Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Noyabr
  • 29
  • Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”

redaktor 29/11/2024
1732887242_mirelem-skoro-1536x983

Hələ ötən ilin sentyabrında TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi.
Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması olub.
Amma nə qədər dəyişiklik edilsə də bu qurumda bütün işlər əvvəlki qaydasında gedir. Yeni, bir neçə il olar istismara verilmiş təcili yardım avtomobillərinə hər il yeni ehtiyyat hissələri alınır. Hər il eyni qaydada ehtiyyat hissələrinin alınmasına milyonlarla manat vəsait xərclənir. Səbəbi isə kiçik bir araşdırmada bəlli oldu.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra”avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə başlanılan açıq tenderə 28.11.2024-cü ildə yekun vurulub. Müsabiqənin qalibi 105.564,69 manat təklifi ilə “İMPORT SUPPLY COMPANY ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatıçı ilə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Sözügedən satınalma üzrə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 298.716,00  manat müəyyən edilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 06.06.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 129.800 manat təklifi ilə “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 297.554 manat müəyyən edilib.
Bundan əlavə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə “AVTO TEXNİKA DETALİNG” MMC arasında bir satınalma müqaviləsi də 12.11.2024-cü ildə “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə bağlanılıb. Bu tenderdə MMC 168.999,6 manat təklifi ilə qalib seçilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 298.792,00 manat müəyyən edilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən yumşaq inventarların, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə 18.07.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 99.957,8  manat təklifi ilə “GİLL MED” Qapalı Cəhmdar Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 194.753,00 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq  “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin hər dörd tenderdə müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq  MMC-lərin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi  “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “AVTO TEXNİKA DETALİNG”,  “İMPORT SUPPLY COMPANY ” MMC-ləri ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” burada təkcə qanunları pozmur, həm də dövlətə külli miqdarda ziyan vurur. Belə ki, ehtimal qiymətlərindən aşağı olan malların alınması həmin malların keyfiyyətini şübhə altında qoyur. “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” güya dövlət vəsaitinə qənaət edərək, ucuz ehtiyyat hissələri alır. Əslində isə ucuz alınan ehtiyat hissələri tez sıradan çıxır və yenisinin alınması zərurəti yaranır. Hər il təkrarlanan bu proses isə külli miqdarda dövlət vəsaitinin təyinatından kənarlaşdırılmasına hesablanan bir addımdan başqa bir şey deyil.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. Ötən il Mirələm Cəlalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimələməsi ilə də gündəmdə olmuşdu.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Harnessing the Power of Social Media for Business Growth
Next: Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı – Hüquq mühafizə orqanlarının diqqətinə

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.