Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 9
  • Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər

Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər

redaktor 09/01/2025
1736430725_1736419736_bextiyar-pmi-1536x983-1

Prezident İlham Əliyevin 29 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dövlət satınalmaları haqqında” yeni qanun təsdiqlənib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.
Qeyd edək ki, Azərbaycanda dövlət satınalmalarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Bu Dövlət Xidməti  Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə çevrilib. Yəni artıq dövlət satınalmalarına nəzarət ölkə başçısının diqqət mərkəzindədir.
Amma dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı aparılan çoxsaylı tədbirlərə baxmayaraq bu gün elektron media vasitələrində demək olar hər gün rastlaşdığımız mövzuların çoxu müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanunsuzluqlarla bağlıdır. Belə qanunsuzluqların birinə də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda yol verilib.
Polimer Materialları İnstitutu qeyri yaşayış binalarının əsaslı təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 387.569,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 09.12.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Qeyd edək ki, Polimer Materialları İnstitutunun Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Amma göründüyü kimi Polimer Materialları İnstitutu qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda müqavilənin icrasının başlama tarixi 05.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il tarixə müəyyən edilib. Maraqlıdır belə qısa bir müddətdə müqavilənin icrasını yerinə yetirməyə “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığı,  təcrübəsi, texniki və maliyyə imkanlarında, işçi qüvvəsi varmı?
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “VEDİBASAR İNŞAAT” MMC-nin fəaliyyət sferası, əlaqə vasitələri barədə heç bir məlumat əldə edə bilmədik. Amma elektron mediada yayılan məlumatlarda da MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VEDİBASAR İNŞAAT” (VÖEN: 6901231311) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.11.2022-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, SAMUX RAYONU, SEYİDLƏR, SEYİDLƏR,  qanuni təmsilçisi kimi isə Əlizadə Orxan Səbirəddin oğlu  qeyd olunub.
Göründüyü kimi Polimer Materialları İnstitutunun Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Bütün bu kimi şübhə yaradan məqamları aradan qaldırmaq məqsədi ilə Polimer Materialları İnstitutunun Satınalma Komissiyasına ünvanladığımız elektron sorğu məktubuna cavab verməkdən boyun qaçırdılar, bizdən sorğunu möhürləyib poçtla ünvanlarına göndərməyimizi tələb etdilər. İnstitutun baş mühəndisi Tahir Alxasov israrla direktorun adına məktub yazmağımızı istədi. Biz onun diqqətinə çatdırdıq ki, qanunla İnstitutun direktoru Satınalma Komissiyasının üzvü ola bilməz. Odur ki, Satınalma Komissiyasının üzvü kimi cavab verin. Tahir Alxasov isə mənim bu işlə heç bir əlaqəm yoxdu, direktora məktub yazın- deyib durdu. İnstitutun direktoru Bəxtiyar Məmmədovun diqqətinə çatdırdıq ki, rəhbər kimi siz Satınalma Komissiyasının üzvü ola bilməzsiniz. Nədən baş mühəndis sizin adınıza məktub yazmağı tələb edir sualımıza Bəxtiyar Məmmədov dedi ki, hazırlanandan sonra mən qol çəkirəm, nə deyirlər onu da edin.
Biz əslində onu da edə bilərik. Amma özümüzdə qət etdik ki, qurum rəsmiləri sorğuya cavab vermək istəmirlər. Cavab vermək istəyən bütün hallarda, mətbutı maraqlandıran suallara bütün vasitələrlə aydınlıq gətirər. Görsənən odur ki, redaksiya Polimer Materialları İnstitutunun “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyinin qaranlıq məqamlarına toxunub. Odur ki, İnstitut rəsmiləri suallardan yayınmağa çalışdılar. Bizi maraqlandıran isə sadə məsələlər idi. Biz bilmək istəyirdik ki, “VEDİBASAR İNŞAAT” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyyaya aid edilb, MMC-nin texniki bazası, işçi qüvvəsi və qanunla müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarları və əlaqə vasitələri varmı, yoxsa bu şirkətin də fəaliyyəti kağız üzərindədi. Amma görsənən odur ki, bunları araşdırmağımız Polimer Materialları İnstitutunun rəhbərliyinin xoşuna gəlmədi.
Qeyd edək ki, Polimer Materialları İnstitutu 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli  fərman ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. İnstitutun direktoru professor Bəxtiyar Məmmədovdur.  O, bu vəzifəyə AMEA Rəyasət Heyətinin qərarı ilə 24 may 2017-ci ildə təyin edilib.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb
Next: ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.