Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Noyabr
  • 25
  • Ucarda şəhərdaxili yolların əsaslı təmirini kimlər aparır? – Müəmmalı tenderlər

Ucarda şəhərdaxili yolların əsaslı təmirini kimlər aparır? – Müəmmalı tenderlər

redaktor 25/11/2019
maxresdefault

“Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir…”
Bu sozlər Prezident İlham Əliyev  oktyabrın 31 -də Yevlax və Xaçmaz rayonlarına yeni  İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul zamanı etdiyi çıxışdandır. Cənab Preziden sözügedən qəbul zamanı bir çox məsələlərə toxundu və yerlərdə İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşların incidildiyinin yolverilməz olduğunu yeni icra başçılarının diqqətinə çatdırdı.
Şübhəsiz Prezidentin həmin çıxışı həmin gün ölkənin gündəmini zəbt etdi. Prezidentin bu çıxışından sonra yerli icra hakimiyyəti orqanları nə kimi nəticələr çıxardı? İllərdir İcra Hakimiyyəti strukturunda çalışan,və sakinlərin daim narazılıq etdikləri İcra başçıları arasında işlərində hər hansı bir dönüş yaradan oldumu? İcra Hakimiyyəti strukturunda uzun müddətdir işləyənlənlərdən biri də 2015 ci ildən Ucar rayonuna icra Hakimiyyətinin başçısı təyin edilmiş Mənsur Məmmədov bu rayonda nə ilə yadda qalıb? Xatırladaq ki, Mənsur Məmmədov Ucardan əvvəl Göycay və Zərdab rayonlarında da İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Ancaq hər iki rayonda da heç bir yaddaqalan əməli olmayan Mənsur Məmmədovun Ucarda da heç bir yenilik etmədiyi açıq aydın görsənir. Onun rayonda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşları,qohumları ilə birgə gördüyü işlər barədə dövrü mətbuatda kifayət qədər yazılıb. İcra başçısının öz qardaşlarına və qohumlarına da rayonda müxtəlif vəzifələr verməsi də heç kimə sirr olmayan məsələlərdir.
Aktualinfo.org-un əldə etdiyi məlimatlar isə İcra başçısının qohumları və şəxsi biznesi ilə bağlı deyil. Redaksiyanın əldə etdiyi məlimatlarda dövlət vəsaitlərinin tender yolu ilə talan edildiyi bildirilir. Qeyd edək ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tərəfindən elan olunmuş, 20 11 2019- cu ildə keçirilmiş tenderin qalibi olan fiziki şəxs Qasımov Zakir Məhəmməd oğludur.  Sözügedən şəxs icra Nümayəndəliyinin elan etdiyi Əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 10421 AZN, Əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 12 668 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 36 487 AZN,2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 44406 AZN dövlət sifarişı alıb.
Fiziki şəxs olan Qasımov Zakirin qalibi olduğu tenderlərin özü çox maraqlı tenderdir. Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması. Bu ehtiyacı olanlar kimlərdir? Məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər hansılardır? İctimai işlərə cəlb edilmişlərə yumşaq inventarlar nə məqsədlə alınır kimi suallar çıxır ortaya . Elə Qasımov Zakirin özünün də kimliyi sual doğurur. Ust-üstə 100000 manatlıq tenderin qalibi olan bu şəxsin bu pullara həqiqətən də mal material, inventarlar alması və kimlərəsə verməsi də sual doğurur.
Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhəri üzrə Ərazi Nümayəndəliyi tərəfindən elan olunmuş digər  tendrləri isə “Talıb R” MMC  qazanıb. Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə cari təmir işlərin satınalması 5887 AZN Ucar şəhəri 2 saylı körpələr evi uşaq bağçasında təmir işləri 16695 AZN,Yumşa inventarların alınması 5140 ,Bərk inventarların alınmasına 6540 AZNSual taranır, yunşaq və bərk inventarların alınması üzrə tenderlərdə qalib gələn MMCkörpələr evi uşaq bağçasını necə təmir edə bilər? Ucar şəhər icra nümayəndəliyi şəhərdə görüləcək abadləıq işlərinin satınalması barədə elan etdiyi tenderin qalıbi Tunay -ZA Mmc 166427.27 tenderin qalibi olub kimə məxsusdur o da maraqlıdır.
Bu elan olunmuş tenderlərin qalib çıxmış şirkətlərin ən maraqlısı isə “İnpeksN”MMC-dir. Bu şirkət Ucar şəhər İcra Nümayəndəliyinin şəhərdaxili yolların əsaslı təmiri üçün elan etdiyi tenderin qalibi olub. Dövlət sifarişinin qiyməti nə az,nə də çox düz 342594.45 AZN-dir  Qeyd edək ki, “İnpeksN” MMC bir neçə ay öncə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi yumşaq mebellərin və inventarların alınması məqsədi ilə elan etdiyi 227000 manatlıq tenderin də qalibi olub. Maraqlı sual çıxır ortaya. Yumşaq mebellərin alışını həyata keçirən bir MMC Ucar kimi bir şəhərin daxılı yollarının əsaslı təmirini necə apara bilər? Yol çəkilişi axı mebel alveri deyil. Burada xüsusi texnikalardan istifadə etməklə yol çəkilişi mütəxəsisilərinin çalışması vacib deyilmi? Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.08 2013 cu ildə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi Ramazanov İntiqam Adil Oğlu olan !İnpeksN” MMC nin nizamnamə kapitalı 10 manatdır.  İnpeksN MMC 2018 ci ildə də bir neçə tenderin qalibi olub. Nizamnamə kapitalı 10 manat olan bir MMC il ərzində bizim bildiyimiz bir neçə tenderin qalibi olaraq az qala yarın milyondan çox dövlət sifarişi əldə edib. Ramazanov İntiqam burada formal bir şəxsdir. Əslində kimə məxsusdur bu MMC?  Əli hər yerə çatan istənilən adda tenderlərin qalibi olan bu MMC hansı vəzifəlinin qohumudur ki, bu qədər dövlət sifarişləri ala bilir?
Tenderi elan etmiş qurumun,Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra nümayəndəsi Abdulla İbrahimovu bu MMC ilə hansı tellər bağlayır.?Abdulla İbrahimovun rayon İcra Hakimiyyəti başçısının ən yaxın adamlarından biri olduğunu bu gün Ucarda hər kəs bilir. Bəlkə bu MMC elə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun çevrəsinə aiddir? Bizi izləyin.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Mirvari Zeynalova kimi aldatmağa çalışır, Əbülfəs Qarayevi, yoxsa…?
Next: Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….?

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.