Məmmədov Müzəffər Kamil oğlu və Əzizov Şamil Eldar oğlunun sifarişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 4 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verilib.
Yaşayış məntəqələrinin torpaqları üzərində inşa olunan və ümumi sahəsi 179,73 kvadratmetr olan obyekt 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 13 aprel 2026-cı il tarixli, 11911 nömrəli istismara hazırlıq rəyi verib. Bakıda online alış-veriş
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının oğludur və eyni zamanda ekologiya və təbii sərvətlər nazirinin müşaviridir. Müzəffər Məmmədov isə uzun illər Eldar Əzizovun tabeliyində müxtəlif vəzifələrdə işləmiş tanınmış memar Kamil Məmmədovun oğludur.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Memarlar İttifaqının Yerli İdarəetmə Orqanlarının Memarlıq Xidmətləri üzrə Komissiyasının sədri olan Məmmədov Kamil Müzəffər oğlu 1955-ci ildə Salyan şəhərində anadan olub.
Xatırladaq ki, ekologiya və təbii sərvətlər nazirinin müşaviri olan Şamil Əzizov eyni zamanda 3 şirkətə rəhbərlik edir. Bakı merinin oğlu hazırda “Günəş-2” MMC (VÖEN – 1301956231), “Green Tour” MMC (VÖEN – 1302332011) və “Greenfin Food and Beverage” MMC (VÖEN – 1302333191) adlı şirkətlərin qanuni təmsilçisidir. Hazırda bu şirkətlərdən biri – “Günəş-2” MMC aktiv vergi ödəyicisidir. Bu hal yeni qəbul olunan Dövlət Qulluğu Məcəlləsinin 14.1.1-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Məcəllənin həmin maddəsində dövlət qulluqçularının əlavə təyinatlı vəzifə tutmasına məhdudiyyət qoyulur.
Onu da bildirək ki, Eldar Əzizovun ailə üzvləri və yaxın ətrafı ilə əlaqəli çoxsaylı şirkətlər fəaliyyət göstərib. Həmin şirkətlərdən bəzilərini təqdim edirik:

Şamil Əzizovun nazir müşaviri olduğu halda 3 şirkətə necə rəhbərlik etdiyinə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə ünvanladığımız sorğuya isə cavab verilmədi./yeniavaz.com
