Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 10
  • “Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir

redaktor 10/12/2024
-c366c2c9164199250935446439810876722

“Gənclər evi” Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş, inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.
“Gənclər evi” Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan, tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-kommersiya hüquqi şəxsdir. “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi yaradılıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Sosial Xidmət Müəsissələrinin rayonlarda yerləşən şöbələri maşın və avadanlıq (kompüter,videokamera və s.) satın alınması üzrə kotirovka sorğusu keçiriblər.
“Biləsuvar Gənclər Evi” Sosial Xidmət Müəsissəsi tərəfindən maşın və avadanlıq (kompüter,videokamera və s.) satın alınması üzrə keçirilmiş kotirovka sorğusu prosedurunun qalib “GRESER LUX TECHNOLOGY” MMC  seçilib və şirkət ilə 22.966,30 AZN dəyərində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.
Bu məlumat ətrafında araşdırma apardıq. Məlum oldu ki, “GRESER LUX TECHNOLOGY” MMC ilə 22.966,30 manat “Yevlax Gənclər Evi”,  22.966,30 manat “Mingəçevir Gənclər Evi”,  22.966,30 manat “Şəmkir Gənclər Evi”,   22.966,30 manat “Beyləqan Gənclər Evi”, 22.966,30 manat “Füzuli Gənclər Evi”, 22.966,30 manat “Sabunçu Gənclər Evi”,   22.966,30 manat “Balakən Gənclər Evi”, 22.966,30 manat “Ucar Gənclər Evi”,  22.966,30 manat “Suraxanı Gənclər Evi”, 22.966,30 manat “Qobustan Gənclər Evi”,  22.966,30 manat “Sumqayıt Gənclər Evi”, 22.966,30 manat “Göygöl Gənclər Evi”,  22.966,30 manat “Siyəzən Gənclər Evi”, 22.966,30 manat “Gəncə Gənclər Evi”,  22.966,30 manat “Kürdəmir Gənclər Evi”, 22.966,30 manat “Bakı Gənclər Evi”, 22.966,30 manat “Göyçay Gənclər Evi”, 22.966,30 manat “Saatlı Gənclər Evi”,  22.966,30 manat  “Tovuz Gənclər Evi” , 22.966,30 manat “Sabirabad Gənclər Evi”,  22.966,30 manat “Şirvan Gənclər Evi”,  22.966,30 manat  “Qazax Gənclər Evi”,   22.966,30 manat “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəsissələri arasında satınalma müqavilələrinin  bağlanılması planlaşdırılır.
Bəs bir şirkətin bir nazirliyə tabeli müəssisələrin keçirdiyi kotirovka sorğularının qalibi olmasına qanunlar necə, yol verirmi? Qanun bəzi istisnalardan başqa istənilən şirkətin istənilən satınalmalarda iştirakına yol verir. Qanunla satınalmalarda iştirakçı şirkətlərin sayı üçdən az olmamalıdır. Bəs necə ola bilər ki, Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Sosial Xidmət Müəsissələrinin keçirdikləri kotirovkaların hamısında qalib məhz “GRESER LUX TECHNOLOGY” MMC seçilir? Hansı üstünlüklərinə görə bu şirkət qalib seçilir. Bu satınalmalarda bu şirkətlə rəqabət apara biləcək şirkət heç iştirak etmirmi?
Maraqlı orasıdır ki, on ildən çoxdur ki fəaliyyət göstərən, Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Xidmət Müəsissələrinə kompüter, videokamera avadanlığı satan “GRESER LUX TECHNOLOGY”  MMC-nin açıq internet axtarış sistemlərində nə bir sosial şəbəkə hesabı, nə də veb səhifəsi var. Həmçinin də MMC-nin qanuni təmsilçisi Rüstəmli Elçin Rüstəm oğlunun barəsində heç bir məlumat yoxdur.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GRESER LUX TECHNOLOGY” (VÖEN: 1002940911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.05.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 4  manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, SÜLEYMAN SANİ AXUNDOV, ev 2, MƏH.3123, m. 51, qanuni təmsilçisi kimi isə Rüstəmli Elçin Rüstəm oğlu qeyd olunub.
Satınalmaların internet portalına yerləşdirilimiş bu məlumatlardan da görsəndiyi kimi “GRESER LUX TECHNOLOGY” MMC son iki gün ərzində Gənclər və İdman Nazirliyinə tabeli 20-dən çox “Gənclər Evi” Xidmət Müəsissələrinin keçirdiyi kotirovkaların qalibi seçilib və  ümumi dəyəri 500 min manatdan çox olan satınalma müqavilələri bağlamağı nəzərdə tutur.
Burada ya Gənclər və İdman Nazirliyinə, ya da tabeliyindəki “Gənclər Evi” Xidmət Müəsissələrinin hər hansı birinə sorğu yazsaq, hamısı cavab verəcək ki, kotirovkalar elektron qaydada, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilib, heç bir qanunsuzluğa yol verilməyib. Əlavə malumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən əldə edə bilərsiniz.
Odur ki, sualımız Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmilərinədir. Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Xidmət Müəsissələrinin hamısının bir şirkəti qalib seçməsində şəffaflıq varmı? Əlbəttə, yoxdur. Bu azad rəqabətin açıq şəkildə pozulması deməkdir. Burada şəffalıqdan əsər-əlamət belə yoxdu.Bu inhisarçılıqan başqa bir şey deyil. Bu satınalma deyil, bu Gənclər və İdman Nazirliyinin rəsmilərindən birinin sifarişinin icrasıdır.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur
Next: Rəhimə Yusibovanın adına yaradılan MMC-ləri idarə edən gözəgörünməz kimdi

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.