Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 29
  • Binəqədi MKTB-də ünvanı belə bəlli olmayan “İnpeksN” MMC ilə işlər görür

Binəqədi MKTB-də ünvanı belə bəlli olmayan “İnpeksN” MMC ilə işlər görür

redaktor 29/12/2019
bineqedi-rayonu-binagadi-tarix

Son bir neçə aydır dövrü mətbuatın gündəmindən düşməyən,azərbaycanın istənilən bölgəsində, istənilən sahə üzrə keçirilən tenderlərin qalibi olan “İnpeksN” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də iş başındadır.Yəni mətbuatın bu qədər yazmasına baxmayaraq,ünvanı belə heç kimə bəlli olmayan bu MMC hələ də dövlətin büdcə pullarını talamaqda davam edir. Yaxud da əlaqədar təşkilatlar bu qədər yazılanlara baxmayaraq yenə də “İnpeksN” MMC-yə şərait yaratmaqdan əl çəkmirlər. Görünür son cıxışlarında ölkə başçısı İlham Əliyev cənablarının hər şeyi mətbuatdan öyrəndiyi barədə verdiyi mesajlar da bu insanları qanunsuz əməllərindən çəkindirmir.
“İnpeksN”MMC-nin adı son qalibi olduğu çoxsaylı,müəmmalı tenderlərdən bir neçəsi də Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş sifarişlərdə görsənməkdədir. Belə ki, MMC 30.12.2019-cu il tarixdə elan olunmuş ,ictimai işlərə cəlb edilmiş işçilər üçün mal-material, geyim və inventarların satınalınması üzrə 8634.77 manat, 29.07.2019-cu ildə avadanlıq işlərinin aparılması üzrə elan olunmuş tenderlər üzrə 437924.95 manat və mənzil fondunun təmir işləri üzrə 247058.02 manat dəyətində işlərin görülməsi üzrə satınalmaların qalibi olmuşdur. Sözügedən MMC 25.06.2019-cu ildə isə ödənişli ictimai işlərə cəlb edilimiş işçilərin təsərrüfat malları ilə təmin edilməsi üzrə keçirilmiş iki tenderin qalibi olmuşdur. Ayrı-ayrılıqda 168433.2 və 204810.24 manatlıq bu tenderlər üzrə müqavilə 23 aprel 2019-cu il tarıxdə bağlanmışdır. Lakin, güya saytda olan texniki problemlər səbəbindən müqaviləni yerləşdirmək mümkün olmamış və bu iş-işdən keçdikdən iki ay sonra elan olunmuşdur?
Aktualinfo.org un əldə etdiyi məlumatlara görə əvvəlcədən razılaşdırıldan sonra “İnpeks N” tenderdə qalib elan olunur. Bir müddət sonra işin icrasına başlamaq üçün MMC nin hesabına pul köçürülür.Burada satınalmalar haqqında qanunu heç bir tələbinə riayyət olunmur. Bu Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən edilən birinci qanunsuzluq. Növbəti mərhələ bəs necə davam etdirilir? Heç bir maddi texniki bazası olmayan,ünvanı belə gizlin olan bu MMC dövlət sifarişlərini necə həyata keçirir? Qeyd edək ki, görülən işləriə sərf olunacaq vəsaitin qədərini əvvəlcədən hər iki tərəf çox yaxşı bilir.Sifarişçi tərəf də,icraçı da. İcraçı təmir işlərinin aparılması üçün qul bazarından və yaxud da rayonlardan gündəlik pula işləməyə gələnlərdən briqada təşkil edir. Burada lazım olan texniki avadanlıqlar daş kəsən mişar,qaynaq aparatı,laqonda və sailr kimi tikintidə lazım olan avadanlıqlar fəhlələrin özlərinin olur. MMC rəhbəri heç bir müqavilə bağlamadan fəhlələrə günü 10-15 manat,ustalara 20-25 manat pul verir. Yükdaşımaları üçün lazım olan avtomobillər də gündəlik icarəyə götürülür. Nəticədə görülən işlərə cüzi xərclər çəkilir lakin gizlin tərtib olunan sənədlərdə külli miqdarda xərc çəkildiyi göstərilir. Ayrlmış əsas vəsaitin əlli faizi işə sərf olunursa,yerdə qalanı bir neçə nəfər arasında bölüşdürülür.
Qeyd etdiyimiz kimi “İnpeksN” MMC son bir ildə qalibi olduğu tenderlər yolu ilə milyonlarla dövlət vəsaitini yüxarıda göstərdiyimiz üsullarla həyata keçirməklə dövlətə külli miqdarda ziyan vurduğu açıq aşkar görünür. Binəqədi Mənzil Kommunal Təsərüfatı Birliyinin rəisi Elmin Zamanovun da burada öz payı təbii ki var. İctimai işlərə cəlb edilmiş işçilərin əmək haqqı kartlarının əllərindən alınması barədə artıq onlarla fakt aşkarlanıb və cinayət işi qaldırılması barədə məlumatlar da yayılıb.İndi Elmin Zamanov olmayan işçilər üçün mal-material, geyim və inventarların satın alaraq kimlərə verir? Bu maraqlıdır? Qeyd edək ki,Elmin Zamanov Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinə bir il müddətdir ki,rəis vəzifəsinə gətirilib. Əvvəllər Binəqədi rayonunda 9 saylı Mənzil Kommunal İstismar Sahəsində rəis işləmiş Elmin Zamanov işdən çıxarılmış Azər Məmmədovla bir sıra layihələrə “inza” atdığı bildirilir. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin ona etimad göstərməsi isə Elmin Zamanovun bu kimi işlərdə səriştəli olduğundan irəli gəldiyi söylənilir. Bəs görəsən bu işlərə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hansı mövqedə dayanır? Axı Elxan müəllimin özü də vaxtı ilə biznesmen olub və tikinti sahəsində görülən işlərə çox rəhbərlik edib. Bu işlərin necə həyata keçirilməsini zənnimizcə o hamıdan yaxşı bılər.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: İnam Kərimovun “Aqrolizing” ASC-yə ayrılan vəsaitlərin hara xərcləndiyindən xəbəri varmı?
Next: Şəhid anasına verilmiş qan puluna da göz dikən DYP işçisinin əməllərinə niyə son qoyulmur?

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.