Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 2
  • Sosial müdafiə nazirliyi yenə Ağalar Vəliyevin adamı ilə işbirliyi qurdu

Sosial müdafiə nazirliyi yenə Ağalar Vəliyevin adamı ilə işbirliyi qurdu

redaktor 02/12/2024
1733121082_sosial

Aktualinfo.org hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilmiş tender barədə məqalə yaymışdı.
Qeyd edək ki, həmin məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə bir mənbədən satınalma metodu ilə iki satınalma müqaviləsinin bağladığına toxunmuşduq. Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə 1.667.520 manat məbləğində satınalma müqaviləsinin 18.09.2024-cü ildə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üzrə 1.075.840 manat məbləğində satınalma  müqaviləsi barədə məlumat isə 06.08.2024-cü ildə açıqlanmışdır.
Xatırladaq ki, sözügedən məqalədə  bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi fiziki şəxs Məmmədov Mehman Rza oğlunun mənzillərin satın alınması üzrə konkret təchizatçı olmadığını, satınalma üzərində xüsusi hüquqlara da malik olmadığını və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedici və alternativ şirkətlərin olduğunu qeyd etmişdik. Bununla bərabər qeyd etmişdik ki,elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması göstərilir. Burada  mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması üzrə daha bir tenderin nəticəsini açıqlayıb. 27.11.2024-cü ildə yekulaşmış bu tenderdə də qalib yenə fiziki şəxs Məmmədov Mehman Rza oğlu seçilib və onunla 1.204.640 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Müqavilənin şərtlər toplusuna görə Mehman Məmmədov əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı mənzil almalıdır.
Rəsmi dövlət orqanların yaydığı bu məlumatlardan da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 4 ayda fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə ümumi dəyəri 3 948 000 manat olan 3 satınalma müqaviləsi bağlayıb.
Bəs Məmmədov Mehman Rza oğlu kimdi və bir fiziki şəxs kimi satınalma müqaviləsini icra etmək iqtidarındadırmı?
Bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, “Sizin, vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) sahibkarlıq fəaliyyəti üzrə məlumatlarının təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır.
Bildiririk ki, müraciətinizdə qeyd olunan vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) vəziyyəti hal-hazırda aktivdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları haqqında Qərarında qeyd olunan meyarlara əsasən riskli vergi ödəyicisi kateqoriyasına aid deyildir, dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur və ƏDV-nin məqsədləri üçün vergi orqanında qeydiyyata alınmamışdır. Müraciətdə təqdim edilməsi tələb olunan digər məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan həmin məlumatların verilməsi mümkün deyildir.”
Bərdə rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.
Əldə etdiyimiz ən yeni məlumatlara görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində sadəcə daimi pasport qeydiyyatındadır. O, Bakı şəhərində yaşayır və bizneslə məşğuldur. Bakı şəhəri, Səbail rayonu massiv 1 (Badamdar qəsəbəsi) ev 282, 2-ci döngə ünvanında 12 avqust 2024-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan  “RB İNŞAAT”  (VÖEN: 1703837151) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Dövlət Vergi Xidmətinin bu məlumatlarından da göründüyü kimi Məmmədov Mehman Rza oğlu 12.08.2024-cü ildə “RB İNŞAAT” MMC-ni təsis edib. Ondan cəmi 6 gün əvvəl, yəni 06.08.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fiziki şəxs kimi 1.075.840 manat dəyərində bir mənbədən satınalma metodu ilə tender udub.
Əldə etdiyimiz ən yeni məlumatlardan biri də odur ki, Mehman Məmmədov uzun illərdir Milli Məclisin deputatı olan, “Azəraqrartikinti” ASC-nin sədri, “Kristal Abşeron” tikinti şirkətinin sahibi Ağalar Vəliyevin adamıdır. Verilən məlumatlarda bildirilir ki, düzdür, Mehman Məmmədovun biznesi var, amma qalibi olduğu tenderlər əslində Ağalar Vəliyev tərəfindən həyata keçirilir.

Aktualinfo.org
P.S. Növbəti yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Yekaterina Mehdiyeva ilə bağladığı satınalma müqaviləsi barədə olacaq.

PAYLAŞIN:

Continue Reading

Previous: Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı – Hüquq mühafizə orqanlarının diqqətinə
Next: Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.