Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 10
  • Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur

Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur

redaktor 10/12/2024
1733837324_1733813457_1

Ötən həftə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasına ayırdığı dövlət vəsaitliri barədə məlumat yaymışdıq.
Bir daha xatırltmaq istərdik ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 16.09.2024-cü ildə başladığı açıq tenderə 27.11.2024-cü ildə yekun vurub. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 3.866.241,68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.
Adı dəyişdirilmiş “Azərsu” ASC kimi isə qurum 2024-cü ilin 3 ayı ərzində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması üzrə “AS MOTORS” MMC ilə 129.345,38 manat, yağ və sürtkü materiallarının satın alınması üzrə “AZ BATTERY”  MMC ilə 662.371,76 manat, diyircəkli yastıqların satın alınması üzrə “ZRM BEARİNG”  MMC ilə 83.732,8, akkumlyatorların satın alınması üzrə “PARK SERVİS” QSC ilə 193.678,99 manat, avtoşinlərin satın alınması üzrə “ŞURATAZ LTD”  MMC ilə 884.905,6 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 2023-cü il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb.
Bu isə “Azərsu” ASC kimi, həm də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” kimi son iki ildə yalnız ehtiyyat hissələrinin alnmasına bizim dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə 9 173 841 manatdan çox dövlət vəsaitinin ayırması deməkdir.
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”  Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, var. Bunlardan 1 nömrəli avtopark Ceyranbatan qəsəbəsində yerləşir, balansında 150-dən çox texnika var. 2 1 nömrəli avtopark Xətai rayonunda “Nargilə” kafesinin yaxınlığında yerləşir, balansında 230-dan  çox texnika var. 3 saylı avtopark isə 9-cu mikrorayonda yerləşir, balansında təxminən 200 texnika var. Bunlardan başqa, qurumun rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Rayonlarla bərabər Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var.
Təxmini hesablamalarımızdan da göründüyü kimi dövlət hər il bu texnikaların saxlanılmasına milyonlarla manat vəsait ayırır. Bəs bu vəsaitlər təyinatı üzrə xərclənirmi?
Qeyd edək ki, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində nəqliyyat vasitələrinə servis xidməti göstərmək üçün emalatxanalar da var. Nəqliyyat və Xüsusi Texnika İdarəsi iyun ayından ixtisara düşmüş, Goranboy rayonunda yerləşən 4 saylı emalatxanaya hələ də ehtiyyat hissələri, sürtgü materialları göndərir. Noyabr ayında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin işçi qrupunun 4 saylı emalatxanada apardığı yoxlamadan sonra məlum olub ki, 19 min manat mənimsənilib. Belə ki, göndərilən ehtiyyat hissələrinin heç birinun lazım olan ehtiyast hissələri ilə  uyğun gəlmədiyi bəlli olub. Sənədlərdə isə ekskovatora güya beyin ehtiyyat hissəsi yerləşdirildiyi göstərilib. Həmin ehtiyyat hissəsi isə dolayısı yollarla bazara çıxarılıb. Bütün bunların başında isə fikri-zikri dövlətdən hər hansı yolla olursa olsun pul oğurlamağa çalışan Samir Cəbrayılovun durduğu bildirilir.
Bunlardan əlavə  Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə  küçəsi 10 E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu sözügedən qurumda nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin buraxılış qaiməsini təqdim edib. Qaimədə ehtiyat hissələrinin çoxunun Türkiyə istehsalı olduğu yazılsa da, sonradan təchizatçı şirkətlər tərəfindən əvəzləndirilir. Yəni, bahalı bir ehtiyat hissəsinin əvəzinə, ucuz ehtiyat hissələri verilir.

Qeyd edək ki, burada əsas işlər təchizatçı şirkətlərlə görülür. Məsələn, “AZ BATTERY”, “ŞURATAZ LTD” , “AVTO TEXNİKA DETALİNG” kimi MMC-lərlə. Elektron mediada bu şirkətlərin adı bir sıra dövlət qurumları ilə keçilən şübhəli satınalmalarda hallanır. Daha çox isə vaxtı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, hazırda isə Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlara ehtiyyat hissələri satmağı ilə tanınırlar. Hansı ki, bu qurum da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” kimi Dövlət Su Ehtiyatları Agentliyinə tabedir.
Biz ötən yazılarımızda Nəqliyyat və Xüsusi Texnika İdarəsinə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət etmişdik. Amma çox maraqlıdır ki, Dövlət Su Ehtiyatları Agentliyindən məqalədə göstərilənlərə heç bir münasibət bildirilmədi. Odur ki,  1 nömrəli avtoparkın müdiri vəzifəsindən zorla çıxarılmış Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq və göstərilənlərə açıqlama verilməsini istəyirik.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.
Burada xüsusilə qeyd olunası məqam nəqliyyat vasitələrinə ayrılan yanacağın sənədləşdirilməsində aparılan maxinasiyalardır. Nəqliyyat və Xüsusi Texnika İdarəsində texnikalara iş qrafikindən asılı olmayaraq artıq yanacaq yazılır ki, bunların da ciddi yoxlamalara ehtiyacı var.

Aktualinfo.org

P.S. Ötən həftə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 nömrəli avtoparkında sürücülər işə çıxmağa etiraz ediblər. Buna səbəb maaşlarının azaldılması olub. Daha ətraflı novbəti yazılarımızda.

PAYLAŞIN:

Continue Reading

Previous: “TAKT-1” MMC-nin sahibi Eşqin İsmayılova satınalmalarda kimlər yaşıl işıq yandırır
Next: “Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.