Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 4
  • Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə

Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə

redaktor 04/12/2024
1733302945_vuqar-anama

İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyi bu gün hər kəsə məlumdur. Qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb. Hazırda Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” icra olunmaqdadır. Böyük Qayıdış planının daha sürətli icra olunması üçün  ANAMA-nın fəaliyyəti danılmazdır. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, şirkətlər tərəfindən də dəstək göstərilir.
Amma Minatəmizləmə Agentliyində dövlət satınalmalarının təşkili qanunun tələbləri ilə keçirilmir. Biz apardığımız kiçik bir araşdırma zamanı bunun şahidi olduq.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi sürtkü yağlarının satın alınması üzrə 09.07.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Minatəmizləmə Agentliyi sözügedən MMC ilə 140.111,31 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 07.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Qeyd edək ki, Minatəmizləmə Agentliyi tərəfindən nəzərdə tutulmuş sürtkü yağlarının satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 286.079,74 manat müəyyən edilib. Görsəndiyi kimi satınalan təşkilat olaraq Minatəmizləmə Agentliyi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “AZ BATTERY” MMC-nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Minatəmizləmə Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “AZ BATTERY”  MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AZ BATTERY” MMC (VÖEN 2906070851) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.11.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı  SUMQAYIT ŞƏHƏRİ, CORAT ŞTQ, MƏH 1, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlkin Əvəz oğludur.
Amma Minatəmizləmə Agentliyindən fərqli olaraq Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən sürtkü materiallarının satınalınması ilə əlaqədar 05.06.2024-cü il tarixində keçirilmiş kotirovka sorğusunda təchizatçı “AZ BATTERY”” MMC “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə və 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda maddələrinə əsasən müsabiqədən kənarlaşdırmışdır.
Bundan əlavə Minatəmizləmə Agentliyi tərəfindən 31.07.2024-cü ildə başlanılmış, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə tenderdə də analoji qanun pozuntusuna yol verib. Belə ki, müsabiqədə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti  Minatəmizləmə Agentliyinin müəyyən etdiyi ehtimal olunan qiymətdən, 1.697.024,99 manatdan aşağı təklif verərərək qalib olub. Müqavilənin qiyməti 1.147.146,03 olub və məlumat 02.10.2024-cü ildə dərc edilib.
Bunlardandan əlavə Minatəmizləmə Agentliyi analoji qanun pozuntusuna xüsusi təyinatlı texnikaların satın alınması üzrə “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı satınalma müqaviləsində də yol verib. Bu tenderdə Agentlik tərəfindən müəyyən etdiyi ehtimal olunan qiymət 3.156.150,00 manat olub. Amma “RAMMA” QSC tenderi 2.375.000 manat təkliflə udub.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Minatəmizləmə Agentliyi publik hüquqi şəxsin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı təklif verən bəzi şirkətlərlə satınalma müavilələri bağlamışdır ki, bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bunlardan əlavə alınan malların, görülən işlərin keyfiyyətinin aşağı olması ehtimalını da artırır.
Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Minatəmizləmə Agentliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı.
Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyyətinin sədri Vüqar Süleymanovdu. O, bu vəzifəyə Prezident İlham Əliyev Sərəncamı ilə 4 fevral 2021-ci ildə təyin edilib. O, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis, 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri, 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir
Next: Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.