Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Oktyabr
  • 8
  • Qobustanda dövlətə və onun qanunlarına sayğısızlıq göstərməyə Vasif Novruzova kim cəsarət verir?

Qobustanda dövlətə və onun qanunlarına sayğısızlıq göstərməyə Vasif Novruzova kim cəsarət verir?

redaktor 08/10/2019
1589875205_685e4e99142e7fd

Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı artıq üçüncü dəfədir ki, Aktualinfo.org onlayn qəzet redaksiyasına müracət edərək yaşadığı rayonda üzləşdiyi problemi geniş içtimaiyyətin diqqətinə çatdırmaq istəyir.

Qeyd edək ki, Leyla Osmanova bundan əvvəl ölkə başçısı İlham Əliyev cənablarına,Ədliyyə naziri Fikrət Məmmədova,Baş Prokuror Zakir Qaralova da müraciət edərək Qobustan Bələdiyyəsininh sədri Vasif Novruzovun özbaşına,qanunsuz əməllərinə son qoymağı xahiş etmiş və qanun çərçivəsində aldığı torpaq sahəsində başqasının qeyri qanuni yollarla əldə etdiyi saxta sənədlər əsasında ev tikməyinin qarşısının alınmasını tələb etmişdi. Amma ən saydığını say,görün Qobustan Bələdiyyəsinin sədri Vasif Novruzov nələr sayır. Sən demə Vasıf Novruzov Azərbaycan Respublikasının ərazisində yaşamasına baxmayaraq, Azərbaycan qanunlarını heç saya da salmır.Bütün bunlar Qobustan rayonunda Qobustan Bələdiyyəsinin Vasıf Novrozuvun şəxsi maraqları üçün, öz qanunları ilə idarə edildiyini deməyə əsas verir. Bəs görəsən Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində necə düşünürlər? Bələdiyyə sədri dövlətin qanunları ilə vətəndaşların rifahı naminə çalışmalıdır yoxsa,şəxsi maraqlarını dövlətin qanunlarından üstün tutmalıdır?Leyla Osmanovanın Müraciətində görsəndiyi kimi Vasıf Novruzov bələdiyyə sədri olaraq vətəndaşlara deyil, şəxsi maraqlarına xidmət edir. Müraciəti olduğu kim oxucuların diqqətinə çatdırırıq.

O,yazır:
Hörmətli cənab Prezident, bir daha  bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində  kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə  torpaq sahəsi əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin yerimə yenə əlavə olaraq iki maşın mişar daşı tökdürmüşdüm. Budur, avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır. O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam. Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən  bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi. Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa -yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olduq. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.
Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər dolanırdı. Elə ki, özünə saxta diplom təşkil edib hansısa yollarla bəldiyyə sədri oldu, dərahal o zamankı icra başçısı olmuş İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Digər əmlaklarının sayı-hesabı yoxdur.Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə Qobustan rayonunun bir çox kəndlərində torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür. Nəticədə bu adam o qədər harınlayıb ki, nəinki rayonun icra başçısını, hətta Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzini, AR-nın 1-ci vitse-prezidenti katibliyini, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, hüquq mühafizə orqanlarını ümumiyyətlə saymır. Baxmayaraq ki, bu dövlət qurumları tədbir görülməsi üçün qanunamüvafiq göstərişlər vermişdir. Hətta məmur özbaşnalığının son həddini aşaraq 4 gün əvvəl bizə telefonda hədləyici tonda bildirir ki, nə oldu məni internetə verdiniz, şikayətlər etdiniz nə isə bir şey alındı? Alınmayacaq da. Gedin hara istəyirsiniz şikayət edin. Sizə qəti olaraq torpaq verilməyəcək. Mənə heç nə edə bilməzsiniz. Və telefonu söndürdü. İndi görün Azərbaycan nə günə qalıbdır ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu özbaşnalıq edən adi bir bələdiyyə sədrilə bacarmır.Hətta KİV vasitəsilə Prezidentə etdiyim müraciəti də saymır. Budur hətta mənim yerimi satdığı adam Habil hazırda tikintiyə icazəsi olmadığı halda mənim yerimdə tikinti işləri görməklə məşğuldur. Yerli hüquq mühafizə orqanları və icra hakimiyyəti passiv tamaşaçı kimi seyrçi mövqedən durub gözlərini döyməklə məşğuldurlar.
Cənab Prezident və cənab Ədliyyə naziri! Bildiyiniz kimi Qobustan rayoni  bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədlərinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq  son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim əlimizdən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz. Sağ olun.
Vətəndaş Leyla Osmanovanın qazdıqlarından da göründiyi kimi Qobustan Bələdiyisinin sədri Vasıf Novruzov heç kimi saymır və üstəlik müracət etdiyinə görə onu hədələməkdən belə çəkinmir. Bəs görəsən o bu cəsarəti haradan alır?  Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdanmı? Adil Məmmədov ona cəsarət verə biləcək gücdə olan birisi deyil. Çünki Adil Məmmədovun özü Bələdiyyə sədri ilə əlbir olub rayonun torpaq sahələrini satmaqla, saxta sənədlərlə subsidiyaları yeməklə məşğuldurlar. Bəs onda Vasıf Novruzov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini niyə saymır.? Müraciətdə qeyd olunduğu kimi saxta dipıomlu bu bələdiyyə sədri bu gücü haradan alır? Görünür saxta sənədlərlə satdığı torpaqlardan əldə etdiyi pullar onun gözünü örtüb. Yoxsa  bu qədər özbaşınalıq edə bilməzdi.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Şəkidə Yol Polisi əməkdaşları vətəndaşın avtomobilini necə qaçırdı?
Next: Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?

OXŞAR MÖVZULAR

niyazi-yol (1)

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

admin 05/03/2026
zaur mikayıl

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 02/03/2026
qaçqınkom

Bakı və Biləsuvarda köçkün evlərinin təmirinə ayrılan 3 milyona yaxın vəsait daha haralara xərclənəcək

admin 02/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.