Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 16
  • “FİM GROUP” MMC 12 milyon dəyəri olan tenderləri FHN-dən hansı keyfiyyətlərinə görə uda bildi

“FİM GROUP” MMC 12 milyon dəyəri olan tenderləri FHN-dən hansı keyfiyyətlərinə görə uda bildi

redaktor 16/01/2025
1729262639_1729253956_1-1

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Zaqatala rayonunda 34 ədəd fərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanın bərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası üzrə 06.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FİM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatçı şirkətlə 3.945.803,63 manat məbləğində satınalma müqaviləsinin imzalanması nəzərdə tutulur. Məlumat dövlət satınalmalarının vahid internet portalına 10.01.2025-ci ildə yerləşdirilib.
Müqavilənin şərtlərinə görə “FİM GROUP”  MMC Zaqatala rayonunda 7 ədəd 1 mərtəbəli 2 otaqlı, 20 ədəd 1 mərtəbəli 3 otaqlı, 7 ədəd 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evlərinin tikinti işlərini, Faldarlı kənd sakini Qüdrətli Elmir İkram oğluna məxsus fərdi yaşayış evində bərpa işləri, 28 may küçəsi 44B ünvanında, 28 may küçəsi ev 49A ünvanında, 28 may küçəsi 25 ünvanında, 28 may küçəsi 22 ünvanında, 28 may küçəsi 50 ünvanında, 28 may küçəsi 4 ünvanında, Azərbaycan prospekti 39 ünvanında, Füzuli küçəsi ev 16 ünvanında yerləşən yaşayış binalarında bərpa işləri  və Anar Həmidov küç ev 1 ünvanda yerləşən Şahmərdanova Təranə Müseyib qızına məxsus yaşayış evinin bərpası işlərini həyata keçirəcək.
Aktualinfo.org Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin “FİM GROUP”  MMC ilə bağladığı bu satınalma müqaviləsi ətrafında araşdırma aparmışdır.
Dövlət satınalmalarının internet portalı üzərindən apardığəmız araşdırmada o da məlum oldu ki “FİM GROUP” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Amma nədənsə ancaq Fövqəladə Hallar Nazirliyi və ona tabeli Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyət tərəfindən keçirilmiş satınalmaların qalibi olub.
Qeyd edək ki, “FİM GROUP” MMC dövlət qeydiyyatına 2018 ci ildə alınmasına baxmayaraq 2023-cü ilin oktyabr ayından başlayaraq 10.01.2025-ci ilə qədər Fövqəladə Hallar Nazirliyi və ona tabeli Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyət tərəfindən keçirilmiş 7 açıq tenderin qalibi olub. MMC-nin bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyindən aldığı dövlət sifarişlərinə diqqət yetirək.
FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən Mülki Müdafiə Qoşunlarının Təlim Mərkəzində cari təmir işləri üzrə 79.491,88 manat məbləğində satınalma müqaviləsi 09.10.2023-cü ildə bağlanılıb.
FHN-nin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətin sifarişi əsasında Şamaxı rayonu ərazisində 1 ədəd iki otaqlı, 2 ədəd dörd otaqlı, 2 ədəd üç otaqlı (5 ev), İsmayıllı rayonunda 1 ədəd iki otaqlı, 1 ədəd dörd otaqlı (2 ev) və Ağsu rayonunda 1 ədəd dörd otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə 658.988,83 manat məbləğində satınalma müqaviləsi 22.01.2024-cü ildə bağlanılıb.
FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi üzrə 2.439.616,19 manat məbləğində satınalma müqaviləsi 25.10.2024-cü ildə bağlanılıb.
FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 107 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürmə depo binasının tikintisi (I mərhələ) üzrə 689.460,88 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 4 çıxışlı yanğınsöndürmə deposunun tikintisi işləri üzrə 2.958.050,64 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 nömrəli Xüsusi Təyinatlı, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Astara və Lənkəran şəhərlərində yerləşən Yanğından Mühafizə hissə və bölmələrində, Dövlət Yanğın Nəzarəti Xidmətinin inzibati binasının 4-cü və 5-ci mərtəbələrində əsaslı təmir işləri üzrə 1.601.612,21 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi yalnız 2024-cü ildə Fövqəladə Hallar Nazirliyi “FİM GROUP” MMC ilə ümumi dəyəri 8 347 726 manat dəyərində 5 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrdən 3-ü bir gündə 12.12.2024-cü ildə elan edilib. Qeyd edək ki, FHN ilə sözügedən MMC arasında 2023-cü ildə bağlanmış müqavilənin dəyərini də bunun üstünə gəldikdə bu bir il ərzində 8 427 217 manat təşkil edir.
Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “FİM GROUP” MMC  arasında bağlanmış ən son satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verildiyi burada açıq aydın görsənməkdədir.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FİM GROUP”  (VÖEN:1702428921) Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AQİL QULİYEV, ev 4, m. 20, qanuni təmsilçisi kimi isə Əhmədzadə Fuad Əlisoltan oğlu qeyd olunub.
“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “FİM GROUP”  MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-444/2024 nömrəli 29.05.2024-cü il tarixli qərarı ilə qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə lisenziya alması barədə məlumat var.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyi son bir il ərzində “FİM GROUP” MMC  ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 12 373 020 manat olan 7 satınalma müqaviləsi bağlayıb. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “FİM GROUP” MMC Fövqəladə Hallar Nazirliyi və ona tabeli agentlikdən başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Daha maraqlısı isə son bir ildə 12 milyon manat dəyərində dövlət sifarişi almış MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumatın olmamasıdır. MMC-nin nə rəsmi veb səhifəsi, nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Ümumiyyətlə görəsən bu şirkətin müqavilə ilə işləyən işçiləri varmı, yoxsa ayrı-ayrı bölgədə günəmuzd fəhlə toplayıb işlədirlər? Göründüyü kimi bu şirkətin fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 800-1000 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.
Belə olan təqdirdə Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyi son bir il ərzində 12 milyon manatdan çox dəyəri olan dövlət sifarişlərini “FİM GROUP” MMC -yə necə verib? Bu MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə, nəqliyyat vasitələri və xüsusi texnikaları varmı, sual altındadır.
Odur ki, “FİM GROUP” MMC-nin  Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyinin keçirdiyi tenderlərin daim qalib olmasını artıq işbirliyi hesab etmək olar ki, bu da əlavə suallar yaradır. Kimə məxsusdur bu şirkət? Həqiqətənmi MMC-in qanuni təmsilçisi Fuad Əhmədzadəyə, yoxsa Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli generallarından birinə…

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Bakı şəhər İcra Hakimiyyəti də Elnur Çarçarovun MMC-ləri ilə işbirliyinə başladı
Next: Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.