Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 19
  • İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir

redaktor 19/12/2024
1734607111_1656933355_24862522_1779785068760440_1825778186558356236_n

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu 2024-cü il satınalma planlarına daxil etdiyi satın alınacaq mallar və xidmətlər üzrə keçirdiyi kotirovkaların nəticələrini açıqlayıb. İnstitut əvvəlki illərdə olduğu kimi, bu dəfə də keçirdiyi satınalmalarda şübhələnməyə xeyli yer qoyub. Mətləbə keçməzdən öncə satınalmalara diqqət yetirək.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 01.11.2024-cü ildə başladığı kotirovka sorğusuna 17.12.2024-cü ildə yekun vurub və “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 79.694,63 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. MMC İnstitutda qeyri-yaşayış binalarının əsaslı təmiri, tikili və avadanlıqların cari təmir xərcləri və abadlaşdırma xidmətləri haqqının ödənilməsi işlərini həyata keçirəcək.
Sözügedən Elmi-Tədqiqat İnstitutu bir sıra xidmətlərin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı kotirovka sorğusuna 06.12.2024-cü ildə yekun vurub və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC ilə 14.726,4 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutda  istehlakyönlü müxtəlif xidmətlər və sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri işlərini həyata keçirəcək. MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bir sıra malların satınalınması üzrə 30.10.2024 cü ildə başladığı kotirovka sorğusuna 04.12.2024-cü ildə yekun vurub və “SİVVOR PP” MMC ilə 84.031 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutu bir sıra mallarla, amma bilinmir hansı mallarla təchiz edəcək.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə daha əvvəllər də işbirliyində olduğu üzə çıxdı. Belə ki, Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP”  MMC ilə 38.704 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.
“Dəftərxana, təsərrüfat, kartriclər və s. əlaqədar mallar”ın satın alınması üzrə “NUR GENERAL SUPPLIER”  MMC ilə 14.971,84 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.
İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması üzrə “SİVVOR PP” MMC ilə 14.000  manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.
Maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER”  MMC ilə 29.977,9 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.
Elmi Tədqiqat İnstitutu üçün mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP”  MMC ilə 46.197  manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.
Elmi Tədqiqat İnstitutu üçün “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə”NUR GENERAL SUPPLIER”  MMC ilə 29.978,49  manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.
Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP”  MMC ilə 29.944,86 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.
Elmi Tədqiqat İnstitutu üçün “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP”  MMC ilə 9.968,64  manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferasına diqqət yetirdikdə nələri görmüş oluruq.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATLANTİS CONSTRUCTİON GROUP” (VÖEN: 1506100031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, MUĞAN, ev 7, m. 4, qanuni təmsilçisi kimi isə Yusifli Fərid Cavanşir oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİVVOR PP” (VÖEN: 2008451201) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 92,94,96, m. 28,  qanuni təmsilçisi kimi isə Xəlilsoy Vüsal Tehran oğlu qeyd olunub.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC bir dövlət qurumunun yanacaq və sürtkü materialları, nəqliyyat vasitələrinin cari təmiri xərcləri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun “Müxtəlif mallar”ın satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.
Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə işbirliyi ötən ilə təsadüf edir. Belə ki, Elmi-Tədqiqat İnstitutu ötən il “NUR SUPPLIER” MMC ilə dəftərxana mallarının satınalınması üzrə 14.992 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.
MMC-lərlə bağlı daha əvvəllər apardığımız araşdırmada məlum olmuşdu ki, “NUR SUPPLIER” və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC-lər Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı evdar qadın Rəhimə Yusibovanın adına yaradılıb. “NUR GENERAL SUPPLIER” Yusifzadə Nərmin Tahir qızının,  “ATLANTİS CONSTRUCTİON GROUP” MMC isə Yusifli Fərid Cavanşir oğlunun adına yaradılıb. Bu MMC-ləri isə Bakıdan bir nəfər edir. Həmçinin “SİVVOR PP” MMC-ni də.
Göründüyü kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, Bir nəfər tərəfindən idarə olunan 5  MMC-nin nə müvafiq sahədə peşəkarlığına, nə  təcrübəsinə, nə də digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdu. O, 25 iyul 2013-cü ildən 6 sentyabr 2022-ci ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışıb. Rektorluqdan azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. elektron mediada İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Görsənən odur ki, İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən başqa dəyərlər də var.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Tovuzun İcra başçısı Məmməd Məmmədov milyonları həm də belə qazanır
Next: Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.