deyil.
