Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 16
  • Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

redaktor 16/01/2025
384645

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməkl bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi üzrə tenderə yekun vurulub. Qalib “DEPOT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 76.999.093,94 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların internet portalında 15.01.2025-ci ildə dərc edilib.
Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında araşdırma apardıq. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada 77 milyon manata yaxın dəyəri olan tender udan “DEPOT” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Maraqlıdır, əgər bu MMC iaşə xidməti göstərirsə ən azından sosial şəbəkələrdə və yaxud rəsmi qurumların məlumatlarında adına rast gəlinər. Ancaq Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında bu rəsmi məlumatdan başqa heç bir şey yoxdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DEPOT” (VÖEN: 2006570041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə 10 manat MMC-nin hüquqi ünvanının,  BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SADIQCAN, ev 2A, m. 8,  qanuni təmsilçisi kimi isə Hüseynov Elvin Malik oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Əsgərov Elvin İlşad oğlu olduğu göstərilir.
Göründüyü kimi, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkilini heç yerdən tanınmayan bir MMC-yə həvale edib. Nə az, nə də çox, 77 milyon manat civarında da müqavilə bağlayıb. Maraqlıdır ki, MMC-nin oxşar xidmətlərə dair hər hansı bir işi barədə də məlumat yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq MMC icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməlidir. Bu müqavilə varmı və MMC bi xidməti harada göstərib? Eyni zamanda, MMC-nin satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunda tələb qoyulmalıdı. Tələbə əsasən təchizatçı satınalma predmeti üzrə müəyyən edilmiş qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması barədə sənəd təqdim etməlidir. Maraqlıdır, cəmi 10 manat nizamnamə kapitalı olan, bu MMC-nin 50 milyon manatdan çox maddi vəsaitə çıxışı varmı? Yoxsa, formal olaraq tərtib edilib.
Burada Elm və Təhsil Nazirliyinin rəsmiləri adından başqa heç nəyi bəlli olmayan bu MMC ilə bağladığ müqavilənin görünməyən tərəfləri də var. Çox güman ki, MMC dövlət büdcəsindən pul aldıqdan sonra digər iaşə xidməti göstərən şirkətlərə subpodrat müqavilə bağlayacaq. Ortada neçə milyonların təhsil müəssisələrində hazır yemək təminatının yaxşılaşdırılması adı altında silinəcəyi bəlli deyil.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin hazır yeməklə təminatı üzrə 2024-cü ildə də bir neçə satınalma müqaviləsi bağlayıb. Onlar aşağıdakılardır.
Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 14.311.289,65 manat məbləğində satınalma müqaviləsi 16.01.2024-cü ildə bağlanılıb.
2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 12.086.074,29   manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.
2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Sabko” MMC olub və tərəflər arasında 5.984.196,12 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.
2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Məişət İst” MMC olub və tərəflər arasında 8.268.094,23 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.
2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “EL-OBA” QSC olub və tərəflər arasında 32.872.633,71 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Elm və Təhsil Nazirliyi 2024-cü ilə məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə ümumi olaraq 73 522 286 manat dəyərində müqavilələr bağlayıb. Bu şirkətlərin bəzisi cəmiyyət arasında göstərdiyi iaşə xidməti ilə tanınırlar. Bəs “DEPOT” MMC-ni görəsən Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərindən başqa tanıyan varmı?

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “FİM GROUP” MMC 12 milyon dəyəri olan tenderləri FHN-dən hansı keyfiyyətlərinə görə uda bildi
Next: Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.