Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 18
  • Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir…

Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir…

redaktor 18/12/2024
1734507260_1

Ötən həftə “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin həbs edilməsi ölkə mətbuatının gündəmini zəbt etdi. Yayılan məlumatlarda “Monte Ferro” şirkətinin vitse-prezidenti Qafar Dəmirçinin ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edildiyi bildirilirdi.
Həmçinin qeyd olunurdu ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyib.
Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.
Aktualinfo.org-a Qafar Dəmirçinin həbsinə səbəb olan meşələrin kəsilməsi ilə bağlı yeni məlumatlar daxil olub. Burada diqqət Qafar Dəmirçinin həbsinə deyil, onun Şəkidə 800 hektara yaxın ərazidə meşə fonduna aid torpaqları necə özəlləşdirilməsinə yönəldilib.
Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsi Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olmuş Firdovsi Əliyevin vasitəçiliyi ilə özəlləşdiriblər. Qeyd edək ki, burada məhv edilən ərazilər göstərilənlərdən qat-qat çox, dövlətə vurulan maddi ziyan isə dəfələrlər yuxarıdır. Bunun başında isə Firdovsi Əliyevin dayandığı bildirilir. Maraqlıdır, bu cinayət işində Firdovsi Əliyevi nələr gözləyir.
Qeyd edək ki, Firdovsi Əliyev 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. O, 2004-2023-cü ilə kimi ekologiya və təbii sərvətlər nazirinin müavini olub. 2023-cü ilin mart – oktyabr aylarında ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyb. Prezident İlham Əliyevin 25 oktyabr tarixli sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Şəkidə meşələrin məhv edilməsi daha əvvəllərə gedib çıxır. Hələ 2019-cu ildə Şəkinin Bideyiz kəndinin camaatı mal-heyvanlarını otarmaq üçün nəzərdə tutulmuş 147 hektar örüş ərazisinin şirkət tərəfindən tutulması  barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Həmin vaxt şikayətçi kənd camaatının çoxu polisə çağırılıb. Hətta ərazini kənddə patrul nəfərləri qoruyurmuş.
Bəs 2019-cu ildən başlanan etirazların nəticəsi niyə özünü beş il sonra ortaya çıxardı. Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyində məhz Firdovsi Əliyev havadarlıq edirmiş. Hətta icarə müqaviləsinin birinci səhifəsinin üst tərəfində nazirliyin gerbi olan möhürü vurmaqla Firdovsi Əliyev özü təsdiq etmişdir.
Göründüyü kimi beş-altı ildən də çox müddətdə “Monte Ferro” şirkətinin Şəkidə, Qaxda, Zaqatalada minlərlə hekter meşə fonduna aid torpaqların talan edilməsinə ekologiya və təbii sərvətlər nazirinin müavini olmuş, meşələrin qorunmasına birbaşa cavabdeh olan Firdovsi Əliyev şərait yaratmışdır. Məlumata görə Firdovsi Əliyevlə birgə  Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi meşəçilik təcrübəsinə malik olmayan Namiq Xıdırov da icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı heç bir qanuni tədbir görməmiş, əksinə öz maddi maraqlarının təmin olunması müqabilində onlara şərait yaratmışlar.
Ona görə də 2023-cü Fidövsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifəsindən azad edildikdən sonra Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin müdir işləmiş Vətən Müharibəsi qazisi olan Əkrəm Babayevin göstərişi ilə “Monte Ferro”MMC-ilə 2019-cu ildə bağlanan müqaviləyə xitam verilməsi üçün yerli məhkəməyə müraciət edilmişdir. Odur ki,  ETSN səviyyəsində müdafiəsiz qalmış “Monte Ferro” MMC rəhbərliyi yenə dirəniş göstərərək məhkəmənin işini qeyri-müəyyən vaxtadək təxirə salmağa nail olmuşdur. Amma bu da çox uzun çəkməmişdir.
Məlumatlı mənbənin sözlərinə görə Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini özəlləşdirməyə Dəmirçilər ailəsi külli miqdarda xərc çəkmişlər. Həmin vəsaitlərin bir ucu isə Fidövsi Əliyevin doğulduğu, Lerik rayonunun Monidigah kəndinə çəkilən yola qədər gedib çıxır.
Mövzu ətrafında daha maraqlı məlumatları yaxın günlərdə diqqətinizə çatdıracıq.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb – Çox maraqlıdır
Next: Tovuzun İcra başçısı Məmməd Məmmədov milyonları həm də belə qazanır

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.