2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3%-i, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. Paytaxtdan kənarda isə təxminən 18 min yeni iş yeri yaradılıb.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, iş yeri yaradılması məsələsində 2-ci yerdə Abşeron rayonu gəlir – 6,6%-i də burda yaranıb, yəni yeni iş yerlərinin 84%-i Bakı-Abşeronun payına düşür.
“Hamımız da şikayət edirik ki, Bakıda sıxlıqdı, insanlar bura axışır… Çünki pis-yaxşı, yenə də iş-güc, sosial və mədəni həyat ancaq Bakı-Abşerondadır!
Bu gedişlə 10 ildən sonra ölkənin regionları tam boşalacaq, bu isə tək iqtisadi, sosial məsələ deyil, həm də təhlükəsizlik problemidir…”/axar.az
